Əxlaq Məqalələr

Vəhşi təbiətli insanlar

Bu yazının tərtibində İbn əl-Qayyim`in “Mədəric`us-Səlikin” adlı kitabından geniş şəkildə istifadə olundu.

Rəhmli və Mərhəmətli Allahin adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Heyvani və şəhvəti arzuları təmin etmə baxışı

Bu baxış — cahillərin dünya görüşləridir ki — onlarla heyvanlar arasında dik dayanmaq və danışmaqdan başqa heç bir fərq yoxdur. Hansı yolla olursa olsun, yalnız şəhvətini təmin etməkdən başqa heç bir düşüncəsi olmayan bir nəfs — heyvani nəfsdir. Mələklərin mərtəbəsi bir tərəfə qalsın, heç insanlıq mərtəbəsinə belə yaxınlaşa bilməyən bir nəfs.. Belələri, barələrində söhbət açmağa belə layiq olmayan kəslərdir. Lakin, bəzi fərqlilikləri vardır ki, bu da daşıdıqları heyvani təbiət və hərəkətlərin fərqliliklərinə görə dəyişir:

Bəziləri it təbiətlidirlər.. Minlərlə iti doyuracaq miqdarda leş tapsa, hamısını özünə götürər, digərləri ilə paylaşmaz. Ona yaxınlaşan digər itlərə hürər, toxunmalarına icazə verməz. İtlər leşə yalnız çətinliklə və ya onu məğlub etməklə yaxınlaşa bilərlər. Onların düşüncəsi, yalnız tapdığı yeməklə qarınını doyurmaqdır. Murdar, boğazlanılmış, çirkili və ya təmiz olması onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Hər hansı bir pis söz onu əsla utandırmaz. Danlanılsa, bir qulağından alıb, o biri qulağından rədd edər. Bir şey versəniz quyruğunu yelləyərək ətrafınızda dönər. Ac saxlasanız, sizə hürər..

Bəziləri uzunqulaq təbiətlidirlər.. Ancaq işləmək və yem yemək üçün yaradılıblar sanki. Yediyi yem artdıqca çalışması da artar.

Necə ki Uca Allah, kitab yüklü, lakin onu qavrayıb anlamayan və əməl etməyənləri eşşəyə bənzədərkən; ayələrini verdiyi halda onlardan uzaqlaşıb dünyaya sarılan və nəfslərinə uyğun əməllər edən pis alimləri də itə bənzətmişdir. Bu iki ilahi bənzətmə hadisəsində böyük sirlər vardır. Ancaq bunları izah etmənin yeri bura deyil… «Rəbbin Adəm oğullarından, onların bellərindən, nəsillərini çıxarmış və onları özlərinə şahid tutaraq: Mən sizin Rəbbiniz deyiləmmi? demişdi..» (Ə’raf, 172) ayəsi və bu ayənin ardından gələn yeddi ayənin mövzusundan aydın olduğu kimi, bu bənzətmə — təqlid qəflətiylə kor olub, Allahın insana lütf etmiş olduğu görmə, eşitmə və anlama xüsusiyyətlərini itirən və beləcə O`nun kainat üçün nazil etdiyi ayələri görə bilməyən hər kəsə şamildir. Uca Allah ayələri, insanlara şeytanın hiyləsindən qorunmaq üçün bir zireh olaraq vermişdir. İnsan bu ayələrə gözünü bağlayıb onlardan tamamilə kənar qaldığı zaman, şəhvət vadisinə yuvarlanar, arzu-istəklərinə uyar və azmışlardan olar..

Bəziləri yırtıcı heyvan təbiətindədirlər.. Tək məqsədləri — insanlara hücum etmək və hər fürsətdə onlar üzərində qələbə çalmağa can atmaqdır. Bir yırtıcı heyvanın təbiəti, necə tələb edirsə, eləcə də bunların təbiəti də belə davranmalarını tələb edir.
Bəziləri siçan təbiətindədirlər.. Xasiyyəti — fəsad törətmək, ətrafında olan şeyləri də, ifsad etməkdir. Fikr və zikrləri sanki «fəsad üçün yaradan Allaha həmd edirəm» tərzindədir.

Bəziləri ilan, əqrəb və buna bənzər zəhərli heyvanların təbiətindədirlər.. Bu təbiətə sahib olan kəslər, gözləri ilə zərər verən; insanı qəbrə salan kəslərdir. Əslində göz tək başına bu işi etməz. İşi icra edən zəhərli və pis bir nəfsdir. Qəzəb — son dərəcə şiddətli bir həsəd və qürurla birləşincə, silahsız və fikirli (dalğın) bir halda gəzib dolaşan insanın qarşısında dayanar. Eynilə insan dərisi görən kimi onu vuran bir ilan kimi, ovunu vurub zəhərlər. Nəticə isə, ya böyük bir zərər, əziyyət ya da, ölümdür. Zərər verməsi — onu görməsinə, qarşısında birisinin olmasına bağlı deyildir. Görmədiyi, başqa bir yerdə olan hər hansı bir şey haqqında məlumat əldə etməsi belə, zərər verməsi üçün «gözəl» bir fürsət ola bilər.

Zərərçəkmişin bundan xəbərsiz və silahsız olması kifayətdir. Çünki, bu tip insanlar silahlı kəslərə təsir edə bilməzlər. Eynilə açıq bir yer buraxmayacaq şəkildə bədəninin hər tərəfini örtən bir zirehə bürünmüş olan bir insanla qarşılaşdığı zaman ona toxuna bilməyən ilan kimi. O halda özünü bu cür gözlərdən qorumaq istəyən kəslərin etməsi lazım olan şey — daim zirehli olmaq, döyüş vəsaitlərini daşımaq, sığınmaq və qorunmaq üçün Quran və Sünnədə zikr edilən nəbəvi zikrlərə davam etməkdir.

Bir kimsənin gözüylə insanlara zərər verdiyi qəti olaraq isbat edilərsə, bu kimsənin həbs edilməsi və ölənə qədər yalnız yemək və su verməklə insanlardan təcrid edilməsi caiz — hətta vacib olar. Bir çox fəqih alim bu fikri irəli sürmüşdür. Əslində bu barədə hər hansı bir ixtilafın da olmaması lazımdır. Çünki bu, müsəlmanların faydasını qorumaq və zərər görmələrinin qarşısını almaqdır. Təbiidir ki, bunun əksinə bir görüş irəli sürüləcək olsa, o da Şəriət`dən uzaq bir görüş olmaz.

Sual: Əgər bir kimsənin nəzər etməsiylə hər hansı bir insan öləcək olsa, bu vəziyyətdə nəzəri dəymiş kimsəyə qisas cəzası vermək olarmı?
Cavab: Əgər nəzər etməsi — qeyri-ixtiyari olaraq meydana gəlirsə, bu vəziyyətdə qisas cəzası verilməz; yalnız öldürülmüşün qanbahasını ödəyər…….

….Lakin bunun xaricində başqa bir formada ona qisas cəzası verilməz. Çünki ümumiyyətlə göz, insanın ölümünə səbəb olmaz. Həmçinin qılınc və digər bu kimi vasitələrlə qisas alınarsa — onun günahının bədəli ilə eyni bərbərlikdə olmaz, ədalətsizlik olar.

Bir dəfə ustadımız Əbu əl-Abbas İbn Teymiyyə`dən (Allah ruhunu şad etsin) nəzər (göz) ilə adam öldürmənin qisası vacib edib-etmədiyini soruşdum. Ustadımız bu cavabı verdi: «Səbəbkar kimsə onu öldürdüyü kimi (eyni formada) nəzər ilə öldürə bilər.»

— Əgər deyilsə ki, bu yolla öldürməklə sehr yoluyla öldürmə arasında nə fərq vardır ki, sehrdə qılıncla qisası lazımlı gördüyünüz halda burada lazımlı görmürsünüz?

Belə cavab verərik:
— Sehr yoluyla öldürmə ilə bu yolla öldürmə, iki yöndən bir-birindən fərqlidir:

Birincisi: Sehr yoluyla adam qətl zamanı qılıncla qisas alınmasının səbəbi — sehrin əksər halda ölümə səbəb olan bir yol olmasıdır. Şübhəsiz ki, bu cür sehrlər çoxdur. Necə ki, (bu işin) mütəxəssisləri bu cür sehrlə adam öldürmənin bir çox üsullarını bilirlər.

İkincisi: Sehr yoluyla adam öldürən kimsənin eyni şəkildə qisasa tabe edilmələri mümkün deyil. Çünki Allah bu hərəkəti qadağan etmişdir. Bu vəziyyət içki içirməklə adam öldürməyə bənzəyir. Bu yolla cinayət işləyən kimsəyə də, qılıncla qisas cəzası tətbiq edilər.

Əslində mövzumuz bu məsələləri zikr etmək deyil. Biz, bəzi insanların bir sıra heyvanların təbiətinə sahib olmaları haqqında danışarkən, bu məsələlərə (məcburən) toxunmuş olduq. (davam edirik)

Bəzi insanlar donuz təbiətlidirlər.. Donuz təmiz bir yemək tapsa ona heç dönüb baxmaz. Bir insan pisliyi tapsa onu «silər-süpürər». Bir çox insan da belədir.

Bəzi insanlar tovuzquşu təbiətindədirlər.. Tovuzquşu yalnız lovğalanar və tükləriylə bəzənər; başqa heç bir iş etməz.

Bəzi insanlar da heyvanların ən kinlisi olan dəvə təbiətindədirlər. Bu tip insanların hər xırda şeyə görə kin saxladıqlarını görərsən.

Bəzi kəslər isə, ayı, bəziləri isə meymun təbiətlidirlər.

Heyvan təbiətlərinin ən gözəli at təbiətidir.. Atlar heyvanların ən şərəflisi və təbiəti ən yaxşı olanıdır. Qoyun da belədir. Hansı insan bu heyvanlardan hər hansı birindən faydalanarsa, onun təbiətindən və xasiyyətindən bir şey götürər. Əgər onun ətindən yeyərsə, ona bənzəməsi daha çox olar. Çünki, insan bəslədiyi şeyə bənzəyər. Bu səbəblə də, Allahu-Təalə yırtıcı heyvanların ətinin yeyilməsini haram etmişdir. Çünki, o heyvanları yeyənlər yavaş-yavaş elə onların təbiətinə də bənzəyəcəklər.

Xülasə, yuxarıdakı kateqoriyalardan birinə bənzəyənlər, nəfslərinin arzularını və şəhvətlərinin vacib etdiklərini yerinə yetirməkdən başqa bir iş etməz, bundan başqa bir şey bilməzlər..

Nəticə: Allah və Rəsulunun əmrlərinə itaət edib, yasaqlarından çəkinən insan, addım-addım mələklər mərtəbəsinə doğru qalxar, bunun əksini edən insan isə, insanlıq mərtəbəsindən addım-addım yuvarlanaraq, heyvanlar mərtəbəsinə enər..

Bu yazının tərtibində İbn əl-Qayyim`in “Mədəric`us-Səlikin” adlı kitabından geniş şəkildə istifadə olundu.

 Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment