Əxlaq Seçilmişlər

Zamanı söymək

İnsanın dili ilə qazandığı günahlardan biri də zamanı söyməkdir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İnsanın dili ilə qazandığı günahlardan biri də zamanı söyməkdir. Günahın bu növü də cəmiyyətdə geniş yayılmışdır. Dini cəhətdən elmsiz insanlar heç fərqinə varmadan zamandan şikayət edir və zamanı söyürlər.

Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Uca Allah dedi: Adəm övladı zamanı söyməklə mənə əziyyət verir. Zamanı pisləyir, zaman isə Mənəm. Mən gecə və gündüzü biri-biri ilə əvəzləyirəm”. (Səhih əl-Buxari 6/40, Səhih Muslim 4/1762)

Zamanı söyən şəxs bir əməldə üç günah etmiş olur:

Birincisi: Hədislərdən aydın olduğu kimi zamanı söyən Allahı söyməklə Ona əziyyət verir.

İkincisi: Zamanı söyən insan bu əməli ilə zamanın özünün nəyəsə qadir olduğunu iddia edir və bununla da zamanı Allaha şərik qoşur.

Üçüncüsü: Zamanı söyən kəs öz ağlını Allaha şərik qoşur. Belə ki, o insan zamanın onun düşündüyü kimi olacağı təqdirdə daha yaxşı olacağını və Allahın təqdirinin yaxşı olmadığını iddia etmiş olur.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Müəllif: Ramil Soltanov