İslam tarixi

Hicri tarixi 571 — 616 -cı illərdə

Üç il gizli dəvətdən sonra Səfa təpəsinə çıxıb açıq dəvətə başlaması.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

571 — Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dünyaya gəlməsi: (9 və ya 12 Rəbiül-Əvvəl) 9 Rəbiül-Əvvəl tarixi həqiqətə daha uyğun, 12 Rəbiül-Əvvəl tarixi isə daha məşhurdur.
575 — Beş il Sad qəbiləsində süd anası Həlimənin yanında qaldıqdan sonra, Məkkəyə, ailəsinin yanına qayıtması.

577 — Anası Əminə, xidmətçisi Əymən ilə birlikdə Mədinəyə gedib, atasının məzarını ziyarət etməsi və geriyə qayıtması.

577 — Babası Əbdülmüttəlibin Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) himayəsinə alması.

579 — ƏbdülMüttəlibin vəfatına görə əmisi Əbu Talibin himayəsində qalması.

583 — Əmisi Əbu Taliblə, ticarət karvanı ilə Suriyaya getməsi və Busrada Bahiranın bu uşağın son Peyğəmbər olacağını sezməsi.

588 — Əmisi Zübeyrlə Yəmənə səyahəti

591
 — Qureyşlə Qays arasında 4 il davam edən Ficar hərbində bitərəf qalması və Hilful-Fudul müqaviləsinə qoşulması.

595 — Şama ikinci səyahəti, Meysərənin Peyğəmbərimizə heyranlığı.

596
 — Xədicə (Allah ondan razı olsun) ilə evlənməyi

606
 — Kəbənin təmirində Həcərül-Əsvədi (Qara daşı) yerinə qoyma vəzifəsini Qureyşin Məhəmmədul-Əmin dediyi Peyğəmbərimizə (Allahın ona salavat və salamı olsun) ifa etdirməsi.

610
 — Hirada ilk vəhyin gəlişi (Ramazan ayında), ən yaxınlarını İslama dəvətə başlaması ilə, Hz. Xədicə, Hz. Əli və Hz. Əbu Bəkrin müsəlman olmaları.

613
 — Üç il gizli dəvətdən sonra Səfa təpəsinə çıxıb açıq dəvətə başlaması.

615
 — Bütpərəstlərin hücumu qarşısında bəzi müsəlmanların Həbəşistana ilk hicrətləri (gedişləri).

Bütpərəstlərin fağır müsəlmanlara işkəncələrini artırmaları, müsəlmanların Darul-Ərkama sığınmaları.

616
 — Həmzə və Ömərin müsəlman olmaları.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment