Ailə və Uşaq tərbiyəsi Müxtəlif Namaz

Yuxusuzluq haqqında

«İnsanlar xəbəri (əzanı və ya namazı qəsd edir) gözlədikləri müddətcə xeyir üzərində olarlar.»

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

«Namaz qılandan və səfərdə olandan başqası üçün (gecəni) yuxusuz keçirmək yoxdur». (Əhmədin ibn Məsuddan olan rəvayəti)

İnsanlar vaxtlarını nizama salmaqda işlərinin fərqliliyinə görə dəyişilirlər. Bu dəfəki mövzumuz gecəni yuxusuz keçirmək haqqında olacaqdır. Elə bu məqamda Salmandan (Allah ondan razı olsun) işa namazından sonra insanların 3 cür olması barədə dediyi sözləri qeyd etmək yaxşı olardı.

O, (Allah ondan razı olsun) öz çıxışlarından birinin ardınca belə demişdir: «……..İnsanların işa namazını qıldıqdan sonra 3 cürə halı olur. Birinci qismin (vaxtı) öz xeyrinədir, əleyhinə deyil. İkinci qismin (vaxtı) əleyhinədir, xeyrinə deyil. Üçüncü qismin (vaxtı) isə nə əleyhinə, nə də xeyrinədir. Tariq ibn Şihab deyir : «Ona dedim: «Kimin əleyhinədir, xeyrinə deyil?» – O dedi: «Bir kəsin işanı qıldıqdan sonra insanların ondan xəbərsiz olmasını və gecənin zülmətini fürsət bilib günahlara dalmasıdır».

Digər şəxs isə insanların ondan xəbərsiz olmasını  və gecənin qəflətini fürsət bilərək durub namaz qılarsa, bu, onun əleyhinə deyil, xeyrinə olar.

Digər şəxs isə gecəni yatar, bu isə nə onun xeyrinədir, nə də əleyhinə… (Muxtasaru qiyamul-leyl. Mərvəzi, səh 12)

Salman əl-Farisidən (Allah ondan razı olsun) olan bu bölgüyə bütün insan sinifləri daxildir. İnsanlar xeyir əldə etmədə və şərri dəf etmədə bunu az və çox etmək arasında dəyişilirlər. «Gecəni yuxusuz keçirmək» məsələsi öz əhəmiyyətinə görə bu mövzuya toxunmağın gərəkdiyini ifadə edir ki, bu da bir həqiqətdir. Bu da bir çox səbəblərdən aydın olur. Bu səbəblərdən:

1)      Yuxusuzluq bir çox insanı əhatə etmiş bir problemə çevrilmişdir.

2)      Yuxusuz qalan şəxs əgər vaxtını özünə fayda verən şəkildə keçirməzsə, günah qazanmış olur.

3)      Yuxusuzluq ucbatından fərzlərin zay edilməsi və ya gecikdirilməsibaş verir.

4)      Yorğunluq səbəbiylə vitr namazını qılmaqda ağırlıq yaranır.

5)      Yuxusuz keçən vaxt insanın qiyamət günü haqqında soruşulacağı vaxtdan bir hissədir.

Buradan yola çıxılaraq deyilir: «Əgər o şəxs bilsə ki, bu yuxusuz qalmaq sübh namazınınn qəzasına səbəb olacaqdır, o zaman qadağandır, hətta haramdır. Belə bir haram halında günahın böyüklük dərəcəsi də artmış olur».

Burada imam Malikin (Allahın ona rəhməti olsun) «Muvatta»sında varid etdiyi bir rəvayəti qeyd etmək yerinə düşərdi: «Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) sübh namazından sonra Süleyman ibn Əbi Həsməni axtarıb soruşdurur. Ömər ibn Xəttab bazara, sonra da bu bazarla Peyğəmbər məscidi arasında yerləşən Süleyman ibn Əbu Həsmənin evinə tərəf yollanır.Onun qarşısına Süleymanın anası Şəfa keçir. Ona deyir: Süleymanı sübh namazında görmədim! – O da ona dedi: O, gecəni namaz qılaraq keçirib və (sübh namazına yaxın) yuxulayıb yatıb. – Ömər (Allah ondan razı olsun) belə deyir: Mənim üçün sübh namazını camaatla qılmaq gecəni təkbaşına namaz qılaraq keçirməkdən daha sevimlidir. »

Baxın, Ömər (Allah ondan razı olsun) Süleyman ibn Əbu Həsmənin yuxusuz qalmasını necə ayıbladı, necə danladı? Baxmayaraq ki, bu yuxusuzluq namaz və dua ilə keçmişdi. Bu da ona görə idi ki, o, bundan daha mühüm bir əməli (sübh namazını) zay etmiş oldu.

İmam Şatibi demişdir:  «İmam Malik gecəni tamamilə oyaq keçirməyi xoşlanmazdı və deyərdi ki, Belə insan ola bilsin ki, özünə yuxu qalib gəldiyi halda sabahlasın. Allahın rəsulu isə bizə ən gözəl nümunədir. Həmçinin, demişdir: Əgər (bu yuxusuzluq) sübh namazını qılmağa zərər verməzsə, belə etməklə heç nə olmaz». (əl-İtisam, 25-26)

Bəs o kəs ki, onun yuxusuzluğu itaət və xeyir üzərində keçməzsə, onda necə? İmam ibn Hibban (Allah ona rəhmət etsin) öz «Səhih»ində demişdir: «Gecənin son hissəsini oyaq keçirmək haqqında olan çəkindirmə axirət səbəblərindən olmayan yuxusuzluq (oyaq qalma) halı üçündür».

Sonra isə Ənəs ibn Malikə gedib çıxan rəvayəti qeyd edir: (Bir gecə Useyd ibn Hudeyr və Ənsarlı bir kişi Allahın elçinin (Allahın ona salavat və salamı olsun) yanında söhbət etdilər. Hətta o zülmətli gecədən bir saat keçdi. Sonra o ikisi peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanından (yuxusuzluq səbəbilə-tərc)  aşa-aşa çıxdılar. Onların hər ikisinin əlində əsa vardı. Onlardan birinin əsası nur saçdı və yolları ayrılana qədər o nurun işığıyla yolu yeridilər. Sonra (onlar ayrıldıqda) digər əsa da nur saçdı və hər ikisi öz evinə çatana qədər öz əsasının nuru ilə yol getdi.) (Səhihi ibn Hibban. 3/367. Bundan əvvəlki rəvayətə də bax)

Həmçinin, ibn Hibban demişdir:«Bir başqa rəvayət də varid olub ki, gecənin son hissəsini oyaq keçirmək haqqında olan çəkindirmə elm məqsədilə olmayan bir yuxusuzluq halına dəlalət edir.»

Sonra isnadı Ənəs ibn Malikin (Allah ondan razı olsun) hədisini qeyd edir ki, Ənəs dedi: «Bir gecə peyğəmbəri (sallallahu aleyhi və səlləm) gecənin yarısına kimi gözlədik. Sonra O (sallallahu aleyhi və səlləm) gəldi və bizə namaz qıldırdı. Sonra bizə xitab edərək buyurdu: «Artıq insanlar namazı qılıb və yatıblar. Siz isə namazı gözlədiyiniz müddətcə namazda sayılırsınız.»» Ənəs ibn Malik (Allah ondan razı olsun) dedi: «İnsanlar xəbəri (əzanı və ya namazı qəsd edir) gözlədikləri müddətcə xeyir üzərində olarlar.» (Səhihi ibn Hibban, 3/369)

Həmçinin, demişdir: «Gecənin son hissəsini oyaq keçirməyin mübahlığı haqqında açıq-aydın bir rəvayət gəlmişdir. Əgər bu yuxusuzluq müsəlmanların xeyrinə səbəb olacaqdırsa«.

Sonra (ibn Hibban) isnadı Ömər ibn əl-Xəttabdan (Allah ondan razı olsun) olan rəvayəti qeyd edir. Ömər ibn əl-Xəttab dedi: «Bir gecə Allahın elçisi  (Allahın ona salavat və salamı olsun) müəlmanların işlərindən birinə görə Əbu Bəkrin (Allah ondan razı olsun)  yanında gecəni oyaq keçirdi. O, Əbu Bəkrin yanında gecəni oyaq keçirdi, mən də Onun yanında idim».

Beləcə, bütün bu hədislərdən hasil olan odur ki, gecəni oyaq (yatmadan) keçirmək xeyirli bir iş üçün olduğu təqdirdə bunda bir problem yoxdur; elmi təkrarlamaq, namazı gözləmək və ya müsəlmanların xeyirinə olan bir iş görmək kimi…Əgər daha mühüm olan əməli zay etməyə gətirib çıxarmırsa, bu cür yuxusuzluq sahibi öyülmüşdür.

Bu növdən olan yuxusuzluğu şeyxülislam ibn Teymiyyə (Allahın ona rəhməti olsun) «şəri yuxusuzluq» adlandırmışdır.

O (Allah ona rəhmət etsin) demişdir: «Şəri olan yuxusuzluq isə, namaz və ya zikr və ya oxumaq və ya yazmaqladır. Bu da insanların müxtəlifliyinə görə dəyişir.» (Məcmuul-Fətəva, 22/308)

Bu mövzuda qeyd olunması gərəkli olan məsələlərdən biri də «Sübh namazına öyanmaq»dır. Bunun üçün ən yaxşı yol deyilə bilər ki, Camaatla sübh namazına oyanıb qılmağa yardım edən vasitələrdən:

 – Bunun üçün niyyətin doğru, sadiq olması.

 – Müsəlmanın bacardığı qədər gecəni yuxusuz qalmağı tərk etməsi ki, onda tez yatmaq adətə çevrilsin.

Əgər bir insan yuxusuzluğa düçar olarsa, — Allahın yardımından sonra – qoy o kimsə səbəblərdən tutsun. Məsələn;

a) zəngli saat qoşmaq.

b) Dost və ya tanışlardan birinə ona telefonla zəng etməyi tapşırmaq.

c) Qonşulardan birinə sübh vaxtı onun evinin qapısını döyməyi tapşırmaq.

d) Əgər bir şəxs bilsə ki, əgər yatsa, dərin bir yuxuya gedəcək və ona oyanmaya yardım edən səbəblər də olmayacaq, qoy o zaman bədənini tam rahatlanmasına şərait yaratmasın ki, namaza durmaq ona ağır gəlməsin. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) camaat namazına hərisliyindən: «Əgər O səfərdə olduqda gecənin son hissəsi istirahət üçün dayanardısa və gecənin bir hissəsi hələ qarşıda olardısa, sağ tərəfinə yaslanardı. Əgər sübhdən əvvəl istirahət üçün dayanardısa, başını ovucu üzərinə qoyar və saidini qaldırardı. (Əhməd, ibn Hibban, Hakim və ibn Xüzeymə rəvayət etmişlər)

Mənavi bu hədisin şərhində demişdir: «Sağ tərəfinə yaslanardı», yəni, sağ əli üzərinə yaslanar, əlini başı üçün yastıq edər və ayıq yatardı ki, diqqətli ola bilsin və uzaqlığı səbəbilə sübh namazını itirməsin. «Əgər sübhdən əvvəl istirahət üçün dayanardısa,» yəni, sübhdən bir az əvvəl, «başını ovucu üzərinə qoyar» sağ əlinin ovucu üzərinə, «və saidini qaldırardı», ona görə ki, yatıb qalmasın və sübhü qəzaya saxlamasın.  Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bunu etməsi ümmətini öyrətmək üçündür.

Sonda: Əgər yuxusuzluq bəlasına düçar olmusansa, bütün qüvvənlə bu müsibətdən xilas olmağa çalış. Bu isə Allahdan yardım istəməkləvə nəfsi tez yatmağa öyrəşdirməklə olmalıdır. Çünki, nəfs elə bir şeydir ki, əgər onu bir şeyə öyrəşdirsən o ona öyrəşəcək və fitrətinə çevriləcəkdir. Süleyman ət-Teymi (Allah ona rəhmət etsin) demişdir: «Əgər gözünü yuxuya öyrəşdirsən, ona öyrəşəcək, əgər onu yuxusuzluğa öyrəşdirsən, ona öyrəşəcək.»

Əvvəldə qeyd etdiklərimizi peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun)  bu hədisi cəm edir: «Həqiqətən də elm öyrənməklədir, helmli olmaq da yumşaqlıqladır, Kim xeyirə çalışarsa, ona verilər, kim də şərdən qorunarsa, şərdən qorunmuş olar» (Xətib və Darəqutni rəvayət etmişlər. «Səhihi əl-Cami»-yə bax.)

Allahdan istəyirik ki, bizə gözəl əxlaqa yönəltsin, vaxtlarımızı bərəkətli, həyatımızı qiymətli və dəyərli etsin! Gecəmizi və gündüzümüzü ona itaət və ibadətdə keçirməyə müvəffəq etsin! Şübhəsiz ki, O hər şeyə Qadirdir!

 Mənbə: Abdul-Aziz əs-Sədhəninin «Məalim fiy tariyqi talibil-ilmi» kitabı

Hazırladı: Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment