Dua və zikrlər

Vəsvəsə və şübhələrdən qorunma

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

Vəsvəsə və şübhələrdən qorunma

Aişədən (Allah ondan razı olsun) rəvayet olunur ki Allah rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bir kimsəyə vəsvəsə gəlsə “Mən Allaha və Onun rəsuluma iman gətirdim” desin. Həqiqətən bu onu vəsəvələrdən qoruyar”. Əhməd, 6/258. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir. Bax “Əs-silsilə əs-səhihə”, 116.

آمَنْتُ بِاللهِ وَرَسُولِهِ

/Əəməntu bi-Lləhi və rasulihi/.

Yüklə

Əbu Zümeyl rəvayət edirki: “Mən İbn Abbasdan soruşdum: “Mən qəlbimdə bir şeylər hiss edirəm”. O soruşdu: “Yəni nə?” Mən dedim: “Allaha and olsunki mən bu haqda danışa bilmirəm”. O soruşdu: “Bu şübhələrdəndirmi?” Sonra o təbəssüm edərək dedi: “Bundan heç kim azad deyil, axı Uca Allah Quranda (Öz peyğəmbərinə) demişdir: “Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl kitab (Tövrat) oxuyanlardan (Abdullah ibn Salam kimi kitab əhlindən) soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!” Yunus, 94. Sonra İbn Abbas: “Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!” əl-Hədid (Dəmir), 3. – deyərək əlavə etdi”.

هُوَ الأَوَّلُ وَالآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

/Huuəl Əuuəlü vəl-Əəxiru və-Zahiru vəl-Batınu və hua bikulli şey in ‘alim/

Yüklə

“Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl kitab (Tövrat) oxuyanlardan (Abdullah ibn Salam kimi kitab əhlindən) soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!” ayəsi, peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ona nazil olunduquna şübhə etməsinə dəlalət etmir. Xeyr, çünki peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) möhkəm etiqada və yəginliyə malik olan bir qul idi. Bu sözlər Uca Allahın: “(Ya Peyğəmbər!) De: “Əgər Rəhmanın bir övladı olsa, (ona) ibadət edənlərin birincisi mən olaram!” ayəsinə bənzərdir. Məgər bu ayə Allahın oğlu olduqunu təsdiq edir?! Əlbəttə ki yox, bu ibrət üçün bir misaldır. Buna bənzər olaraq Allahın: “Şübhə edənlərdən olma!” kəlmələridə peyğəmbərin (Allahın ona salavat və salamı olsun) şübhə etməsinə dəlalət etmir, çünki bir şeyin qadağan olunması həmin şeyin mövcud olmasına dəlalət etmir. Bu Allahın: “Allahın ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, (kafirlər) səni (onları təbliğ etməkdən) çəkindirə bilməsinlər. (İnsanları) Rəbbinə (ibadətə) dəvət et və əsla müşriklərdən olma!” əl-Qasas, 87. – kəlmlərinə bənzərdir, çünki bu qadağa peyğəmbərin (Allahın ona salavat və salamı olsun) müşrik olduquna dəlalət etmir. Bax “Usul fi at-tafsir”, 33.

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha