Rəhmli və Mərhəmətli Allahin adi ilə
Allah bəndəsini qoruyan əməllər
Təhlükəli heyvan və həşəratlardan qorunma
Abu Hureyra (Allah ondan razı olsun) rəvayət edirki, bir nəfər peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gələrək dedi: “Ey Allahın rəsulu, məni dünən sancan əqrəbin ucbatından başıma nələr gəldi!” Peyğəmbər (Allahın ona salavat və salamı olsun) cavabında ona dedi: “Həqiqətən əgər sən dünən: “Allahın yaratdıqlarının şərindən, Onun mükəmməl kəlmələrinə sığınıram” desəydin, sənə heç bir zərər toxunmazdı!” Muslim, 2709.
Həmçinin peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim axşam çağı üç dəfə: “Allahın yaratdıqlarının şərindən, Onun mükəmməl kəlmələrinə sığınıram” – desə, həmin gecə ilan sancısından qorunmuş olar”. əl-Hakim, İbn Hibban. Hədis səhihdir. Bax “Səhih ət-tarğib”, 749.
اَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ
/Ə‘uzu bikəliməti-Lləhi təmməti min şərri mə xaləq/.
Аудиоплеер YükləHazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha