Əxlaq Məqalələr

Ümumi qadağalar

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Cəbir (Allah ondan razı olsun) buyurmuşdur: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hərəkət etməyən suya ayaqyoluna çıxmağı qadağan etmişdir». (Muslim, İbn Məcah, ən-Nəsəi)
Humeyd ibn Abdur-Rahman dedi: Peyğəmbərlə Əbu Hureyrənin dostluq etdiyi kimi dostluq edən bir nəfərlə qarşılaşdım. O, dedi: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hər gün daranmağı və çimdiyi yerə bayıra çıxmağı qadağan etmişdir». (Əba Davud, ən-Nəsəi)

Əbu İyad Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsindən belə eşitdiyini rəvayət etmişdir: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) günəşlə kölgə arasında oturmağı qadağan etmişdir. (Əhməd)

Cəbir (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) üzə vurmağı qadağan etmişdir. (Muslim)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi və qodunu qadağan etmişdir. (Təfsir İbn Kəsir, 1/531 )

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) düşmənlə qarşılaşmağı qadağan edərək buyurur: «Düşmənlə qarşılaşmağı arzulamayın. Allahdan əmin amanlıq diləyin. Düşmənlə qarşılaşdıqda isə sabit olun». (Əbu Davud, Tirmizi, Nəsəi, İbn Məcah)

Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) düşmən torpağına gedəndə Quranı götürməyi qadağan etmişdir.»

Hazırladı: Ramil Soltanov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment