Sual-cavab

Sual-Cavab (01.08.2012)

Suallara cavab verən Mədinə Beynəlxalq İslam Universitetinin məzunları Ramil Soltanov, Səid İsrafilov.

1. İşa namazının vaxtı
Sual: İşa namazının vaxtı nə zaman çıxır, sübh namazı girənədək, yoxsa gecə yarısınadəkdir? (Tural)

Cavab: Bu məsələdə alimlər arasında ixtilaf olsada düzgün rəy gecənin yarısına qədərdir. Gecənin yarısı dedikdə günəşin batdığı vaxtdan (məğrib namazının girdiyi vaxtdan), sübh namazının girdiyi vaxt arasında olan saatın tən yarısı nəzərdə tutulur. (Bu barədə geniş məlumat əldə etmək istəsəniz Şeyx Muhəmməd ibn Saleh əl-Useyminin «Şərhul-Mumti alə Zad əl-Mustaqni» (2/106) kitabına baxa bilərsiniz.

2. Ərə itaət etmək
Sual: Yoldaşım mənə mənim çox sevdiyim (haram olmayan) bir şeyi yeməyə icazə vermir. Mənsə onu yeməyi çox istəyirəm. Bu halda ona itaətsizlik etmiş olaram?

Cavab: İlk olaraq qeyd edim ki, bu sualın cavabını vermək bizim üçün çətin olduğuna görə sizin sualınızı Mədinənin tanınmış şeyxlərindən olan İbrahim ibn Amir ər-Ruheylidən (Allah onu qorusun) soruşduq. Onun verdiyi cavabın məzmununu sizə çatdırırıq.

«Əgər qadının həyat yoldaşı ona mübah şeylərdən nəyisə qadağan edirsə o ərinə tabe olmalıdır. Çünki o əməl mübah, ərə tabe olması isə vacibdir».

3. Nəcasətli paltarda namaz qılmağın hökmü
Sual: Namazı qıldıqdan sonra paltarımda nəcasət olduğunu gördüm. Mən namazı təzədən qılmalıyam? (Bəxtiyar)

Cavab: Xeyir. Sizin qıldığınız namaz səhihdir. Hətta namazdan qabaq paltarınızda nəcasətin olduğunu bilirdin və sonra unudub namazını həmin paltarda qılmısansa yenə namazın səhihdir. Uca Allah əl-Bəqərə surəsinin 286-cı ayəsində buyurur: «Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!».

Həmçinin peyğəmbər (Allahın ona salavat və salamı olsun) namaz qılarkən Cəbrail (Allahın ona salamı olsun) onun yanına gələrək ayaqqabısında nəcasət olduğunu xəbər verir, peyğəmbər (Allahın ona salavat və salamı olsun) ayaqqabılarını çıxararaq namazını davam edir.

4. Səflərdə ayaqları birləşdirmək barədə
Sual: Səflərdə ayaqlarin birləşdirməyə dair hansısa hədis var? (Ceyhun)

Cavab: Noman İbn Bişr (Allah ondan razı olsun) belə rəvayət edir: «Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) üzünü insanlara çevirərək belə buyurdu: «Səflərinizi düzəldin! Səflərinizi düzəldin! Səflərinizi düzəldin! Allaha and olsun ki, ya Səflərinizi düzəldəcəksiniz ya da ki, Allah Təala sizin qəlblərinizi ayıracaq.» Mən kişinin çiynini yoldaşının çıyninə, dizlərinin (yanını) yoldaşının dizlərinə və topuqlarını yoldaşının topuqlarına birlaşdirdiyini gördüm. Sünən Abu Davud (1234/ 662ci hədis.)

Səhih İmam Buxari (Səhih Buxaridə 1-ci cild 234 səhifə) «Səfdə çiyini-çiyinə topuq-topuqa durmaq. Numan İbn Bişr: Mən kişinin topuqlarını yoldaşının topuqlarına birlaşdirdiyini gördüm.» Deməsi fəsli.
725-ci hədis- Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Səflərinizi düzəldin həqiqətən mən sizi kürəyimin arxasından görürərəm.» Və Bizlərən çiynini yoldaşının çiyininə, topuğunu isə yoldaşının topuğuna birləşdirərdi.

5. Şəkil çəkməyin hökmü
Sual: Şəkil çəkməyin haramlığı barədə dəlillər gətirməyinizi xahiş edirəm

Cavab: Səid ibn Əbu əl-Həsən belə rəvayət edir: «Bir kişi İbn Abbasın (Allah ondan razı olsun) yanına gələrək belə dedi: «Mən bu şəkilləri çəkən bir rəssam kişiyəm. Mənə bu haqda fitva ver!» O ona: «Mənə yaxınlaş!» deyə buyurdu. Kişi ona yaxınlaşdı. Sonra o yenə: «Mənə yaxınlaş!» deyə buyurdu. Kişi ona o qədər yaxılaşdı ki, o əlini onun başına qoydu və belə buyurdu: «Səni Peyğəmbərdən (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) eşitdiyimlə xəbərdar edirəm: «Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Hər bir rəssam oddadır. Ona çəkdiyi hər bir şəkilə görə bir nəfs veriləcəkdir və ona Cəhənəmdə əzab verəcəkdir. » Sonra İbn Abbas ona belə buyurdu: «Əgər mütləq etməli olsan onda ağac və cansız şeylər çək!(düzəlt). (SƏHİH MÜSLİM /2110 Şəkil çəkənlərin Qiyamət günü əzaba düçar olmaları FƏSLİ, GEYİM VƏ ZİNƏT KİTABI)

Əbu Zura belə rəvayət edir: «Mən Əbu Hüreyrə ilə Marvanın yanına daxil oldum. O orada şəkillər gördü və belə buyurdu: «Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Allah Təala belə buyurmuşdur: «Mənim yaratdığım kimi yaratmaq istəyəndən zalım kim ola bilər?! Elə isə qoy onlar biz zərrə və ya bir dən və ya bir arpa dənəsi yaratsınlar.» (SAHİH Müslim / 2111 Rəssamlara (aqibətlərinin) qarşı şiddətli olmaq FƏSLİ, GEYİM VƏ ZİNƏT KİTABI)

6. Qadının kişi həkimin yanına getməsinin hökmü
Sual: Assalam aleykum. Əgər ayaqda hər hansi bir problem varsa (sinma, cixma, ezilme ve s. kimi) ve yaxsi siniqçı ancaq kişidirse, onun yanında ayağı açmaq olar? (yalniz pence hisseni)

Cavab: Va aleykum assalam. Yaxşı olardı ki, Siz qadın həkim axtarasınız. Yox əgər qadın həkim yoxdursa onda zərurətdə kişi həkimə bədənin xəstə üzvünü göstərə bilərsiniz yalnız bir şərtlə ki, yanınızda sizə məhrəm olan bir kişi olsun.
Şeyx ibn Baz (Allah ona rəhmət etsin) ( Fətəvə Əciləh li Mənsuubil Sihhə, səh.29) demişdir: “Qadın həkimlər yalnız qadınları, kişi həkimlər isə yalnız kişiləri müalicə etməlidirlər. Zərurət halı bundan istisnadır. Əgər kişilər elə bir xəstəlikdən əziyyət çəkirlər ki, bunu müalicə edən heç bir kişi həkim yoxdursa, bu halda qadın həkimə müraciət etmək olar. Allah təala buyurur: “Allah – məcburiyyət qarşısında istisna olmaqla – haram buyurulanları təfərrüatı ilə sizə bildirmişdir”.

7. Kişinin üzük taxmasının hökmü
Sual: Müsəlmanın üzük taxması sünnədəndirmi?

Cavab: Müsəlmana gümüş üzük taxmaq mübahdır. Onun Sünnə olub olmamasında isə alimlər ixtilaf etmişlər. Lakin Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) üzük taxması, həmçinin də Səhabələrin üzük taxması sabitdir.

İbn Ömər (Allah ondan razı olsun) belə rəvayət edir: “ Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) gümüşdən üzük götürdü. O əlində idi. Sonra Əbu Bəkrin (Allah ondan razı olsun) əlində, sonra Ömərin (Allah ondan razı osun) əlində, sonra isə Osmanın (Allah ondan razı osun) əlində idi. Nəhayət o, Əris quyusunda düşdü. Onun qaşında: «Muhamməd Allahın elçisidir yazılmışdı.» (Müslim / 2091).

Ənəs ibn Məlik (Allah ondan razı osun) belə rəvayət edir: «Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) gümüşdən üzük götürdü və onun qaşına: «Muhamməd Allahın elçisidir» yazdırdı. Sonra insanlar belə buyurdu: «Mən gümüşdən üzük götürmüşəm və qaşına: » Muhamməd Allahın elçisidir» yazdırmışam. Heç kəs mənim üzüyümün qaşı kimi düzəltdirməsin.» (Müslim / 2092).

Şeyx İslam İbn Teymiyyə Məcbu əl Fətavad — (Cüz 25/ Səhifə 63 — 65) bu haqda geniş danışmışdır. Belə demişdir: «Amma gümüş üzük mübahdır çünki, Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun), həmçinində Səhabələrin üzük taxması sabitdir. Lakiq qızıl üzüyun Haram olması isə ittifaqlıdır……» bax qızıl üzük söylədiyi ki haramdır.

İbn Abbas (Allah ondan razı olsun) belə rəvayət edir: «Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) bir kişinin əlində qızıldan bir üzük gördü və onu çıxardaraq atdı. Sonra isə belə buyurdu: «Sizlərdən biriniz atəşdən bir köz alıb onu əlində tutur.» Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) getdikdən sonra kişiyə: «Üzüyünü götür onunla faydalan» deyə söylədilər. Kişi belə buyurdu: «Xeyr! Allaha and olsun ki, Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) onu atdıqdan sonra mən onu götürmərəm.» (Müslim / 2090).

