Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Sələflərdən vaxtında bərəkəti itirənlərə nəsihət olaraq varid olub ki, onlardan biri belə buyurur:
– Mən gündəlik Qurandan hizbimi (payımı) nə qədər çoxaldırdımsa o gün vaxtımda daha çox bərəkət olurdu. Mən o qədər artırmağa davam etdim ki, sonunda günlük payım 10 cüzə çatdı.
Həmçinin İbrahim bin AbdulVahid əl-Məqdisi, əd-Diyə əl-Məqdisiyə (rahiməhuməllah) elmə yiyələnmək barəsində nəsihət edərək belə buyurmuşdur:
– Quran oxumağı artır və onu tərk etmə. Həqiqətən o, sənin üçün sənin tələb etdiyini oxuduğunun miqdarına bərabər olaraq asanlaşdıracaqdır (yəni nə qədər çox oxusan bir o qədər asanlaşacaq).
Və əd-Diyə əl-Məqdisi (rahiməhullah) buyurur:
– Mən bunu çox sınadım və təsirini də gördüm. O gün ki, mən çox Quran oxuyurdum, həmin gün də mənə çoxlu hədis dinləmək və çoxlu da hədis yazmaq asanlaşırdı. Nə vaxt ki, oxumurdum o gün mənə asanlaşmırdı.
(İbn Rəcəb “Zeylu Tabəqat əl-Hənəbilə” kitabında, 3-cü cild, səh. 205)
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Tərcümə etdi – feqih.com saytının heyəti