Cavab: Ov etmək, balıq tutmaq halaldir.
Allah təalə buyurur: «Ey iman gətirənlər! Allah Özünü görmədən (gizlində) Ondan qorxanları ayırd etmək (xalqa bildirmək) üçün sizi (ihramda ikən) əllərinizin və mizraqlarınızın çata biləcəyi (azacıq) bir ovla imtahan edəcəkdir. Bundan sonra həddi aşanı (ov edəni) şiddətli bir əzab gözləyir!» (əl-Maidə, 94)«Sizin üçün bir dolanacaq vasitəsi olsun deyə, (ihramda ikən) dəniz ovu və onu yemək sizə də, yolçulara (səfərdə olanlara) da halal edildi. İhramda olduğunuz müddətdə isə quruda ov etmək sizə haram buyuruldu. Hüzuruna toplanacağınız Allahdan qorxun!» (əl-Maidə, 96)
Ov etdiyində Allahın adını zikr edib atsan ovun halal olar.
Əbu Sələbə əl-Xuşanı (Allah ondan razı osun) belə rəvayət edir: «Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) yanına gələrək belə dedim: «Ey Allahın elçisi biz kitab əhlindən olan bir qövmün torpaqlarında yaşayırıq. Onların qablarında yemək yeyəkmi? Bu torpaqlar ov üçündür. Mən ox və təlim edilmiş və ya edilməmiş itimlə ov edirəm. Bizə bunların hansının halal olduğu haqda xəbər ver!» O (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə buyurdu: «Sənin kitab əhi olan bir qövmün torpağında olduğunu dediyinə cavab budur ki, onların qablarından başqasını tapsanız onların qablarında yeməyin. Yox əgər tapmasanız onu yuyun sonra onda yeyin! Amma sənin ov torparlarında olduğunu dediyin sualına cavab budur ki, Oxunla vurduğuna Allahı adını zikr et sonra ye! Təlim keçmiş itinin tutduğunun üzərinə Allahın adını zikr et sonra ye. Təlim keçməmiş itinin tutduğa isə (Sağ) ikən yetişsən onu kəs sonra ye!» (Müslim / 1930).
Cavab:Ənəs İbn Məlik (Allah ondan razı olsun ) belə rəvayət edir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) uşaq ikən bir qrup oğlanla oynayarkan Cəbrail ( Allahın ona salamı olsun) onun yanına gəldi va onu yerə yıxaraq qəlbini çıxartdı va ondan bir qan parçası çıxartı və «Bu şeytanın səndə olan payıdır» dedi va onu qızıl bir tasın içərisində yudu, sonra onu birləşdirdi va yerinə qaytardı. Uşaqlar qaçaraq anasına «Muhammad öldü» deyə xəbər verdilər. Onun yanına galdiklərində rəngi dəyişmişdi.» Ənəs belə demişdir: Mən onun sinəsindaki tikiş izini görürdüm.» Muslim
Cavab: Qadın öz hicabını 7-8-9 yaşlı uşaqlar yanında aşa bilər. Lakin uşaq həddi buluğa yetişibsə onun yanında baş açması olmaz. Həddi buluğa isə təqribən 14 yaşında yetişir. Xala və bibi uşaqları da buna aiddir. Ehtiyat üçün ağlı kəsən naməhrəm oğlan uşaqlarının yanında hicab açılmasa daha yaxşıdır
Cavab: Ümumiyyətlə, tövbəni pozan adamın oruc tutmasına dəlil yoxdur. Əgər eyni bir iş üçün and içib sonra andı pozmusansa onda üç gün oruc tutub Allahdan bağışlanma diləyib bir daha həmin əmələ dönmə! Allah Təalə buyurur: “Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandıracaqdır. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində, ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz.” (Əl-Maidə, 89) And orucunu isə ara verərərək müxtəlif vaxtlarda tutmaq olar. Tövbəyə gəldikdə isə tövbəni pozan adam Allahdan bağışlanma diləyib bir daha tövbə etsin, etdiyi günaha dönməmək üçün ona aparan yollardan uzaq olsun və ölümü tez-tez xatırlasın. Xatırlasın ki, günah iş görən zaman ölüm onu yaxalasa onun halı necə olar?! Allah qorusun!!!
