Qadınlar üçün Tibb

Ud hindi ilə müalicə

«Ən yaxşı müalicə yolu qan aldırmaqla və ud hindidən istifadə etməklə olur».

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İnsanı yaradan Allah bilirdi ki, insanda nəfs və tamahkarlıq  mal -dövlətə düşgünlük , tənbəllik , tələsmək , pis  zənnə qapanmaq , ancaq gördüyünü iqrar edib, görmədiyini inkar etmək kimi xüsusiyyətlər var. İnsanı yaradan Allah bilirdi ki, insan güləcək həyəcanlanacaq , qorxacaq, ağlayacaq, sevinəcək,  xəstələnəcək və s hallarla qarşılaşacaq.

Və bu həyatda, bu amilləri doğru düzgün yönləndirmək və bu problemləri doğru düzgün həll etmək üçün, həm Allahın, həm insanların, həm də öz sağlamlığının qarşısında öz insani vəzifəsini yerinə yetirməsi üçün Allahın dininə əməl olunması zəruridir.

Bu qısa risaləmiz isə müsəlmanın öz sağlamlığını qoruması üçün Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) tövsiyə etdiyi şəfa qaynaqlarından biri  sayılan  «Ud hindi» haqqında olacaqdır.

Allahın yaratdığı bir çox tərəvəzlər, meyvələr kimi ud hindinin də dünyanın müxtəlif yerlərində yetişən bir çox növü mövcuddur. Bioloqlar ud hindinin 20 yə yaxın növünün olduğunu bildirmişlər bu növlərdən yalnız biri okeanda digər qisimləri isə quruda yetişir. Okeanda  yetişən qisminin rəngli ağ, iyi və acılığı ,qurudakına nisbətən daha yüngül olur. İnsanlar arasında «Qıstıl bəhri» adı ilə məşhurdur. Qurudakı qismi isə ən çox  Hindistanda,  Afrikada və Amerikanın bəzi ştatlarında  mövcuddur.  Ən çox yayılmış olan yeri isə Hindistanın Himalay dağlarıdır. Bu ağacın boyu təxminən  2 metrdən çox olmur. Kökü, zoğu və budaqlarından da  şəfa üçün istifadə olunur. Ən məşhur olan növü də Hindistanda yetişənidir. Hədislərdə də hind budağı adı ilə keçməkdədir.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur : «Ən yaxşı müalicə yolu qan aldırmaqla və ud hindidən istifadə etməklə olur». (Buxari «Tibb kitabı»), (Muslim)

Müasir həkimlər, qan aldırmaqla, ud hindidən istifadə etməyin, bir hədisdə cəm olunmasının hikmətini belə açıqlamışlar. Qan aldırmadan əvvəl və ya sonra ud hindindən istifadə etmək, kəsik dərin deyilsə, dəridə iz  buraxmır.

Başqa bir hədisdə: «Çənə altı vəzilərdən xilas olmaq  üçün basaraq uşaqlarınıza əziyyət verməyin. Ud hindidən istifadə edin». (Buxari «Tibb kitabı»)

Çənə altı vəzilər (qlandalar) şişərkən onları  sıxmaqla müalicə emək 14 əsr keçməyinə baxmayaraq  el arasında, türkəçarə müalicə üslubu kimi, geniş yayılmağında davam edir. Bu hədisdə isə bu müalicə üslubu qadağan edilmişdir. Bu üslub xəstəyə əziyyət verməklə yanaşı, çənə altı vəzilərdəki iltihabın daha da geniş yayılmasına səbəb olur.

 Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur : “ UD HİNDİ-dən istifadə edin ondan şəfa ücün yeddi yoldan istifadə olunur. Çənə altı vəzilərdən xilas olmaq üçün buruna çəkilir  və ağız  vasitəsi ilə qədul olunur».(Buxari, Muslim)

Şəkk yoxdur ki Peyğəmbər (Allahın ona salavat və salamı olsun)  UD HİNDİ- nin mahiyyətini  digər  hədislərdə olduğu kimi burada da qısa, çoxmənalı və hikmətli şəkildə bəyan etmişdir. (yeddi yolla)

İstifadə olunma qaydaları

UD HİNDİ bitkisi öz tərkibində  HİLİNİN və BİNZOLAT  turşusu  kimi güclü mikrob öldürən iki maddəni və bir çox başqa faydalı maddələri cəm etdiyi üçün içilərək istifadə olunduğu zaman şəkərlə qarışdırılmaması tövsiyə olunur

Ibn Həcər «Fəthul bari» kitabında yeddi yolu belə izah edir. Hədisdə yeddi yol zikr edildiyi halda iki yolun ərz olunmasının hikməti qalan yeddi yolun  bu iki yoldan şaxələnməsi ola bilər.

Hədisdəki yeddi yol ifadəsini Peyğəmbər (Allahın ona salavat və salamı olsun) 2 yolla qısaltmışdır. Yəni, o yeddi yol bu iki yolda cəm olur. Sonra isə bu açıqlamanı vermişdir;

Su ilə qarışdırılıb (dəmlənilib) içilir.

Ağızın sağ və sol nahiyələri istiqamətinə qoyularaq qəbul olunur.

Burun vastəsilə qəbul olunur, (müasir tibb elmi zeytun yağı ilə qarışdırılmış, yaxud da dəmlənmiş halda buruna damcılandırılması fərziyyəsini irəli sürür.)

Dəri xəstəlikləri üçün: zeytun yağında 15 gün saxladılıb dəriyə sürtülür.

Balla qarışdırılıb dəriyə sürtülür.

Su ilə qarışdırılıb çimilir.

UD HİNDİ- nin üyüdülmüş formasını  bir cay qaşığı  miqdarında bir stəkan suya qarışdırıb  və ya dəmlənərək içilir.

Bu ən geniş və ən faydalı yayılmış istifadə üslubudur ki və bu yolla bir çox xəstəliklərin müalicəsinə faydalı olur.

Müasir tibb elmi isə bu yolların aşağıdakı xəstəliklərə faydalı olduuğunu qeyd etmişdir.

Laxtalanmanın qarşısını alır

Hormon pozuntularını tənzimləyir,

Heyz pozuntuları

Ümumi  Qadın xəstəlikləri

Sidik kisəsi

Böyrək  xəstəlikləri və daşların əridilməsi

Öd kisəsi və daşları

Qara ciyərlə əlaqəli bütün xəstəliklər

Ağ ciyər xəstəliklərinin,  şişmənin və su yığılmasının  və s xəstəliklərin qarşısının alınmasında və müalicəsində mühüm rol oynayır.

Həzm prossesini yaxşılaşdırır və maneələri aradan qaldırır,

Mədə xəstəlikləri və qurdları

Bağırsaq xəstəlikləri və qurdları

Zəhərlənmənin qarşısını alır

Köplərin qarşısını alır

Bütün bədəndəki xoş və bəd xasiyyət şişlərə əridilməsinə çox böyük  və müsbət təsir göstərir

Qəbizlik və ishalı tənzimləyir

Qızdırmanı sabitləşdirir

İmuniteti yüksəldir

Cinsi faliyəti yüksəldir

İştahı açır

Əsəbləri sakitləşdirir

Sehrin batil olması üçündə istifadə olunur

Necə istifadə etməli?

Ağız boşluğundakı dil və boğaz  xəstəlikləri üçün gündə iki dəfə səhər və axşam qar- qara edilir.

Damağ xəstəlikləri üçün səhər axşam gündə iki dəfə nəmləndirərək damağa yapışdırılır 10-15 dəqiqə müddətində saxlanılır

Hədisdə keçən “yuləddu bihi zəti cənbin” ifadəsi, ağızın sağ və ya sol boşluğu nahiyəsinə qoyularaq qəbul olununmasını bildirir (buna əsasən müasir həkimlər uşaqlara içirdilən dərmanların boğazın sağ və ya sol nahiyəsinə tökülməsini tövsiyə edirlər.)

Zob xəstəliyi üçün boğazın sağ və sol diblərinə və yaxud dilin altına qoyularaq sovrulur.

Göz xəstəlikləri, mirvari suyu və gözə gələn pərdələr və s xəstəliklərin müalicəsi üçün həm dəmlənib içilir həm də dəmləməsi ilə səhər axşam gözlər yuyulur və yaxud 3-4 damcı gözə tökülür.

UD HİNDİ  üyüdülmüş halda buruna çəkilir. (müasir həkimlər zeytun yağı ilə qarışdırılmış və ya dəmlənmiş halını burun damcısı şəklində qəbul olunmasını demişlər)

Bu yolla da ümumi tənəffüs yolları,

Bronxlar

Ağ ciyərədə ki iltihabların soyuq dəymənin su yığılmanın, vərəmin,

Çənə altı vəzilərin və boğaz iltihablarının,

Faranqitin qarşısını almaqda böyük təsir göstərir.

Asmanın müalicəsində,

Göy ösgürəyin kəsilməsi və

Qızdırmanın endirilməsində də bu yoldan istifadə olunur.

Həmçinin, 500q qaynar suya bir çay qaşığı əlavə edərək buxarı ilə inqalasiya edilir. Bu yolla da ümumi tənəffüs yollarında və ağ ciyərdə əmələ gələn bir çox xəstəliklərin aradan qaldırılmasında mühüm rol oynayır.

UD HİNDİ zeytun yağı ilə qarışdırıb 15 gün müddətində saxlanılır, sonra onu süzüb bir az qurudub və məlhəm şəklində  yel, oynaq və bel ağrılarında,  həmcinin müxtəlif dəri xəstəliklərində, Ekzima və saç tökülməsinin qarşısının alınmasinda istifadə olunur.

Həmçinin, Dəri xəstəlikləri üçün nəmləndirilərək  dəridə problem olan yerlərə qoyulur.

  UD HİNDİ üyüdülmüş halda balla qarşdıraraq və yaxud da su ilə  nəmləndirərək dəri xəstəliklərinin yanığların, yaraların, səpkilərin, qoturların və bəzi ləkələrin sağalması üçün lazım olan hissələrin üzərinə qoyulur.

 UD HİNDİ  üyüdülmüş halda su ilə qarışdırılıb çimilir. Bu istifadə qaydası dəridəki mikrobların xüsüsi ilə də bükülmə və bişməcə olan yerlərdəki mikrobların dizinfeksiyası üçün istifadə olunur.

Istifadə olunmuş ədəbiyyat :

Buxari, Muslim

«Fəthul Bari» -İbn Həcər

«Zədul Məad» — İbn Qayyim

«Biokrat» –İbn Sina

Və təcrübələrdən əldə olunan məlumatlar.

Hazırladı: Mədinə Beynəlxalq İslam Universitetinin məzunu,  Elman Qasımov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha