Məqalələr

Üç nəfərdən ikisinin gizli söhbət etməsinin hökmü

Üç nəfər olduqda iki nəfər öz aralarında pıçıldaşmasın.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Üç nəfər bir yerdə olduqda onlardan iki nəfərin öz aralarında istər ayrı dildə, istər hərəkətlə, istərsə də pıçıldaşmaqla gizli söhbət etməsi haramdır.

Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Üç nəfər olduqda iki nəfər öz aralarında pıçıldaşmasın, o vaxta qədər ki, insanlarla qarışsınlar, çünki bu hərəkət o birini üzür” (Səhih əl-Buxari, hədis 6290, Səhih Muslim, hədis 21).

Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Üç nəfər olduqda iki nəfər öz aralarında pıçıldaşmasın” (Səhih əl-Buxari, hədis 6288, Səhih Muslim, hədis 2183).

Əbu Davud “Sünən” əsərində bu hədisi rəvayət edir. Həmçinin ravi Əbu Salehin (Allah ona rəhmət eləsin) Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) belə soruşduğunu qeyd etmişdir. Əbu Saleh Abdullah ibn Ömərdən (Allah onlardan razı olsun) soruşdu ki, dörd nəfər olduqda necə? O, “ziyanı olmaz”– deyə cavab verdi. (Sunən Əbu Davud, hədis 4852).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Müəllif: Ramil Soltanov