Cavab: Müsəlman olan hər bir qadına naməhrəm kişi ilə və hər bir kişinin naməhrəm qadınla danışması haramdır. Xüsusən bu məsələ sevgi və ya evlənmə məsələlərinə aid olarsa. Lakin bu günkü günümüzdə başqa insanların vasitə ola biləcəyi halda iki nəfərin öz aralarında evlənmə məsələsini həll etməsi olmaz. Yaxın olan məhrəm kəslərin və ya qohumların vasitəsi ilə lazım olan məsələləri aydınlaşdırıb, işi həll etmək olar. Mesaj, zəng, məktub, şəkil göndərmək Islam dinində olan evlənmə yolundan uzaqdır. Əgər məsələniz ciddidirsə oğlan gəlməlidir sizə, ananız və ya atanızın yanında oturub sizinlə söhbət etməlidir. Razılıq olarsa bundan sonra bir neçə dəfə belə görüşmək olar. Lakin bu görüşün xəlvətdə, gizlidə olması haramdır.
Cavab: Xeyr olmaz. Şeyxülislam Ibn Teymiyyə (Allah ona rəhmət etsin) «əl-Qəvaid əl-cəlilə» əsərində yazır (səh,19-20); «Nə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun), nə də ondan əvvəlki peyğəmbərlərdən biri insanlara mələklərə, peyğəmbərlərə və ya əməli-salehlərə öləndən sonra, nə də qeybə çəkiləndə dua etməyi, onlardan vasitəçilik diləməyi icazə verməmişlər. Heç kəs demir: «Ey Allahın mələkləri, mənim üçün Allah dərgahında vasitəçilik edin, Allaha bizim əvəzimizdən yalvarın ki, bizə zəfər qazandırsın, bizə ruzi versin, bizi doğru yola yönəltsin».
Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! (əz-Zumər, 3) “Onların dua etdiklərinin özləri Allaha yaxınlıq istəyindədirlər. Onun mərhəmətini arzulayırlar, əzabından qorxurlar. Sənin Rəbbinin əzabından (onun bəndələri) çəkindirilmişdir” (əl-Isra, 57) “Onlar (Müşriklər) Allahı qoyub göylərdən və yerdən onlara heç bir ruzi verməyən və buna gücləri çatmayan bir şeyə ibadət edirlər. Allaha heç nəyi bənzətməyin. Bunu Allah bilir, sizsə bilmirsiniz”. (ən-Nəhl, 74-75). “De: “Mənim namazım da, ibadətim də, həyatım və ölüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyrulmuşdur, və mən ilk müsəlmanlardanam.” (əl–Ənam, 162,163)
Cavab: Bu suda İntihar etmək qəsdi ilə özünü batırandan başqa bütün suda batan müsəlmanlar Şəhiddir, lakin onlara sorğu sual olunacaq. Əbu Hüreyrə (Allah ondan razı olsun) Peyğəmbərin ( Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: “Bir kişi yolla getdiyində tikanlı bir budaq gördü və onu yoldan qaldırdı. Allah Təalə ona buna görə təşəkkür etdi və onu bağışladı. Sonra belə buyurdu: “Şəhidlər beşdir: “Taundan ölən, qarın xəstəliyindən ölən, suda boğulub ölən, dağıntı altında qalıb ölən, Allah yolunda vuruşaraq şəhid olan”. (Müslim/1914)
Cavab: Olar! Lakin Onu atmaq, götürmək məqsədi ilə.
İbn Abbas (Allah ondan razı olsun) belə rəvayət edir: “Meymunənin azad etdiyi bir cariyəsinə sədəqə edilmişdi, qoyun öldü. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onun yanından keçərkən belə dedi: “Kaş ki, onun dərisini götürüb aşılasanız və ondan faydalansanız. Onu ancaq yemək haramdır” (Buxari / 2221, Müslim / 363).
Hədisədən göründüyü kimi onlara onun dərisini götürməyi əmr etdi, şəkk yoxdur ki, dərini soyduqda əlləri onun ətinə dəyəcəkdi, baxmayaraq ki, o meyit idi və meyit də haramdır. Onlara onun ətinə “əl vurmayın” deyə əmr etmədi.
Cavab: Ümmümən namazdan sonra dua etmək sünnədə varid olmayıb, varid olan zikrlərdir. Buna görə də onu fərz kimi daim etmək olmaz, bəzən etmək isə olar.
Cavab: Cədd baba deməkdir. Filankəsin cəddi, yəni babası. Bəzi avamlar isə onu and kimi istifadə edirlər. Bu isə haramdır.