Sual-cavab

Sual-Cavab (01.08.2017)

Sizi maraqlandıran sualları saytımızın redaksiyasına ünvanlaya bilərsiniz.

Sual vermək

1. Namaza məsuliyyətlə yanaşmağın əhəmiyyəti
Sual: Hansi surədə Allah-Təala 2 dəfə namaza məsuliyyətlə yanaşmağın əhəmiyyətini vurğulayır?

Cavab: Bu barədə Qurani Kərimdə təkcə 2 yerdə yox, bir çox ayələrdə Uca Allah namazın əhəmiyyətini, məsuliyyətini xatırladır: «(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)». (əl-Bəqərə, 238).

«Gün batmağa meyl edəndən gecənin qaranlığınadək (bəlli )(vaxtlarda) namaz qıl və sübh çağı Quran oxu (fəcr namazını da qıl)! Çünki sübh çağı oxunan Quranın şahidləri olur». (əl-İsra, 78).

«Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar». (Məryəm, 59).

«Ailənə namaz qılmağı əmr et, özün də onu səbrlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya bağlıdır». (Ta Hə, 132).

«Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir». (əl-Ənkəbut, 45).

«(Qiaymət günü) günahkarlar barəsində (belə deyiləcək). Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik…». (əl-Muddəssir, 41-43).

«Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər, Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər)». (əl-Maun, 4-7).

«And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki, İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)» (əl-Əsr, 1-3).

2. İmkan bürhanı nə deməkdir?
Sual: Salam aleykum. Allahın varlığının nəzəri sübutlarından biri də İMKAN BÜRHANI-dı. İMKAN BÜRHANI nə deməkdir? Xahiş edirəm ki, izahlı şərhinizi qeyd edəsiniz.

Cavab: Və aleykum Salam. Uca Allahın varlığının nəzəri sübutu üçün «imkan burhan»ı, «səbəb nəticə», «vahdətul-vucud», vacibul-vucud», «mumkinul-vucub» və s. bu kimi fəlsəfi terminlərə ehtiyac yoxdur. Hətta müsəlman olmayan elm adamlarının da çoxu kainatın, dünyanın və canlıların öz-özünə yaranmadığını, yaradıcının olduğunu qəbul edirlər. Hal-hazırda bu cavabı oxumaq üçün istifadə etdiyiniz cihazı da kimsə yaradıb, məgər o, min illər də keçsə, öz-özünə yarana bilərmi? Belə olan halda ağlasılmaz dərəcədə mürəkkəbliyi olan və son dərəcə dəqiq işləyən kainatın, canlıların orqanizmlərin öz-özünə yaranmasını düşünmək məntiqsizdir.

Uca Allah buyurur: «Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır». (əl-Bəqərə, 164).

Bu kimi şübhələrin qarşısını yalnız elmlə almaq mümkündür. Hər bir insan öz yaradanını yaxşı tanımalıdır. Yaradanı tanımaq isə heç də çətin deyil. Allahı tanımaq üçün çox uzağa getməyə də ehtiyac yoxdur. Bir anlıq ətrafımıza düşünərək baxsaq, bu bizə kifayət edər. Məsələn, qarşımızda və yaxınlıqda olan hər hansı bir əşyaya baxaq və özümüzə belə bir sual verək. Gördüyümüz bu əşya öz-özünə yarana bilərmi? Yaxud əlimizdəki qələm, yazdığımız dəftər, oxuduğumuz və s. kitab, öz-özünə yarana bilərmi? Cavab, əlbəttə ki, əsla və əsla xeyr…! Əgər bir qələm varsa, deməli mütləqdir ki, o kiminsə tərəfindən düzəldilib. Bir dəftər və ya bir kitab varsa, deməli, mətbəə var. Əgər paltar yuyan və ya ət çəkən maşın və s. varsa, deməli onun fabriki və istehsalçısı var. Bütün bu sadaladığımız və sadalamadığımız bir cox əşyalar insan beyninin səmərəsi və bəhrəsidir. Bütün bunların səbəbkarı insandır və şəkk yoxdur ki, insan bütün cansız əşyalardan daha dəyərli, daha qiymətli və daha önəmlidir. Bir az düşünək… Necə ola bilər ki, cansız əşyaların düzəldilməsi ücün bir alimə və yaxud mühəndisə ehtiyac olsun, amma təbiətdəki milyonlarla canlı orqanizmlərin və bunların da başında, insanın yaradılması üçün, heç kimə ehtiyac olmasın.

Deməli, bir böcək belə öz-özünə yarana bilmirsə, bəs onda milyonlarla müxtəlif varlıqlar və bunların da başında onların ən qiymətlisi olan insan necə öz-özünə yarana bilər? Həmçinin Uca Allahın varlığına dəlil bu kainatın tənzimlə işləməsidir. Məsələn, bir ildə dörd fəsil var. Kainat bilinəndən bəri bu dörd fəsil öz ardıcıllığını qoruyub saxlayır. Əgər hər şey öz-özünə və öz-başına olsaydı bu ardıcıllığın pozulması lazım idi. Əgər bunu təsadüf adlandırırlarsa, bilin ki, təsadüflər boş yerə olmur. Necə deyərlər; «Bağa baxarsan bağ olar, baxmazsan dağ olar».
Əgər bu fəsillərin başçısı olmasaydı, fəsillər bir-birinə qarışardı və yaydan sonra qış, yazdan sonra isə payız gələrdi. Amma bizə məlum olan qədər bu fəsillər arasında ardıcıllıq heç vaxt pozulmamışdır. Öz-başına sahibsiz hansı sistem, hansı qanun neçə illər pozulmadan işləyə bilər?

Yaxud bir ildə 365 gün, 23 saat, 56 dəqiqə, 4 saniyə var. Bu proses kainat bilinəndən bəri dəyişməyib. Bütün bunların sahibi olmasaydı, ildəki ayların, aydakı günləin, gündəki saatların, saatdakı dəqiqələrin və saniyələrin bir-birlərinə qarışması lazım idi. Bəzən 1 ildəki günlərin sayı 350, bəzən 380 və ya 400 gün olardı. Həmçinin günlərdəki saatların sayı bir gündə bəzən 15, bəzən 20 və ya 30 saatdan ibarət olardı. Əgər günəş sahibsiz olsaydı bir gün şimaldan, bir gün cənubdan və yaxud da fərqli-fərqli yerlərdən çıxardı. Əgər bir məktəbdə tələbələr, müəllimlər bəlli saatlarda məktəbə gəlib-gedirlərsə, nizam-intizamlı bir sistem varsa, deməli bu, məktəbin sahibsiz olmadığına dəlildir. Yəni, direktorunun varlığına dəlildir. Əgər başçı olmasaydı, müəllimlər və tələbələr nizam- intizama əməl etməzdilər. Əgər başcı olmasaydı, insanlar qayda-qanuna əməl etməzdilər. Başçı olmadan heç bir qurum, təşkilat və yaxud da dövlət öz-özünə ayaqda dura bilməzsə, bəs başçısız bu kainat öz-özünə necə ayaqda dura bilər?! Bəzi insanlar isə bütün bu gördüklərini təsadüf adlandırırlar.

Lakin bu qədər şey necə təsadüf ola bilər, xüsusi ilə bu nizam-intizamın dəqiqliklə davamlı şəkildə işləməsi bunun təsadüf olmamasına dəlildir. Psixoloqlar təsadüflərlə əlaqədar öz kitablarında belə bir misal gətirirlər. Əgər əlimizdə kiçik bir topla boş bir otağa girsək və topu yerə atsaq, top müxtəlif sürətlə, müxtəlif istiqamətlərə hərəkət edərək müəyyən bir yerdə dayanacaq. Eyni bu prosesi tam dəqiqliklə təkrarlamaq ücün neçə milyon dəfə topu əvvəlki kimi atmaq lazımdır ki, ilk proses tam dəqiqliklə təkrarlansın və yaxud da ola bilsin ki, heç təkrarlanmasın. Diqqət yetirin! Təsadüfən və ya nəzarətsiz, neçə milyon dəfə bir şeyi təkrar etməklə eyni şeyi dəqiq şəkildə əldə etmək mümkün deyilsə, onda necə ola bilər ki, neçə milyard illərdi, neçə milyard dəfələrlə, bir an belə pozulmadan, öz nizam-intizamını qoruyaraq dəqiq şəkildə işləyən bir sistemə təsadüf və ya öz başına əmələ gəlib adını qoyaq. Deməli, kainatdakı illərin, ayların, günlərin nizamlı şəkildə işləməsi təsadüf və ya öz-başına deyil. Allahın varlığına iman etdikdən sonra, onu daha gözəl tanımaq üçün yenə də onun yaratdıqlarına baxıb düşünmək kifayətdir. Necə deyərlər; «Sənətkarın məharəti, qabiliyyəti, gücü və qüvvəti əl işindən bəllidir».

Əgər bizə desələr ki, möhtəşəm bir binanın lahiyəsini çəkən memar kar, kor və ya laldır, biz buna inanarıqmı? Əlbəttə ki, xeyr! Deməli, belə möhtəşəm bir əsəri ərsəyə gətirmək üçün insanın elmli olması labüddür. Elmli olmaq üçün isə insan mütləq görməli, eşitməli və bilməlidir. Elm olduqdan sonra da bu əsəri ortaya qoymaq üçün güc lazımdır. Buradan başa düşülən odur ki, Uca Allah bu kainatı və içindəki milyon cür canlını yaradıbsa və bunu idarə edirsə, O diridir, güclüdür, elmlidir, görəndir, eşidəndir və danışandır. Uca Allahın kəlamı isə Qurani-Kərimdir. Birdən ortaya sual çıxa bilər ki, mən Allaha inanıram, amma Qurani-Kərimin Onun tərəfindən yazılan bir kitab olduğunu qəbul etmirəm və ola bilsin ki, o kiminsə tərəfindən yazılıb. Bu şübhə sahiblərinə cavab olaraq belə bir misal gətirmək istəyirik. Deməli, hər bir düzəldilən texnikanın, hətta kiçik bir telefonun içindən istifadə olunma qaydalarını və təlimatlarını göstərən bələdçi bir kitab çıxırsa, necə ola bilər ki, kainatın ən qəliz, mürəkkəb və çox dəyərli olan bir məxluqunun kitabı olmasın?

Qurani-Kərim heç bir bənzəri olmayan möhtəşəm bir kitabdır və inanmayan insanlar tərəfindən dəfələrlə belə bir kitab yazılmasına cəhd edilsə də, hamının cəhdi boşa çıxmışdır. Qurani-Kərimə həyatın hansı sahəsindən baxsan orada bir adillik, nəsihət və istiqamət taparsan. Quran psixoloji bir qaynaqdır. Elmi tərəfdən yanaşsan Qurani-Kərim açıqlanan və açıqlanmayan elmi sirlərlə və möcüzələrlə doludur. Tibbi baxımından yanaşsan görərsən ki, Uca Allah Qurani-Kərimi oxumağı şəfa olaraq endirib. Vallahi, elə bir xəstəlik yoxdur ki, onu Qurani-Kərimlə müalicə etmək mümkün olmasın. İstər tibbə məlum olan, istərsə də həkimlərin, «götürün aparın bizlik deyil» dediyi, qarşısında aciz qaldıqları xəstəliklər… Qurani-Kərimin insan tərəfindən yazılmamasının sübuta yetirmək üçün bircə misal çəkəcəyik. Allah Təalə ilk insanın yaradılışına diqqət çəkərək belə buyurur: «Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir». (əl-Həcc, 5).

Uca Allah Qurani Kərimdə kişi və qadın sözünü 23 dəfə xatırladır. İnsanın yaradılışının kökü isə ana-atadan gələn 23-23, yəni 46 xramasondan ibarətdir. Qırxaltı (46) xramason isə bir hüceyrəyə çevrilib yoluna davam edir. Bu hüceyrə gəlib yumurtalıqla rəhim (ana bətni, uşaqlıq borusu) arasındakı kanalda bölünür. Həmin vaxt da qadının bütün bədən hormonları bu prossesdən xəbər tutaraq bu hüceyrəyə müdaxilə edir və hormonal quruluş dəyişir. Bu hüceyrə «izozom» adında bir maddə ifraz edərək parçalanmış halda rəhim divarını əridərək ora yapışır.

