Ailə və Uşaq tərbiyəsi Məqalələr

Yeni doğulan körpənin saçının qırxılması

Yeni doğulan körpə oğlan uşağıdırsa, yeddinci günündə uşağın saçı qırxılır və saçının çəkisinin miqdarında gümüşün dəyəri ilə hesablanaraq sədəqə edilir. Hökmü isə sünnədir (müstəhəbdir), vacib deyildir.

Sünnədən dəlil olaraq Əhməd və Tirmizi öz səhihlərində Səmradan (Allah ondan razı olsun) rəvayət etmişlər ki, Allah Rəsulu ﷺ belə demişdir: “Hər bir oğlan uşağı öz əqiqinin girovu altındadır. Yeddinci günündə saçı qırxılır və uşağa ad qoyulur”.
Tirmizinin isə Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə, Allahın elçisi ﷺ qızı Fatiməyə belə buyurur: “Ey Fatimə, (Həsənin) saçını qırx və saçının çəkisinin miqdarında gümüş sədəqə et!”
Həmən sədəqə isə kasıblara verilir.

Əqiq kəsimi isə əgər 7-ci günündən keçərsə, o halda 14-cü günüdə, əgər 14-cü günündən də keçərsə, o zaman 21-ci günündə kəsilir.
Əgər bu günlərdə kəsmək mümkün olmazsa, o halda həftələr şərt deyil, beləcə saç kəsimi də buna qiyas edilir.

Fayda: Tibb əhli demişlər ki, uşağın saçının qırxılması saç dərisini gücləndirən amillərdəndir.

Hazırladı: Nail Paşayev.