Abdullah İbn Ömər (Allah onların hər ikisindən razı olsun) belə rəvayət edir: “ Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) qızıldan bir üzük düzəltdirdi. Onu geyindikdə qaşını əlinin içi tərəfinə qoyardı. Insanlarda onu etdiyi kimi düzəltdilər. Sonra o minbərə oturdu. Üzüyü çıxararaq belə buyurdu: «Mən bu üzüyü taxardım və qaşını əlimin içi tərəfinə qoyardım.» Onu atdı və sonra belə buyurdu: «Allaha and olsun ki onu bir daha taxmaram.» Insanlarda üzüklərini atdılar.» (Müslim / 2091).

8. Cümə günü oruc tutmağın hökmü
Sual: As-salam aleykum! Bele bir rəy var ki, ümumiyyetle ferz oruclari çıxmaq şərtile, cüme günü oruc tutmaq bəyənilmir. Əgər nafilə oruclardan biri hicri ayin 13,14,15-ine təsaduf edərsə tutmaq olar, yoxsa yox?

Cavab: Aleykum salam va rahmətullah. Əgər insan yalnız cümə günü oruc tutarsa bu halda ona oruc tutmaq qadağan olar. Yox əgər cümə günündən əvvəl, və ya sonra da oruc tutacaqsa onda ona cümə günü nafilə orucları eləcədə ayın 13, 14, 15-nin oruclarını tutmaq qadağan olmaz necə ki, Peyğəmbərdən (Ona Allahın Salamı və salavatı olsun) gələn bir hədisdə belə deyilir:

— Əbu Hüreyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Sizlərdən biriniz Cümə günü ondan əvvəlki və ya sonrakı gündə oruc tutmadan (cümə günü) oruc tutmasın.” (Müslim /1144).

Başqa bir hədisdə: Əbu Hüreyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Cümə gecəsini sair gecələrin içindən qiyamla xüsusiləşdirməyin. Cümə günü sair günlərin içindən orucla xüsüsiləşdirməyin. Yalnız biriniz daimi tutduğu bir oruc olduqda, onu tutsun.” (Müslim /1144).

9. Ayaq yolunda «Əlhəmdulillah» deməyin hökmü
Sual: Qardaş, əyaq yolunda asqıranda ELHEMDULILLAH demək xəta deyilki? (Zaur)

Cavab: Ümumiyyətlə ayaq yolunda Allahı zikr etmək, asqırdıqda Alhamdulillah demək olmaz.

İbn Ömərin (Allah olların hər ikisindən razı olsun) rəvayətinə görə, belə demişdir: «Rəsulullah (Ona Allahın salamı və salavatı olsun), kiçik ehtiyacını ödəyərkən bir adam ONA uğradı da salam verdi. Rəsulullah (Ona Allahın salamı və salavatı olsun) isə onun salamını almadı.» (Əbu Davud, Tahara: 8; İbn Macə, Tahara: 27)

Hədisdən göründüyü kimi Rəsulullah (Ona Allahın salamı və salavatı olsun) onun salamını almamışdır, halbuki salamı qaytarmaq vacib olan əməllərdəndir. Bu göstərir ki, bu məqamda vacib olan bir şeyi Rəsulullah (Ona Allahın salamı və salavatı olsun) tərk edibsə başqa zikirləri bu məqamda etmək olmaz. Çünki Salam da Allahı zikr etməkdəndir.

10. Dua etmək barədə
Sual: Selamun aleykum, bu il universitete hazirlaşıram ALLAHIN komeyi ile, o qeder çox biliyimdə yoxdur, amma gec qalmışam coxda peşmanam, amma hərgün subh namazında azanın sesinde dua edirem ALLAHIN adlariyla ürəkdən, içimde inam varki ALLAH qəbul edəcək duami, o hər şeyə qadirdir, her şeyi mümkün edər, möcüzə olacaq məncə, Allah qebul edecek duamı, sizcə belə bir şey ola bilərmi, həm de Allah öz mələkləriylə kömeyimə gəlsin (Elmira)

Cavab: Va aleykum assalam. Şəkk yoxdur ki, hər şey Allahın İzni ilə olur və Allah Təala duaları qəbul edəndir. «Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.» (Talaq-2). «Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!» (Ğafir -60).

Lakin unutmamaq lazımdır ki, səbəblərdən də yapışmaq lazımdır. Yəni imtahana hazırlaşmaq, oxumaq da gərəklidir. İmam Müslimin Səhihində Qədər kitabı üçüncü fəsil: “qüvətli olmaq və acizliyi tərk etməyin əmr olunması haqda” bu hədisi zikr etmişdir.

Əbu Hüreyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Allah üçün güclü mömin zəif mömindən daha yaxşı və daha sevimlidir. Onların hər birinin öz xeyri var. Sənə fayda verən şeylərə həris ol, Allahdan kömək dilə və aciz olma. Başına bir iş gəlsə demə ki, əgər belə-belə etsəydim….(belə olardı). De ki: «Qadərullahi va mə şəə fəalə» Bu, Allahın qədəridir, O nəyi istədi onu da etdi. «Əgər» sözü şeytan əməli üçün yol açır».