Dua və zikrlər

Zalım hökmdardan qorunma

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

Zalim hökmdardan qorunma

Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edirki: “Əgər sən şərindən qorxduqun hökmdarının hüzuruna gəlsən və onun sənə zülm etməsindən qorxsan, üç dəfə de: “Allah böyükdür, Allah Onun bütün məxluqlarından qüdrətlidir, Allah mənim qorxduqum və ehtiyat etdiyim kimsədəndə qüdrətlidir. Özündən başqa (ibadətə layiq) bir ilah olmayan, Öz izniylə yer üzərinə düşməmək üçün yeddi göyü saxlayan Allaha, Onun filan bəndəsinin şərindən, onun ordusundan, köməkçilərindən və cinlərdən və insanlardan olan onun tərəfdarlarından sığınıram. Allahım onların şərinə qarşı mənim üçün dayaq ol! Sənə həmd-sənalar olsun, sənin muafizə etdiyin qüvvət sahibi olar, Sənin adın təbarəkdir (bərəkətlidir) və Səndən başqa (ibadətə layiq) olan bir ilah yoxdur”. əl-Buxari “Ədəb əl-mufrad” əsərində, 708. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir.

اللهُ أَكْبَرُ، اللهُ أَعَزُّ مِنْ خَلْقِهِ جَمِيعًا، اللهُ أَعَزُّ مِمَّا أَخَافُ وَأَحْذَرُ أَعُوذُ بِاللهِ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ، الْمُمْسِكِ السَّمَوَاتِ السَّبْعِ أَنْ يَقَعْنَ عَلَى الأَرْضِ إِلاَّ بِإِذْنِهِ، مِنْ شَرِّ عَبْدُكَ فُلاَنٍ، وَجُنُودِهِ وَأَ تْبَاعِهِ وَأَشْيَاعِهِ مِنْ الْجِنِّ وَا لإِنْسِ، اللَّهُمَّ كُنْ لِي جَارًا مِنْ شَرِّهِمْ جَلَّ ثَنَاؤُكَ وَعَزَّجَارُكَ، وَتَبَارَكَ اسْمُكَ، وَلاَ إِلَهَ غَيْرُكَ

/Allahu Əkbər, Allahu ə‘əzzu min xalqihi cəmi‘ən, Allahu ə‘əzzu mimmə əxafu ua əhzəru, ə‘uzu billəhi-lləzi lə iləhə illə huuə, əl-mumsikis-səməuətis-səb‘i ən yəqa‘nə aləl-`ərdı illə bi iznihi, min şərri ‘əbdukə fulənin uə cunudihi uə ətbə‘ihi ua əşyə‘ihi, minəl-cinni uəl-ins. Allahummə kun li cəran min şərrihim, cəllə sənəuk ua ‘əzzə cəruk, ua təbərakəsmuk, ua lə iləhə ğayruk/.

Yüklə

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha