Dua və zikrlər

Xəstəliklərdən qorunma

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

Xəstəliklərdən qorunma

Ömər ibn əl-Hattab (Allah ondan razı olsun) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Kim xəstə bir insanı görüb “Məni sənin düçar olduqundan xilas etmiş və məni bir çox məxluqları arasında üstün tutumuş Allaha həmd olsun” – desə, həmin xəstəlik ondan yan keçər”. ət-Tirmizi, 3431; İbn Məcəh, 3892. Şeyx əl-Albani hədisin həsən olduqunu bildirmişdir.

اَلْحَمْدُ لِلَّهِ الَّذِي عَافَانِي مِمَّا ابْتَلَكَ بِهِ، وَفَضَّلَنِي عَلَى كَثِيرٍ مِمَّنْ خَلَقَ تَفْضِيلاً

/Əlhəmdu li-Lləhi-l-ləzi ‘əəfəni mimmə-btələkə bihi uə fəddaləni ‘ələ kəsirin mimmən xaləqa tafdılən/.
İmam ən-Nəvavi bu duanın xəstə insanən inciklik və ümidsizliyə düşməməsi məqsədilə ona eşitdirməmək şərti ilə oxunmasının müstəhəb olduqunu bildirmişdir. əl-Əzkar, 386.

Yüklə

RəsulUllah (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim axşam çağı üç dəfə: “Allahın yaratdıqlarının şərindən, Onun mükəmməl kəlmələrinə sığınıram” – desə, ona həmin gecə qızdırma üz verməz”. Əhməd, 2/290; İbn əs-Sunni, 1/67. Hədis səhihdir.

اَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ

/Ə‘uzu bikəliməti-Lləhi-t-təmməti min şərri mə xaləq/.

Yüklə

Rəvayət olunurki, günlərin bir günü Osman ibn Əbul-‘As (Allah ondan razı olsun) peyğəmbərdə (Allahın ona salavat və salamı olsun) bədənində olan ağrıdan şikayətləndi və Allah rəsulu (Allahın ona salavat və salamı olsun) ona dedi: “Əlini ağrıyan yerə qoyub üş dəfə “Allahın adı ilə” de, sonra isə yeddi dəfə “Hiss etdiyimin və ehtiyyat etdiyimin şərindən Allahın izzəti və qüdrətinə sığınıram”. Əhməd, 2/290; İbn əs-Sunni, 1/67. Hədis səhihdir.
Üç dəfə: /Bismi-Lləh/

بِسْمِ اللَّهِ

Yeddi dəfə:

اَعُوذُ بِعِزَّةِ اللَّهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَ أُحَاذِرُ

/Ə‘uzu bi-‘izzəti-Lləhi uə qudratihi min şərri mə əcidu ua uhəzir/.

Yüklə

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha