Sual-cavab

Sual-Cavab (01.12.2012)

Suallara cavab verən Mədinə Beynəlxalq İslam Universitetinin məzunları Ramil Soltanov, Səid İsrafilov

1. Camaat namazı barədə
Sual: Camaat namazında imam camaatdan çox savab qazanır? Yəni ayrıca savab var onun üçün?

Cavab: İmamın vəzifəsi şərəfli bir vəzifədir, çünki namazda arxasında duranlar üçün zamindir və onlar üçün həmdə sütrədir. Çünki bu xeyir və saleh insanların vəzifələridir. Şeyxul İslam İbn Teymiyyə (Allah ona Rəhmət etsin) Umdə kitabının şərhində belə deyir: «Davud İbn əbu Hind belə rəvayət edir: «Bir kiş mənə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gələrək ona belə dediyini danışdı: «Mənə əməl edəcəyim bir əməli əmr et!» Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) ona: «Get qövmünə imamlıq et!» deyə buyurdu. Kişi: «Əgər bunu edə bilməsəm necə?» deyə soruşduqda, O (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dedi: «Onda onların müəzzini ol!» Səid rəvayət etmişdir. Sonra isə İbn Teymiyyə (Allah ona rəhmət etsin) belə dedi: «Amma Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) və Rəşidi xəlifələrin imamlığı Əmirlik və Qazilik kimidir. Çünki baxmayaraq ki, vilayət sahibi üçün qorxulacaq bir şey olsa belə Ona Allah əmr etdiyi kimi əməl olunası heç bir əməl tay olmaz. Ona daxil olmağın qorxulu olması Allahın əmrlərini yerinə yetirməmək qorxusu və qəlbin fitnələrə düşmə səbəbindəndir. Bu da onda olan izzət və şərəfə görədir.» Buna görədə imamlıq etmək böyük fəzilətdir. Həm İmam, həmdə Muəzzin Camaat namazının fəzilətində şərikdir və hər biri bir-biri üçün bu fəzilətə nail olmaqda səbəbdirlər.» Bunu İz İbn abusSalam demişdir. (Bax. Fətavalar toplusu, 36264)

2. Xütbə verilən zaman salavat demək
Sual: Xütbə gedə-gedə imam Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) desə mən də salavat gətirməliyəm hədisə görə?

Cavab: Bəli de, lakin ucadan yox sakitcə.

3. Cariyə, zövcə və kəniz arasındakı fərq
Sual: Zövcə ilə cariyə və kəniz arasinda nə kimi fərq var. Cariye və kənizlə yaxınlıq etmək olarmi? Bu zaman kəbin mütləq olmalıdırmı?

Cavab: Zövcə və cariyyə və ya kəniz arasında kı fərq budur ki, Zövcən əvvala azad bir insandır. Onunla evləndiyində mehrini verməlisən, vəlisindən razılıq almalısan, evləndikdən sonra onun sənin üzərində olan haqları var. O, sən ona qarşı adil olmadıqda boşanmaq tələb edə bilər. Cariyə və kəniz isə əksinə azad deyil, sən onun sahibisən sənin mülkün sayılır. Onunla yaxınlıq edə bilərsən və kəbinə ehtiyac yoxdur. Əgər onunla evənmək istədikdə onu azad edib kəbin kəsdirib mehrini verərək evlənə bilərsən və sənin üçün buna görə iki savab vardır.
Saleh ibn Saleh Əl-Hamadanidən, o da Şəbidən belə rəvayət edir: “Xorasan əhlindən olan bir kişi Şəbidən belə soruşdu: “Ey Əbə Amr, bizim Xorasan əhli tərəfdə öz kənizini azad edib sonra onunla evlənən kişi haqda: “Dəvəsini minən” deyirlər. Şəbi ona belə cavab verdi. Mənə Əbu Burda ibn Əbu Musa o da atasından Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət etdi: “Üç nəfərə əcri iki dəfə verilər: Əhli kitabdan olan öz Peyğəmbərinə iman gətirib və Peyğəmbər Muhəmmədi (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) görmüş ona iman etmiş, ardınca getmiş, onu təsdiqləmiş kəsə iki əcr var. Qul bir kölə Allahın və sahibinin haqqını ödəsə, ona iki əcr var. Kənizi olan, onu yaxşı bir şəkildə yedizdirən, onu yaxşı bir şəkildə ədəbləndirən, sonra onu azad edib onunla evlənən kişiyə iki əcr var». Sonra Şəbi xorasanlı kişiyə belə dedi: Bu hədisi heç bir şey vermədən götür, vaxt vardı ki, bundan kiçik bir məsələyə görə kişi Mədinəyə qədər gedərdi.” (Müslim, İman kitabı)

4. Peyğəmbərin kimisə öldürüb-öldürməməsi barədə
Sual: Rasulullah (Allahın ona salavatı və salamı olsun) şəxsən özü hansisa döyüşdə bir insanı öldürübmü?

Cavab:Bu haqda səhih heç bir şey varid deyildir. Ubey İbn Xələfi öldürdüyü bəzi mənbələrdə zikr olur, lakin sabit deyildir. Bir şey varid olmaması da o demək deyildir ki, kimisə öldürməyib. Məlumdur ki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) döyüşlərdə iştirak edib və ən şücaətli insan olub.

5. Uşaqların yanında həyat yoldaşı öpmək
Sual: Rasulullahin (Allahın ona salavatı və salamı olsun) sunnəsindəki yeri ile bağlıdır. Kişinin öz xanımını uşaqlarının gözü önündə öpməsi caizdirmi?

Cavab: Əgər onun bu hərəkəti Qadın və kişi arasında xəlvətdə olan adətlərdəndirsə onda olmaz. Allah Təala ən-Nur surəsində belə buyurur: «Ey iman gətirənlər! Sahib olduqlarınız (kölə və kənizlər), həddi-büluğa çatmayanlar (yanınıza daxil olmaq istədikdə) bu üç vaxtda sizdən icazə alsınlar: sübh namazından əvvəl, günorta (yatıb dincəlmək, istirahət etmək üçün) paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu vaxtlar insan paltarını çıxarda bilər, zövcəsi ilə bir yerdə uzanıb ixtilat edə bilər və i. a.) bu üç vaxt sizin üçün xəlvət vaxtdır (paltarsız ola bilərsiniz). Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girib-çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Sizdən olan uşaqlar da həddi-büluğa çatanda (yanınıza daxil olmaq istədikləri zaman) özlərindən əvvəlkilər kimi izin istəsinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!» Lakin əgər bu ailədə mehribançılıq, bir birinə ehtiram və rəhməti ifadə edən və uşaqların tərbiyəsini pozmayan bir şəkildədirsə onda bunda bir qadağa yoxdur.

6. Cəbrailin Muhəmməd Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) tanıması
Sual: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə çıxır ki, Cəbraili (Allahın ona salamı olsun) uşaq vaxtından artiq taniyib? Və həmçinin tək Allaha ibadət edib?

Cavab: Peyğəmbərin ( Allahın ona salavat və salamı olsun) heç bir bütə ibadət etmədiyi və yalnız Allaha ibadət etdiyi hədislərdə sabitdir. Lakin Cəbraili (Allahın ona salamı olsun) yalnız vəhy nazil olandan sonra tanıyıb. Uşaq ikən onun qəlbini yuması bu o demək deyildir ki, onu uşaqlıqdan tanıyır. Sadəcə uşaqlıqdan bu vəzifənin mühüm və çətin olmasına görə Peyğəmbərliyə hazırlaşdırılıb.

7. Salamı qaytarmaq haqqında
Sual: Əgər bir insan məktub və ya e-mail vasitəsilə digərinə salam aleykum yazarsa həmin məktubu alan şəxs salamın əvəzi aleykum salamı elə məktubu göndərən eşitmədən şifahi deyə bilərmi? Yoxsa yazılan məktubda salamı qaytarmaq üçün həmin şəxsə məktub yazıb aleykum salam deyilməlidir?

Cavab: Ümumi hökm odur ki, salamı ona çatan tərzdə qaytarmaq lazımdır. Ona görə yazan şəxsdə salamının alınmasını bilmək üçün cavab yazsan daha yaxşı olar İnşaAllah. Ən doğrusunu Allah bilir.

8. Peyğəmbərin şəhid olub-olmaması barədə
Sual: Muhamməd (Allahın ona salavat və salamı olsun ) şəhiddirmi?

Cavab: Xeyir, şəhid deyildir. Düzdür, alimlərdən bəzilərinin şəhid deyəni də var. Dəlil kimi yəhudi qadının Allah Rəsulunu (Allahın ona salavat və salamı olsun) zəhərlədiyinə görə. Məsələn, İbn Kəsir və s. Ancaq düzgünü odur ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) şəhid deyildir. Demək olar ki, əksər alimlər bu fikirdədirlər.

9. Öldükdən sonra insanın aqibəti barədə
Sual: Ölümdən sonra insanların bəzisinə qəbir əzabı veriləcək, bəzisinin qəbri Cənnət baxçası olacaq, bəs yanıb kül olanlar, meyiti itib batanlar Qiyamət gününə kimi harada olacaq?

Cavab: İnsanın necə ölməsinin Allah üçün heç bir fərqi yoxdur. Çünki bunlar hamısı Allah üçün çox asandır. Uca Allah buyurur: «Şübhəsiz ki, bu Allah üçün asandır.” Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Ömrü boyu xeyir bir iş görməyən bir kişi ölüm ayağında olarkən, övladlarına öldükdən sonra onu yandıraraq, külünü şiddətli küləkdə dənizə səpmələrini əmr edib deyir: “Allaha and olsun ki, O, məni təzədən yığmağı bacararsa, mənə elə bir əzab verəcək ki, heç kəsə elə əzab verməmişdir”. Uca Allah Qiyamət günü onu dirildir və ondan nə üçün belə etdiyini soruşur. O: “Sənin qorxun” deyə cavab verdi və Uca Allah onu bağışlayır” (Səhih Buxari və Muslim). bu hədis göstərir ki, insanlar kül olsa belə Allah onları Qiyamət günü dirildəcəkdir.

10. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) qeybi bilməməsinə dair dəlil
Sual: Musiqi ilə bağlı meqalə qoyulub. Deyir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) gələcəyi bilmirdi, 7 ci surə, ayə 188. Necə o, hədisdə deyə bilər ki «Ümmətimdən içkini….musiqini halal buyuracaq adamlar gelecek». Bayaq girdim oxudum ingilis dilindədir. Oxudum, lakin sual çıxıb qarşıma.

Cavab: Bəli Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qeybi bilmirdi. Lakin hansı qeybdən söhbət gedir onu bilmək lazımdır. Ümumiyyətlə qeybi bilmirdi, məsələn sabah onun Özünün başına nə gələcəyini bilmirdi. Ona görə də ayədə buyurulur ki, «əgər qeybi bilsəydim özümə olan xeyiri artırardım.» Burada ümumi qeyb nəzərdə tutulur. Lakin elə qeybi məsələlər varki, Allah Təala onu Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) vəhy vasitəsilə bildirir, o da ümmətinə bunu çatdırır. Məsələn: Qiyamətin əlamətləri, İsanın (Allahın ona salamı olsun) nazil olması, məsih Dəccalın gəlməsi və sizin qeyd etdiyiniz kimi bir neçə başqa hədislər.

11. Qadının öz soyadını dəyişməsinin hökmü
Sual: . Eşitmişəm ki, qadın ərə gedəndə öz soyadını dəyişdirə bilməz. Bu nə dərəcədə doğrudur?

Cavab: Bəli, qadın öz soyadını dəyişdirə bilməz. Atasından qeyrisinə nisbət olunması isə nə olursa olsun, qəti qadağandır. Allah Taalə buyurur: «Onları öz atalarının adı ilə çağırın». (əl-Əhzab 5) Peyğəmbər (Allahın ona salavat və salamı və olsun) buyurur: “Kim atasından başqasına nisbət olunarsa ona Allahın, mələklərin və bütün insanların lənəti olsun.” (İbn Macə, 2599; Səhih əl-Camii 6104)

12. Allahdan qeyrisinə and içməyin hökmü
Sual: Allahdan başqasına and içmək olarmı?

Cavab: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim Lat və Uzzaya and içərsə dərhal Lə iləhə İlləllah (Allahdan başqa ibadətə layiq heç bir haqq məbud yoxdur) desin.” (Buxari: Fəthul bari, 11/536)
Əgər insan Allahdan başqasına and içərsə kiçik şirk olar, əgər and içdiyi bir şeyi əzəmətləşdirərsə, and içdiyi bir şeyi Allah kimi təzim edərək and içərsə artıq böyük şirk olmuş olur. Kiçik şirk böyük günahlardan da böyükdür.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Allahım! Bilərəkdən edə biləcəyim şirkdən Sənə sığınıram və bilmədən etdiyim şirkə görə də Səndən bağışlanma diləyirəm.” (Əhməd, 4/403)
İbn Ömər (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Diqqət edin, Allah atalarınıza and içməyi qadağan edir. Kim and içərsə ya Allaha and içsin, ya da sussun.” (Fəthul Bari, 11/530) İbn Məsud (Allah ondan razı olsun) deyir ki, Allaha yalandan and içmək mənim üçün Allahdan qeyrisinə doğrudan and içməkdən daha yaxşıdır.
İbn Ömər (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Allahdan qeyrisinə and içən şirk və ya küfr etmişdir.” (Əhməd, “Müsnəd” 2/125; Tirmizi 1535; Albani “Səhihul Cəmi” 6204)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Əmanətə and içən bizdən deyildir.” (Əbu Davud,3253; Albani “Səhih Silsilə” 94)
İbn Ömər (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Atanıza and içməyin. Kim Allaha and içərsə doğru danışsın. Kimin üçün Allaha and içilərsə qoy (bununla) qane olsun. Kim bununla qane olmazsa bu Allahdan deyildir.” (İbn Macə, 2101) Kim Allaha içilən andla qane olarsa həmin şəxs Allah Təaləni əzəmətləşdirmiş olur, kim də bununla qane olmazsa həmin insanın Tövhidinin naqis olmasına dəlildir.

13. Mülkdən zəkat çıxarılırmı
Sual: Mülkdən zəkat düşür? Məsələn evdən, maşından, (satmaq niyyəti ilə almamışam) və ya satmaq niyyəti ilə almışamsa

Cavab: Mülkdən istifadə olunan maldan zəkat çıxarılmır. Evə və maşına görə zəkat yoxdur. Lakin bu mal dövlət ticarət məqsədi ilə olarsa onda zəkat vermək lazımdır.

14. Hansı parçadan (kişilər üçün) paltar geyinmək olmaz?
Sual: Hansı parçadan (kişilər üçün) paltar geyinmək olmaz? Bununla bağlı hədis var?

Cavab: İpək geyinməyi Allah Rasulu (Allahın ona salavat və salamı olsun) bizlərə haram olduğunu bir neçə səhih hədislərdə göstərmişdir. Eyni zamanda aşağıdakı hədislər də kişilər üçün də qızıl taxmağın (geyməyin) haram olunmasını da göstərən hədisləri qeyd etmişik. Əbu Musa əl-Əşari rəvayət edir ki, Rəsulullah (Allahın ona salavat və salmı olsun) buyurdu: «İpək və qızıl ümmətimin qadınlarına halal, kişilərinə isə haram edildi» (Əhməd «Musnəd» 4/393, əl-Albani «Səhihul Cəmi» 207.).
Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurdu: «Dünyada ipək geyinən axirətdə ipəkdən məhrum olacaqdır». (Buxari.)