Məqalələr

Uşaqların namaza alışdırılması üçün praktik məsləhətlər

“Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir.” (Ənkəbut, 45)

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Hər bir müsəlman valideynin üzərinə düşən mühüm vəzifələrdən biri də təkcə özünü yox, ailəsini də Allaha itaət üzrə tərbiyələndirməkdir. Uca Rəbbimiz buyurmuşdur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!.  (Quran, Təhrim, 5).

Həmçinin Abdullah ibn Ömər (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın ona salavatı və salamı olsun) belə söylədiyini demişdir:Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisi) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz.” (Buxari; Müslim).

Şübhə yoxdur ki, hər bir müsəlman ata-anan övladının İslamın beş mühüm sütunundan biri olan namaza  necə alışdırılması mühümdür. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) uşaq artıq pisi yaxşıdan ayıra biləcək yaşa gəldikdən etibarən ona namazın öyrədilməsinin vacib olduğunu vurğulayaraq, belə buyurmuşdur:

“Yeddi yaşına çatdıqda uşaqlarınıza namazı öyrədin və on yaşına çatıb namaz qılmadıqda onları yüngülcə vurun və yataqlarını ayırın. (Əbu Davud).

Aydın olur ki, artıq yeddi yaşından etibarən  sistematik şəkildə valideyn övladına namazı aşılamalı, tədris etməli, bu işə ciddi yanaşmalıdır.

Bu baxımdan aşağıdakı praktik məsləhətlərin Allahın izni ilə faydalı olacağına ümid edilir:

  • Yaşadək olan mərhələdə:
  • Uca Allaha övladlarınızın saleh və namazqılan olması üçün dua edin. Qurani Kərimdə İbrahim peyğəmbərin (Allahın ona salamı olsun) belə dua etdiyi bildirilir: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!” (İbrahim, 40).
  • Şəxsi nümunənizdə ona namazı qorumağın vacibliyini təlqin edin. Qoy övladlarınız evdə böyüklərin namazlarına ciddi yanaşmasının şahidi olsunlar. Eləcə də uşağın anlayacağı dildə namazı Kimin üçün qıldığınızı, Rəbbinizi tanıdı Tövhid Allah qatında ibadətlərin qəbul olunmasının başlıca şərtidir.
  • Kiçik yaşlarından Quran əzbərləmələrinə nail olun. Xüsusən Fatihə və digər qısa surələrin əzbərlənməsi müvafiq yaşa çatdıqda namaza başlamalarını xeyli asanlaşdıracaqdır.
  • İstəsək də istəməsək də, həyatımıza daxil olub, kök salmış müasir texnologiyanın nəaliyyətlərindən savadlı şəkildə istifadə Kompyuter və tabetlərə uşaqlar üçün dəstəmaz almağı, namaz qılmağı öyrədən xüsusi proqramlar yükləyərək, göz və qulaqlarının namazın rükn və sözlərinə alışmasını təmin edin. Beləcə gözlənilən yaşa çatdıqda övladınız artıq şüuraltı şəkildə bu gözəl ibadətə özünü hazır hiss edəcəkdir.
  • Təmizliyə alışdırı Kiçik yaşlarından uşaqlara təharət ədəblərini aşılamaq sonrakı mərhələdə dəstəmaz vərdişinin qazanılmasına təkan verir. Ayaqyolu ədəblərini, ehtiyaclarını oturaraq ödəməsini, təmizlənərkən sol əldən istifadə etməsini ona başa salın.  Dişlərini gündə bir neçə dəfə fırçalamağı vərdiş halına gətirin. Bu baxımdan xüsusən anaların üzərinə böyük məsuliyyət düşür.
  • Övrət yerlərinin kənar insanlar arasında açılmasına körpəlikdən izn vermə Yaşı nə qədər az  olsa da istər çimərlik və hovuzlarda, istərsə də ev şəraitində bacı-qardaşları arasında ayıb yerləri açıq halda rahat gəzməsinə imkan yaratmayın, bunun yolverilməz olduğunu izah edin. Eləcə də  hətta balaca olsalar belə istər qız, istər oğlan övladlarınıza dar, qısa, dərisini və əzalarını göründürən nazik parçadan tikilmiş geyimlər geyindirməyin. Həya üzərində yetişən uşaq Rəbbinə qarşı da həyalı olacaqdır.
  • Səhər və axşam zikrlərini tədricən əzbərlə Bilmirsinizsə, özünüz də onlarla bir yerdə əzbərləməkdən çəkinməyin. Əksinə, bu, övladınıza sizi ötmək üçün ikiqat stimul verəcək, şövqünü artıracaq. Zikrləri əzbərlədərkən, təkcə anlaşılmayan söz yığını kimi yox, mahiyyətini də izah etməyə çalışın. Beləliklə, körpənizin qəlbi ilk illərdən etibarən Tövhidə bağlanacaq. Bu isə sonrakı illərdə namazda xüşunu təmin etmək üçün mühümdür.