Uca Allahın kəlamında buyurulduğu kimi; «Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik».
Amma digər vaxtlar da bu hüceyrənin divara yapışması mümkün deyil. Bu hüceyrə divarı deşərək yumurtaya çatır sonra orada laxtalanmış qan şəklinə, sonra isə çeynənilmiş ət formasına, daha sonra isə əzalar və sümüklər bəlli olmağa başlayır. Sonra da o sümüklərin üzəri yavaş-yavaş ət parçası ilə örtülür. Uca Allah bu mərhələni Qurani-Kərimdə «nütfə» sonrakı mərhələni «aləqa» yəni «rəhm» divarına yapışmış, daha sonrakı mərhələni «mudğa» çeynənilmiş ət parçasi kimi, yəni bölünmüş çoxalmış olmağına baxmayaraq orqan formalaşması tamamlanmayıb bilinməyən kimi ifadə edir. Buna kök hüceyrə adını da vermək olar. Bundan sonra sümüklərin formalaşması və üzərinə ət parçasının geyindirilməsi, sonra da insan kimi dünyaya gəlməsi bildirirlir. əl-Mu’minun surəsində isə Uca Allah insanın ana bətnindı keçirtdiyi mərhələləri anlataraq belə buyurur: «Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!» (əl-Mu’minun, 12-14).

Uca Allah Qurani-Kərimdə bütün bunlardan xəbər verir. Peyəmbərimiz (salləllahu aleyhi və səlləm) də anatomis, cərrah, ginekoloq və s. deyil. Yaxud əlində teleskop və ya ultrason yoxdur ki, bütün bunları tək-tək izləsin və Qurana qeyd etsin. Digər ayədə isə: «Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O sizdən ötrü səkkiz cüt heyvan endirdi. O sizi analarınızın bətnlərində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Siz necə də (haqdan) döndərilirsiniz!» (əz-Zumər, 6).

Bir dəfə ultrasonu istifadə edən doktora bu üç zülmət söylənincə çox çaşqın bir vəziyyətə düşdü. Tibbi dildə bu 3 zülmətin adı. Parametriyum, biometrium və endemetriumdur. Bu təbəqələr biri istini, biri suyu, digəri də işığı keçirtmir. Uca Allah ana bətnindəki körpəyə qarşıdan heç bir zərər gəlməməsi üçün bunu belə etmişdir. Bu məsələni çox uzatmaq istəmirik, kimin belə bir şübhəsi varsa, Qurani-Kərimin möcüzələri haqda yazılmış minlərcə kitablara müraciət edə bilərlər.

3. İbadətin neçə növü var?
Sual: İbadətin neçə növü var və növləri haqqında Quranda Allah-Taala nə buyurur?

Cavab: İbadət ümumi bir ad olub Uca Allahın sevdiyi və razı qaldığı bütün zahiri və daxili (batini) sözləri və əməlləri əhatə edir.

İbadətin beş növü var:

1. ETİQADLA İBADƏT: Bu, müsəlmanın Allahın xaliq (yaradan), raziq (ruzi verən), ölüləri dirildən, öldürən və bəndələrin bütün işlərini idarə edən olmasına, yalnız Allahın dua, qurban və s. şəriksiz layiq olmasına, əzəmət, kamillik, ülvilik, cəlalət və bu kimi sifətlərlə vəsf edilməsinə inanması deməkdir. Uca Allah buyurur: «Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur». (əl-Bəqərə, 255).

«Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!» (əz-Zariyat, 56-58).

2. SÖZLƏ İBADƏT: Buraya «Lə iləhə illəllah və Muhəmmədən rasulullah» şəhadətini demək, Quran və dua oxumaq, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) deyərək salavat gətirmək etmək və s. bu kimi sözlərlə ifadə edilən ibadət növləri daxildir. Uca Allah buyurur: «O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür¬ (və deyirlər:) «Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!» (Ali İmran, 191).

«Bil ki, Allahdan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir». (Muhəmməd, 19).

«Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın». (əl-Əhzab, 56).

3. BƏDƏNLƏ İBADƏT: Bu növə namazda qiyam, rüku, səcdə, oruc tutmaq, həcc, hicrət və cihad əməlləri və bədənin iştirakı ilə həyata keçirilən başqa ibadətlər aiddir. Uca Allah buyurur: «Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)» (əl-Həcc, 77).

«O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər. O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar, Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır». (əl-Bəqərə, 3-5).

«Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!» (əl-Kovsər, 2).

4. MALİYYƏ İBADƏTİ: Zəkat, sədəqə vermək və s. bu kimi əməllər. Uca Allah buyurur: «(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir. Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!» (ət-Tövbə, 103-104).
«(Müsəlmanların namazı kimi) namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!» (əl-Bəqərə, 43).

5. İNKARLA İBADƏT: Bu, müsəlmanın bütün haram, şirk, küfr, bidət və s. günah olan əməlləri inkar edib Uca Allahın şəriətinə tabe olması deməkdir. Bu müsəlmanın inkarla ibadətidir. Müsəlmanın Allah rizası üçün haram işlərdən əl çəkməsi, onun əcrini daha da artırması deməkdir. Uca Alalh buyurur: «…Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir». (əl-Bəqərə, 256).

«Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz…». (Ali İmran, 110).

«…Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir». (əl-Həşr, 7).

4. Ud hindi ilə göy öskürəyin müalicəsini necə edə bilərəm?
Sual: Salam aleykum. Ud hindi ilə göy öskürəyin müalicəsini necə edə bilərəm? 1,5 və 3 yaşında iki övladim var. 3 aydı göy öskürəkdən əziyyət çəkirlər. İynə-dərman etmişəm, amma tam sağalmırlar. Bir də görürsən ki, 1 həftə yaxşı, 2 həftə pis olurlar.

Cavab: Va aleykum Salam. Allah şəfa versin və əməllərinizə kəffarə olsun! Əvvəla siz ilk tövsiyəmiz odur ki, övladınızın sağalması üçün Allaha dua edəsiniz. Çünki, valideynin övladı üçün etdiyi dua qəbul olunur. Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan digər bir hədis də isə Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: «Üç nəfərin – məzlumun, müsafirin və valideynin övladı üçün etdiyi duanın qəbul olunmasına şəkk yoxdur». («Səhih əl-Ədəbul-Mufrad» kitabı, 32).
Həmçinin Quran Kərimi oxumaq ümumilikdə müalicə və şəfa tapmaq üçün ən böyük səbəblərdəndir. Necə ki, Uca Allah buyurur: «Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların və kafirlərin ancaq ziyanını artırar». (əl-İsra, 82).
«De ki: «O, iman gətirənlərə hidayətdir və şəfadır». (Fussilət, 44).
«Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!» (Yunus, 57).
Odur ki, əlinizi övladınızın sinəsinə və ya başına qoyaraq «Ayətul-Kursi»ni (əl-Bəqərə, 255),»əl-İxlas», «əl-Fələq», «ən-Nas» və yaxud digər əzbər bildiyiniz qısa surələrdən oxuyun. Həmçinin Zirə yağının Həbəş toxumunun üyüdülmüşünü su ilə qarışdırıb uşağa vermək olar. Üyüdüldükdən sonra çox saxlamaq məsləhət deyil. Çünki üyüdüldükdən sonra toxumun tərkibində olan bəzi faydalı maddələr tez yoxa çıxır. «Kral» firmasının zirə yağları daha məsləhətli və müsbət nəticə verəndir.

Həmçinin yuxarı tənəffüs yolu infeksiyaları ilə əlaqədar yaranan inadçı bir öskürəyə xalq arasında «gülxətmi, silindr çiçəyi, dəvə gülü» kimi adlarla da xatırlanan bitki ilə də qalib gəlmək mümkündür. Belə ki, bu bitkini qaynanmış təbii südlə qarışdırıb bir neçə dəqiqə saxladıqdan sonra gündə 100 qr həmin məhluldan qurtum-qurtum içirə bilərsiniz. Həmçinin gecə yatarkən uşağının dilinin altının sağ və sol nayihələrinə çox az miqdarda ud hindi də tökmək, sğpmək olar. Həmçinin təmiz zeytun və zirə yağlarını qarışdıraraq kompress edib uşağın sinəsinə qoya bilərsiniz.

Həmçinin ən yaxşı müalicə üsullarından biri də qan aldırmaqla və ya ud hindidən istifadə etməklə olur. Allahın yaratdığı bir çox tərəvəzlər, meyvələr kimi «ud hindi»nin də dünyanın müxtəlif yerlərində yetişən bir çox növü mövcuddur. Bioloqlar ud hindinin 20 yə yaxın növünün olduğunu bildirmişlər bu növlərdən yalnız biri okeanda digər qisimləri isə quruda yetişir. Okeanda yetişən qisminin rəngli ağ, iyi və acılığı ,qurudakına nisbətən daha yüngül olur. İnsanlar arasında «Qıstıl-bəhri» adı ilə məşhurdur. Qurudakı qismi isə ən çox Hindistanda, Afrikada və Amerikanın bəzi ştatlarında mövcuddur. Ən çox yayılmış olan yeri isə Hindistanın Himalay dağlarıdır. Bu ağacın boyu təxminən 2 metrdən çox olmur. Kökü, zoğu və budaqlarından da şəfa üçün istifadə olunur. Ən məşhur olan növü də Hindistanda yetişənidir. Hədislərdə də hind budağı adı ilə keçməkdədir. Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) buyurur : «Ən yaxşı müalicə yolu qan aldırmaqla və ud hindidən istifadə etməklə olur». (əl-Buxari «Tibb kitabı»; Muslim).

Müasir həkimlər, qan aldırmaqla, ud hindidən istifadə etməyin, bir hədisdə cəm olunmasının hikmətini belə açıqlamışlar. Qan aldırmadan əvvəl və ya sonra ud hindindən istifadə etmək, kəsik dərin deyilsə, dəridə iz buraxmır. Başqa bir hədisdə: «Çənə altı vəzilərdən xilas olmaq üçün basaraq uşaqlarınıza əziyyət verməyin. Ud hindidən istifadə edin». (əl-Buxari «Tibb kitabı»).

Çənə altı vəzilər (qlandalar) şişərkən onları sıxmaqla müalicə emək 14 əsr keçməyinə baxmayaraq el arasında, türkəçarə müalicə üslubu kimi, geniş yayılmağında davam edir. Bu hədisdə isə bu müalicə üslubu qadağan edilmişdir. Bu üslub xəstəyə əziyyət verməklə yanaşı, çənə altı vəzilərdəki iltihabın daha da geniş yayılmasına səbəb olur. Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) buyurur : «UD HİNDİ-dən istifadə edin ondan şəfa ücün yeddi yoldan istifadə olunur. Çənə altı vəzilərdən xilas olmaq üçün buruna çəkilir və ağız vasitəsi ilə qədul olunur».(əl-Buxari və Muslim). Şəkk yoxdur ki Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) UD HİNDİ- nin mahiyyətini digər hədislərdə olduğu kimi burada da qısa, çoxmənalı və hikmətli şəkildə bəyan etmişdir. (yeddi yolla)

İstifadə olunma qaydaları

UD HİNDİ bitkisi öz tərkibində HİLİNİN və BİNZOLAT turşusu kimi güclü mikrob öldürən iki maddəni və bir çox başqa faydalı maddələri cəm etdiyi üçün içilərək istifadə olunduğu zaman şəkərlə qarışdırılmaması tövsiyə olunur
İbn Həcər (Allah ona rəhmət etsin) «Fəthul-Bari» kitabında yeddi yolu belə izah edir. Hədisdə yeddi yol zikr edildiyi halda iki yolun ərz olunmasının hikməti qalan yeddi yolun bu iki yoldan şaxələnməsi ola bilər. Hədisdəki yeddi yol ifadəsini Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) 2 yolla qısaltmışdır. Yəni, o yeddi yol bu iki yolda cəm olur. Sonra isə bu açıqlamanı vermişdir:

— Su ilə qarışdırılıb (dəmlənilib) içilir,
— Ağızın sağ və sol nahiyələri istiqamətinə qoyularaq qəbul olunur,
— Burun vastəsilə qəbul olunur, (müasir tibb elmi zeytun yağı ilə qarışdırılmış, yaxud da dəmlənmiş halda buruna damcılandırılması fərziyyəsini irəli sürür),
— Dəri xəstəlikləri üçün: zeytun yağında 15 gün saxladılıb dəriyə sürtülür,
— Balla qarışdırılıb dəriyə sürtülür,
— Su ilə qarışdırılıb çimilir.

UD HİNDİ- nin üyüdülmüş formasını bir cay qaşığı miqdarında bir stəkan suya qarışdırıb və ya dəmlənərək içilir. Bu ən geniş və ən faydalı yayılmış istifadə üslubudur ki və bu yolla bir çox xəstəliklərin müalicəsinə faydalı olur. Müasir tibb elmi isə bu yolların aşağıdakı xəstəliklərə faydalı olduuğunu qeyd etmişdir.

— Laxtalanmanın qarşısını alır,
— Hormon pozuntularını tənzimləyir,
— Heyz (aybaşı) pozuntuları,
— Ümumi Qadın xəstəlikləri,
— Sidik kisəsi,
— Böyrək xəstəlikləri və daşların əridilməsi,
— Öd kisəsi və daşları,
— Qara ciyərlə əlaqəli bütün xəstəliklər.

Ağ ciyər xəstəliklərinin, şişmənin və su yığılmasının və s xəstəliklərin qarşısının alınmasında və müalicəsində mühüm rol oynayır.

— Həzm prossesini yaxşılaşdırır və maneələri aradan qaldırır,
— Mədə xəstəlikləri və qurdları,
— Bağırsaq xəstəlikləri və qurdları,
— Zəhərlənmənin qarşısını alır,
— Köplərin qarşısını alır.

Bütün bədəndəki xoş və bəd xasiyyət şişlərə əridilməsinə çox böyük və müsbət təsir göstərir.

— Qəbizlik və ishalı tənzimləyir,
— Qızdırmanı sabitləşdirir,
— İmmuniteti yüksəldir,
— Cinsi fəaliyyəti yüksəldir,
— İştahı açır,
— Əsəbləri sakitləşdirir,
— Sehrin batil olması üçündə istifadə olunur.

Necə istifadə etməli?

Ağız boşluğundakı dil və boğaz xəstəlikləri üçün gündə iki dəfə səhər və axşam qar- qara edilir.
Damağ xəstəlikləri üçün səhər axşam gündə iki dəfə nəmləndirərək damağa yapışdırılır 10-15 dəqiqə müddətində saxlanılır. Hədisdə keçən «yuləddu bihi zəti cənbin» ifadəsi, ağızın sağ və ya sol boşluğu nahiyəsinə qoyularaq qəbul olununmasını bildirir (buna əsasən müasir həkimlər uşaqlara içirdilən dərmanların boğazın sağ və ya sol nahiyəsinə tökülməsini tövsiyə edirlər.)
Zob xəstəliyi üçün boğazın sağ və sol diblərinə və yaxud dilin altına qoyularaq sovrulur.
Göz xəstəlikləri, mirvari suyu və gözə gələn pərdələr və s xəstəliklərin müalicəsi üçün həm dəmlənib içilir həm də dəmləməsi ilə səhər axşam gözlər yuyulur və yaxud 3-4 damcı gözə tökülür.

UD HİNDİ üyüdülmüş halda buruna çəkilir. (müasir həkimlər zeytun yağı ilə qarışdırılmış və ya dəmlənmiş halını burun damcısı şəklində qəbul olunmasını demişlər).

— Bu yolla da ümumi tənəffüs yolları,
— Bronxlar,
— Ağ ciyərədə ki iltihabların soyuq dəymənin su yığılmanın, vərəmin,
— Çənə altı vəzilərin və boğaz iltihablarının,
— Faranqitin qarşısını almaqda böyük təsir göstərir.
— Asmanın müalicəsində,
— Göy ösgürəyin kəsilməsi və qızdırmanın endirilməsində də bu yoldan istifadə olunur.

Həmçinin, 500q qaynar suya bir çay qaşığı əlavə edərək buxarı ilə inqalasiya edilir. Bu yolla da ümumi tənəffüs yollarında və ağ ciyərdə əmələ gələn bir çox xəstəliklərin aradan qaldırılmasında mühüm rol oynayır.

UD HİNDİ zeytun yağı ilə qarışdırıb 15 gün müddətində saxlanılır, sonra onu süzüb bir az qurudub və məlhəm şəklində yel, oynaq və bel ağrılarında, həmcinin müxtəlif dəri xəstəliklərində, Ekzima və saç tökülməsinin qarşısının alınmasinda istifadə olunur.
Həmçinin, Dəri xəstəlikləri üçün nəmləndirilərək dəridə problem olan yerlərə qoyulur.
UD HİNDİ üyüdülmüş halda balla qarşdıraraq və yaxud da su ilə nəmləndirərək dəri xəstəliklərinin yanığların, yaraların, səpkilərin, qoturların və bəzi ləkələrin sağalması üçün lazım olan hissələrin üzərinə qoyulur.

UD HİNDİ üyüdülmüş halda su ilə qarışdırılıb çimilir. Bu istifadə qaydası dəridəki mikrobların xüsüsi ilə də bükülmə və bişməcə olan yerlərdəki mikrobların dizinfeksiyası üçün istifadə olunur.

İstifadə olunmuş ədəbiyyat:
əl- Buxari, Muslim.
İbn Həcər «Fəthul-Bari» kitabı.
İbn əl-Qeyyim «Zədul-Məad» kitabı.
İbn Sina «Biokrat» kitabı.
Və təcrübələrdən əldə olunan məlumatlar.

5. Zəkatını (indiki malıma uyğun) hissə-hissə əvvəlcədən verə bilərəmmi?
Sual: Əssələmu aleykum və rahmətullahi va bərakətuhu! Mal (pul) zəkatı verirəm. Əlhəmdulilləh! Son dövrlər: Ramazan 1437 — Ramazan 1438. Ramazan 1438 — Ramazan 1439-cu ilin zəkatını (indiki malıma uyğun) hissə-hissə əvvəlcədən verə bilərəmmi? Allah Sizi xeyirlə mükafatlandırsın!

Cavab: Və aleykum əs salam və rahmətullahi va bərakatuh! Zəkatın vaxtı çatdıqda mala düşən zəkatı çıxarıb bir kənara qoymaq (vacibdir) şərtilə il ərzində ehtiyacı olan insanlara paylaya bilərsiniz. Yəni zəruri səbəblər varsa zəkatın paylanmasını gecikdirə bilərsiniz. Məsələn bir ay sonra hansısa qardaşın əməliyyatına kömək etmək üçün zəkadan ayrılan pulu, bir ay sonra vermək olar. Mal zəkatı fitrə zəkatı kimi hamısını eyni vaxtda paylamaq, yerbə-yer etmək kimi deyil. Məsələn, 40 qoyuna 1 qoyun zəkat düşürsə, zəkatın vaxtı çatanda zəkat üçün vacib olan 1 qoyunu kəsib qoyursan soyuducuya və tədricən ehtiyacı olanlara hissə-hissə paylayırsan…

6. 4-cü rükətdə Fatihədən sonra səhvən başqa bir surə oxunarsa, səhv səcdəsi edilməlidirmi?
Sual: Salam aleykum. Fərz namazinda 3-cü və ya 4-cü rükətdə Fatihədən sonra səhvən başqa bir surə oxunarsa, ona görə səhv səcdəsi edilməlidirmi?

Cavab: Va aleykum Salam. Xeyir, qeyd etdiyiniz hala görə səhv etmək vacib deyil.

7. Döşək üstündə namaz qılmaq olar?
Sual: Döşək üstündə namaz qılmaq olar?

Cavab: Əyər döşək təmizdirsə bəli namaz qılmaq olar.

8. Qadın ağ gəlinlik və ya ağ paltar geyinməsi haramdırmı?
Sual: Salam Aleykum. Qadin ag gelinlik ve ya ag paltar geyinmesi haramdirmi?

Cavab: Və aleykum əs salam və rahmətullahi va bərakatuh! Bəli qadın ağ gəlinlik geyə bilər. Bu barədə heç bir qadağa yoxdur. Bəzi alimlər bu geyimi geyilməsini kafirlərə bənzəmək baxımından qadağan etmişdir. Amma səhih olan odur ki, bu geyim sırf kafirləri tanıtan geyim deyil, bu həm müsəlmanlar həmdə kafirlər arasında yayılmış bir adətdir. Belə adətlər, geyimlər, şəriətə müxalif və kafiri müsəlmandan fərqləndirən bir əlamət deyilsə heç bir problem deyil. Əsli kafirlərdən götürülsə belə.

9. Qadın işdə naməhrəmlərlə iş barəsində zarafatlaşıb deyib gülə bilərlərmi?
Sual: 1.Yanlarında azyaşlı uşaqları olan naməhrəm kişi və qadın birlikdə liftə minə bilərlərmi?
2.Kişi və ya qadın işdə naməhrəmlərlə iş barəsində zarafatlaşıb deyib gülə bilərlərmi?

Cavab: Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: «Bir kişi yad bir qadınla tək tənha qalarsa onların üçüncüsü şeytan olar» həddi buluğa çatmayan uşaqların varlığı bu baxımdan yox kimidir. Xüsusi ilə də indiki zamanda belə hallara çox diqqət yetirmək lazımdır.
Naməhrəm bir kişinin naməhrəm bir qadınla zarafatlaşması, deyib gülməsi, haramdır. Zinaya açılan bir qapıdır. Açılmasa belə. Allah Quranda peyğəmbərin zövcələrindən nə isə soruşduğunuzda hicab arxasından soruşmağı əmr edir. Və bunun sizin qəlbləriniz üçün daha təmiz olduğunu vurğulayır.
Kişi ilə qadınların bir yerdə bərabər işləməsi haramdır. Şeytanın bir birilərinin qəlbinə şəhvət və azğınlıq salmasına aparır.

Sual vermək