Məqalələr Ramazan ayı

Təravih namazını tək qılmağın hökmü

Sual: Təravih namazını tək olaraq qıla bilərəmmi? Allah sizi xeyirlə mükafatlandırsın.

Cavab: «Təravih namazını camaatla qılmaq daha əfzəldir. Allahın elçisi ﷺ təravih namazını səhabələri ilə bir neçə gecə camaat şəklində qılmışdır. Sonra bunu tərk etmişdir və belə demişdir: «Mən qorxuram ki, gecə namazı sizin üzərinizə fərz olar». O zaman ki, artıq Allahın elçisi ﷺ vəfat etdi və vəhy kəsildi; Ömər ibn Xəttab vahid imamın arxasında insanları cəm etdi və onlarla birlikdə Allahın elçisinin ﷺ məscidində Ramazan ayında təravih namazını qıldı.
Allah Rəsulu ﷺ belə buyurmuşdur: «Kim imamla bərabər imam namazı bitirənədək namaz qılarsa, ona gecə namazının savabı yazılar».
Əfzəl olan bu əzəmətli savabdan ötrü təravihi camaat ilə birgə qılmaqdır. Lakin, sən evində tək qılsan, bir problemi yoxdur; çünki, bu, nafilə namazıdır. Lakin, kim camaatla qılarsa, onun üçün camaat namazının fəziləti, həmçinin bütünlüklə gecə namazının savabı hasil olar, əgər imamla bərabər sona qədər namazı onunla bitirərsə. Bəli.»

📡〖Şeyxin rəsmi saytından|Şeyx ibn Bəz〗

 

Hazırladı: Nail Paşayev