7-10 yaş arası mərhələdə:

  • Dəstəmazın alınma qaydasını öyrə Övladınıza öz nümunənizdə necə dəstəmaz alındığını izah edərkən, dediklərinizi Allah və Rəsulundan (salləllahu əleyhi və səlləm) varid olmuş səhih dəlillərlə əsaslandırın. Beləcə körpənin qəlbini nəinki namazın şərtlərinə sevgi üzərində kökləmiş olacaq, həmçinin kor-koranə yox, Quran və Sünnə üzərində dinini qurmasını anladacaqsınız. Tam alışdığına əmin olanadək dəstəmazı düzgün formada almasını nəzarət altında saxlayın.  Naqislik gördüyünüz halda, “uşaqdır” deyib üstündən keçməyin, başa salın, düzəltməsinə nail olun. Beləcə, bu məsələlərdə səhlənkarlığın yolverilməz olduğu övladınızın zehnində iz qoyacaqdır.
  • Namazı da eyni üsulla tədris edin, vaxtaşırı uzaqdan izlə Tez yaxud naqis qıldığı halda, səhvlərini başa saldıqdan sonra yenidən qılınmağa yollayın. Əgər “niyə?” deyə soruşarsa, Allah Rəsulunun (Allahın ona salavatı və salamı olsun) öz səhabələrinə belə əmr etdiyini nəql edin.

Əbu Hüreyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisə görə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) məsciddə olarkən bədəvi bir ərəb içəri daxil olur, namaz qılır. Sonra isə Muhəmmədə (Allahın ona salavatı və salamı olsun) yaxınlaşıb salam verir. O isə salamı alaraq deyir: ”Get, namazı yenidən qıl, çünki sən namaz qılmadın” Həmin adam gedir və öncə qıldığı kimi qılır, sonra gəlib Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) salam verir. Peyğəmbər salamını alır və ona : “ Get, yenidən namaz qıl, çünki sən namaz qılmadın!” –deyir. Bu hal üç dəfə təkrarlandıqdan sonra bədəvi dedi: ”Ey Allahın elçisi, səni haqq olaraq göndərən Allaha and olsun ki, bundan daha yaxşısını edə bilmirəm, məni öyrət.” Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) buyurdu: “Namaza durduğun zaman təkbir et. Sonra Qurandan sənə asan olanı oxu, sonra tam rahat olana qədər rükü et. Sonra tam şəkildə düzələnə qədər qalx və sonra tam rahat olana qədər səcdə et, rahatlaş.. Bunu bütün namazlarında et”  (Buxari, Muslim).

 

  • Qız uşaqlarına namazda örtünmənin şərtlərini izah edin. Eləcə də tədricən hicabın şərtlərinə müvafiq olaraq, geyinməyi tərbiyə.
  • Oğlan uşaqlarına namazda örtülməyi lazım olan bədən üzvlərinə dair məlumat verin.
  • Xüsusən soyuq havada övladınızın dəstəmaz alması üçün suyu isidin ki, bu gözəl ibadəti yerinə yetirmək üçün nəfsinə ağır gələn maneələrdən təmizləyəsiniz. 
  • Sübh və İşa namazının qılınma vaxtına müvafiq olaraq, uşağın yuxu saatlarını tənzimləməyə çalışı Gündəlik yuxu normasını pozmasın və nəfsinə ağır gəlməsin deyə namaza yeni alışdırılan və yaşı kiçik olan övladınızı sübhün son saatında oyada bilərsiniz. Amma istənilən halda səhlənkarlıq göstərib, bilə-bilə “uşaqdır, heç nə olmaz” deyərək, namazları buraxmağa sövq etməyin. Unutmayın ki, kiçik yaşdan valideynlərin qətiyyətli olduğu bütün məsələlər insan həyatına ömürlük nəqş edilir. Əgər yuxudan oyanmaq istəməsə, üzünə astaca ilıq su çiləyərək, “igid, qəhrəman, ağıllı balam, cəsurum” kimi sözlərlə əzizləyərək oyadın. Namaz üçün yuxusuna qalib gəldiyi üçün hər gün usanmadan onu tərifləyin. Çox yorğun, yuxuludursa, namazdan sonra sübh zikrlərindən ən zərurilərini söyləyib, yatmasına icazə verin. Həmçinin günorta yuxusu Sünnəsini də tətbiq edin. Həmçinin günorta yuxusu Sünnəsini dətətbiq edin.
  • Xəstə və nasaz olduğu vaxtlarda Şəriətin icazə verdiyi şərtlər daxilində təyəmmümü, eləcə də həqiqətən halı yoxdursa namazlarını oturaraq yaxud uzanaraq qıla biləcəyini xatırladı Əsla “sən uşaqsan, sənə olar” deyib ibadətlərə barmaqarası yanaşa biləcəyinə, qəsdlə qəza edə biləcəyinə eyham vurmayın. Əgər belə etsəniz, zəif iradəyə malik şəxs yetişdirəcək, gələcəkdə də namaz ağır gəldikdə nəfsinə xoş gələn bəhanələrlə yayına biləcəyi düşüncəsinə qapılmasına imkan yaradacaqsınız. Bu isə  saleh övlad yetişdirmək istəyən hər bir valideyn üçün yolverilməz xətadır.
  • Oğlan uşaqlarını ataları yaxud yaxınları ilə məsciddə namaz qılmağa alışdırı Bu baxımdan Cümə namazları xüsusi əhəmiyyət kəsb edir.
  • Cümə və Bayram günləri qüsl almağı öyrədin, özünüzlə namaza aparın.
  • Məktəb, idman və digər məşğuliyyətlərinin namaz qılmaqda səhlənkarlığa yol verməsinə əsla imkan vermə Namazlarını vaxtında qılmaları üçün bütün maneələri aradan qaldırın.
  • Namazlarını mühafizə edən yaşıdların və ümumiyyətlə ciddi, tərbiyəli müsəlmanların əhatəsində olmasına nəzarət edin. Pis dostlardan çəkindirin.
  • Fərz namazlarına tam şəkildə alışdıqdan sonra rəvatib sünnələrini qılmağı öyrətməyə başlayı Xüsusən sübh namazından başlayaraq, tədricən bütün namazların sünnəsini qılmağa təşviq edin. Beləliklə, 10 yaşında artıq övladınızın nəinki fərzləri, eləcə də sünnələri asanlıqla qılmasının şahidi olacaqsızınız, inşəAllah.
  • Duha, təhiyyət və digər nafilə namazları haqqında da məlumat verin, vaxtaşırı qılmasına nəzarət edin.
  • Ramazan ayında hər gün ən azı iki rükət Təravih namazı qıldırmağa  alışdırın.
  • Sübh namazına 1 saat qalmış, ailənizi oyadaraq, təhəccüd namazını qılmağa sövq edin. Gecənin son üçdə birində ibadət etməyin əhəmiyyətini vurğulayın.
  • Vaxtaşırı olaraq, balanızın imanının qalxmasına səbəb olacaq söhbətlər aparın, namazın fəzilətini xatırladın.

Bütün bu praktik məsləhətlər ixlasla, əzm və ardıcıllıqla  yerinə yetirildiyi təqdirdə Allahın izni ilə on yaşında artıq müvafiq cəza tədbirlərinə ehtiyac qalmayacaq, övladlarınızın sevgi və xüşu içində namaz qılmalarının şahidi olacaqsınız.

Hazırladı: Ummu Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Uşaqların oruc tutmağa alışdırılması üçün praktik məsləhətlər