Məqalələr

Tonqal hədiyyəsi

Haqq Günü bir atəş var, uğursuzların yeridir.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bu elə zamandır ki, qədrini bilən ucalar!

Qədrini bilməyən də peşmançılıqdan qocalar!

Zamanı sərf elədin fani olan işlərə sən,

O da oda çevrilər əgər  qədrini bilməsən!

 

“Bu gün bayramdır” dedin, tullandın odun üstündən,

Allaha səcdə elə, qov o atəşi üstündən.

“Bu gün bayramdır” dedin, qızışdın odun yanında

Ağırlıq – uğurluğu  tullanıb sildin canında,

 

  Haqq Günü bir atəş  var, uğursuzların yeridir.

Əsil uğursuz adam şükürsüz  başın biridir!

Bəzi tullanışların aqibətin düşünmədin,

Sənə od qalayan insanlara niyə dinmədin?

 

Her şey Haqq əmrindədir, yalniz Ondan istə xeyir,

Qeyrilərdən istəsən, qeyrisi “odda yan”- deyir!

Ya “tonqal hədiyyəsi”, ya “rahatlıq” düşün və seç,

Rəzalətli  qəlbi at, səlim, rahat bir yola keç,

 

Səni günah işlərə çəkən də tonqal  qalayır,

Günah yerindəki ləzzətmi, tonqalmı sən ayır!

Günahlar da atəş tək bəsirətləri yandırar,

Qorxan kəs qorxmayana həqiqətləri qandırar.

 

Sən kimi od-alovu sevən görmədim hələ mən,

Sevdiyin günahların od qalayır günlərindən!

Günlərin aylar olur, ayların ilə çevrilir,

Günahdan qaçmasan oddan qaçan tək, sevdirilir!

 

Sonda da qarşılayır böyük tonqal hədiyyəsi,

Odunu söndürənə od vurduğuyçun nəfəsi,

O tonqal bu tonqaldan şiddətlidir  yetmiş dəfə,

Yetmişin bir hissəsi çaşdırmasın, bax Sələfə!

Müəllif: Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha