Sual-cavab

Sual-Cavab (01.06.2012)

Suallara cavab verən Mədinə Beynəlxalq İslam Universitetinin məzunları Ramil Soltanov, Səid İsrafilov.

1. Salavatın tam yazlması barədə
Sual: Xahiş edirəm Peyğəmbərimizin, səhabələrin, tabiinlərin ve alimlərin adlarından sonra məlum duaların qısaca baş hərifleri ile yazılışının ilk tarixi ve bunların bəyənilməməsi ilə bağli dəlili bildirin. (Abu Ibrahim)

Cavab: Imam Suyuti (Allah ona rəhmət etsin) Tədrib ər-Ravi kitabında ikinci cilddə altmış dördüncü səhifədə -İyirmi beşinci növ Hədisin yazılması və yazının düzgünlüyü- adlı başlıq haqda geniş danışmış və alimlərin bu haqda rəylərini zikr etmişdir. Hətta Suyuti Peyğəmbərə (ona və ailəsinə Allahın salamı və salavatı olsun) salavat ilk dəfə (s.a.s) bu şəkildə yazanın əlinin kəsdirildiyni zikr etmişdir.

2. Üzüyü hansı barmağa taxmaq barədə
Sual: Qadının va kişinin üzük taxmağı və hansı barmağa taxmağı haqqında məlumat verərdiniz. (Yeganə)

Cavab: Kişilərə gümüş üzük taxmaq mübahdır, qızıl isə onlara haramdır.

Abdullah İbn Ömər (Allah onların hər ikisindən razı olsun) belə rəvayət edir: “Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) qızıldan bir üzük düzəltdirdi. Onu geyindikdə qaşını əlinin içi tərəfinə qoyardı. Insanlar da onu etdiyi kimi düzəltdilər. Sonra o minbərə oturdu. Üzüyü çıxararaq belə buyurdu: «Mən bu üzüyü taxardım və qaşını əlimin içi tərəfinə qoyardım.» Onu atdı və sonra belə buyurdu: «Allaha and olsun ki, onu bir daha taxmaram.» Insanlarda üzüklərini atdılar.» (Müslim / 2091 Geyim və zinət kitabı otuz dördüncü fəsil).

40- İbn Ömər (Allah onların hər ikisindən razı olsun) belə rəvayət edir: “ Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) gümüşdən üzük götürdü. O əlində idi. Sonra Əbu Bəkrin (Allah ondan razı osun) əlində, sonra Ömərin (Allah ondan razı osun) əlində, sonra isə Osmanın (Allah ondan razı osun) əində idi. Nəhayət O Əris quyusunda düşdü. Onun qaşında: «Muhamməd Allahın elçisidir yazılmışdı.» (Müslim / 2091) Geyim və zinət kitabı otuz beşinci fəsil.

Qadınlar isə həm gümüş, həm də qızıl üzük taxa bilərlər. Qızıl üzük yalnız kişilərə haram edilmişdir.
Üzüyün hansı barmağa taxıldığına gəlincə isə
Ənəs ibn Məlik (Allah ondan razı osun) belə rəvayət edir: «Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) üzüyü bu barmagında idi.» Deyərək sol əlinin çeçələ barmağına işarə etdi.» (Müslim / 2095 Geyim və zinət kitabı ).
Üzüyü orta və ondan sonra gələnə taxmaq isə qadağan olmuşdur.

Əli İbn Əbu Talib (Allah ondan razı osun) belə rəvayət edir: « Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) mənə üzüyü bu və bu barmağıma taxmağı qadağan etdi.» dedi və orta və ondan sonrakı barmağını göstərdi.» (Müslim /2095Geyim və zinət kitabı).

3. Çiyni açıq namaz qılmağın hökmü
Sual: Salam aleykum. Qardaş maykaynan namaz qılmaq olar? Çiyinleri açıq.

Cavab: Va aleykum assalam. Çiyinləri açıq namaz qılmaq olmaz.

İmam Buxari Səhihində Namaz kitabında — Bir paltarda namaz qılarsa (onun bir qismini) çiyinlərinin üzərinə atsın! adlı beşinci fəsildə bu hədisləri zikr etmişdir: «Əbu Hüreyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Sizlərdən biriniz çiyinlərinin üzərində bir şey olmadan bir paltar içində namaz qılmasın!».

Həmçinin ondan (Allah ondan razı olsun) belə rəvayət edir: «Mən Peyğəmbərdən (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) belə eşitdiyimə şəhadət verirəm: « Hər kim bir paltarda namaz qılarsa onun iki ucunu çarpaz (çiyinlərinin üzərinə) bağlasın!»

4. Ticarət
Sual: Assalamu Aleykum.

1) Əgər nə isə bir şey nəğd şəkildə 10 manata satılırsa, nisyə bunu 15 manata vermək olarmı?

2) Bazarda bir şeyin qiyməti 10 manat olduğu halda, bu şeyi iki dəfə bahasına bazardakı qiymətdən fərqli qiymətə satmaq olarmı? Bu hər iki məsələnin hökmü İslamda nedir? (Ilham-Abu Ibrahim)

Cavab: Va aleykum assalam. Yüksək qiymətə hissəli ödənişə əsaslanan satışı həyata keçirmək caizdir.

Hissəli ödənişə əsaslanan satışın tacir nöqteyi nəzərindən hökmü müstəhəb və yaxud caiz ola bilər.

Bu əməl müstəhəb ola bilər; satıcının niyyəti alıcılar üçün asanlaşdırmaqdırsa və onların ehtiyac duyduqları malları almalarına kömək etməkdirsə, müştəri kasıb və ehtiyac içində biridirsə və onlara hissəli ödəniş etmələrinə imkan yaratdığı üçün əvəzində qiyməti artırmırsa, ödənişin zamanı çatdıqda onlara pulu ödəmək üçün təzyiq göstərmirsə buna görə o mükafatlandırıla bilər. Daha doğrusu, əgər ödənişin vaxtı çatıbsa və alıcının ödəməyə pulu yoxsa, satıcı ona möhlət verirsə, yaxud ödənişin tam və yaxud müəyyən hissəsini keçərsə buna görə savab qazanacaqdır.

Allah təala buyurur: “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!” (Əl-Bəqərə 2:280)

Şeyx Sadi (Allah ona rəhmət etsin) Təfsir əl-Sadi, səh. 168” demişdir:

“Mənası odur ki, borlcu olan kəs çətinlikdədirsə, alacaqlı kəs borclu tərəfin işləri asanlaşana qədər borclunu gözləməlidir…Alacaqlı tərəf borclu tərəfə qarşı xeyirxahlıq göstərərsə-borcu tam və yaxud qismən keçərsə-o zaman bu onun üçün daha xeyirlidir.

Buxari (1307) və Müslim (1561) rəvayət edirlər ki, Əbu Məsud (Allah ondan razı olsun) demişdir: “Allah rəsulu sallallahu aleyhi və səlləm demişdir: “Sizdən öncə gələnlər arasında bir nəfər hesaba çəkilmişdi və onda heç bir xeyir aşkar edilməmişdi, sadəcə o insanlar ilə iş görürdü və imkanlı biri idi, öz işçilərinə söyləyərdi ki, çətinlikdə olana (borcluya) onların pulunu keçsinlər. Allah təala (bunun qarşılığında demişdir): “Bizim buna haqqımız ondan daha çoxdur, onun üçün keçin”.

Lakin tacir hissəli ödənişə əsaslanan satış edirsə və bunun müqabilində qiyməti artırırsa bu icazəlidir. Bununla belə bəzi tacirlər yalnız hissəli ödənişlə satış edirlər ki, onların gəlirləri, qazancları daha çox olsun.

İmam Əhməd (Allah ona rəhmət etsin) bildirmişdir ki, bu məkruhdur, lakin satıcı həm hissəli ödənişlə və həm də nəğd şəkildə satış həyata keçirirsə bunda heç bir xəta yoxdur.

Şeyx ul-İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) bunun məkruh olmasını şərh etmiş və məkruh olmasının səbəbini bu məsələnin “istismar” hökmünə daxil olduğu ilə izah etmişdir. Çünki adətən hissəli ödənişlə (nisyə) mal alan insan nəğd almaq imkanına sahib olmayan kəsdir. Ona görə də, bir kəs (satıcı) yalnız hissəli ödənişlə (nisyə) mal satırsa, bu o mənaya gəlir ki, o ehtiyac içində olan insanları istismar edir. Lakin o həm nəğd, həm də hissəli ödənişlə (nisyə) satış icra edirsə o sadəcə tacirlərdən bir tacirdir.

Təhziib əl-Sünən İbn əl-Qeyyim Əun əl-Məbuud, 9/347

2) Şəriətdə tacirin nə qədər gəlir qazanacağına dair bir məbləğ varid olmamışdır. Bununla belə, müsəlman ondan ticarət edənləri aldatmamalıdır. Yəni, bazarda malı qeyri-məlum bir qiymətə (bazardakı qiymətdən fərqli bir qiymətə) satmamalıdır. Bununla belə şəriətdə məşrudur ki, müsəlman gəlir məsələsində həddini aşmamalıdır, əksinə alış-satışda asanlaşdırmalıdır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm alış-verişdə asanlaşdırmağı təşviq etmişdir.

Tövfiq Allahdandır. Allahın salat və salamı Peyğəmbərimizə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Fətəəvə əl-Ləcnə əd-Dəəiməh lil Buhuus əl-İlmiyyəh vəl-İftəə, cild 13, səh.92, sual 4, Fətva № 7339

5. Namazda dua
Sual: Assalamu aleykum. Arzunun yerinə yetməsi üçün namazda oxunan dua hansıdır? (Elmira)

Cavab: Va aleykuma salam. Namazda arzu yerinə yetsin deyə xüsusi bir dua yoxdur. Ümmumən Hər hansı bir duanı etmək olar. Dua, ən böyük ibadətlərdən biridir. Allah Təala buyurur: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!» (Ğafir, 60). Duanın Allah qatında qəbul edilməsi üçün yerinə yetirilməsi vacib olan şərtlər vardır. Bu şərtlərdən bəziləri aşağıdakılardır:

1) Dua edən kimsənin duasına sadəcə Allahın cavab verməyə qadir olduğunu bilməsi lazımdır.

Belə ki, Allahdan başqa kimsə fayda verə bilməz və Allahdan başqa kimsə pisliyi dəf edə bilməz. Allah Təala belə buyurur: «(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?» (Nəml, 62)

Bax bu ayədə izah olunan tövhid elmi və etiqadi tövhiddir, yəni Rübubiyyət (Allahın hər şeyin Rəbbi olduğu və Ondan başqa Rəbb olmadığına etiqad etməkdir) tövhididir.

2) İnsanın sadəcə Allahdan istəməsi, sadəcə Allaha sığınıb Ondan yardım diləməsi lazımdır.

İnsanın Allahdan başqasından bir şey istəməsi və ya Allahdan başqa birinə dua etməsi haramdır. Çünki bu Allaha şərik qoşmaqdır. Allah Təala belə buyurur: «Allahdan başqa heç kəsə ibadət (dua) etməyin!» (Cin, 18)

Rəsulallah (Allahın ona salavat və salamı olsun) Ibn Abbasa (Allah ondan razı olsun) belə buyurdu: «Bir şeyi istədiyin vaxt Allahdan istə, yardım dilədiyin vaxt yenə Allahdan dilə» (Tirmizi, 2635)

Bu ayə və hədisdə anladılan tövhid isə əməli tövhiddir, yəni Uluhiyyət (Allahın həqiqi ilah olduğuna, Ondan qeyri həqiqi ilah olmaduğuna qəti etiqad etmək və ibadətlərlə Onu birləməkdir) tövhiddir.

3) Duanın Allah qatında məqbul olması üçün günahdan uzaq və qohumluq əlaqələrinin kəsici olmayan, xeyir duası olması lazımdır.

Rəsulallah (Allahın ona salavat və salamı olsun) belə buyurdu: «Günaha və qohumluq əlaqəsini kəsməyə dua etmədiyi müddətdə qula cavab olunur» (Tirmizi, 3603)

4) Yeyəcəyin, içəcəyin və geyəcəyin halal qazancdan olması lazımdır.

Allah Təala belə buyurur: «Allah yalnız müttəqilərdən qəbul edər!» (Maidə, 27)

Rəsulallah (Allahın ona salavat və salamı olsun) belə buyurdu: «Şübhəsiz Allah təmizdir və ancaq təmiz olanı qəbul edər, sonra abir adam zikr etdi ki, uzun bir səfər etmişdir. Saçı başı dağınıq, paltarları tozlu, əllərini səmaya qaldırır və «Ya Rəbb, Ya Rəbb»-deyər. Yediyi haram, içdiyi haram, geydiyi haram və haramla qidalanmış, Allah bu kimsəyə haradan cavab verəcək» (Muslim, 1015/65)

6. Yatmazdan əvvəl əl-Mulk surəsini oxumağın hökmü?
Sual: 1) Yatmazdan qabaq əl-Mulk surəsini oxumaq lazıımdırmı?
2) İkinci rukətdə yadımdan çıxıb salamlardan qabaqki duani oxusam nə edim, səf səcdəsi düşür, yoxsa nece? (Ramil)

Cavab: 1) Imam Buxari ədəb əl-Mufrad kitabında, Yatağa girdiyin vaxtı nə deyilir fəsli altında 1229-cu hədisdə belə rəvayət edir: «Cabir (Allah ondan razı olsun) belə rəvayət edir: Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) Təbarək (yəni Mülk surəsi) və Əlif, Lam, Mim! Kitabın (Quranın) aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk-şübhə yoxdur (yəni səcdə) surələrini oxumamış yatmazdı.» Hədisi Şeyx Albani Səhihləşdirmişdir.

2) Heçbir şey etməyinə ehtiyac yoxdur. Namazın səhihdir.

7. Namazı qəza etməyin hökmü
Sual: Əgər sübh namazı bilmədən qəzaya düşübsə, bu zaman onun qəzasını zöhr girəndən sonra qılmaq lazımdır, yoxsa əvvəl?

Cavab: Ümumiyyətlə namazı gecikdirməyin iki halı vardır. Birinci hal; müsəlman namazını səbəb götürdükdən sonra vaxtında qılmır, ancaq buna görə heç bir günah qazanmır və vaxtında qılmış namaz kimi sayılır. Məsələn: müsəlman sübh namazına qalxmaq üçün tez yatır, ayılmaq üçün səbəb götürürsə və lakin yatıb qalırsa o zaman günah qazanmır ancaq ayılan kimi namazını qılmalıdır.

İkinci hal; səbəb götürmədən (üzürsüz yerə) namazı vaxtı çıxana qədər gecikdirərsə o zaman günah qazanır. Ancaq yenə gecikdirmədən qılmalıdır.
Sizdə sübh namazını hər hansı bir səbəbə görə gecikdirmisinizsə o zaman onu gecikdirmədən tez qılın.

8. Qadının üzük taxıb bayıra çıxmasının hökmü
Sual: Hicablı mömin bir qadin bayıra çıxanda əlinə üzük taxa bilər ya yox. Bilərsə niyə, olmazsa niyə? (Rəşad)

Cavab: Xeyr taxa bilməz. Yalnız əlcək geyinərsə onun altından taxa bilər.

Uca və Qüdrətli Allah buyurur: “Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!)”. (Əl-Əhzab 33:33)

Ayədə qeyd olunan “təbərrüc” kəliməsinin mənasına (qadının) cazibəli, gözəl keyfiyyətlərini və gözəlliklərini nümayiş etdirməsi, baş, üz və bundan başqa şeylər də daxildir.

9. Tövbənin qəbul olunma vaxtı
Sual: Tövbə nə vaxt qəbul olunmaz? (Kənan)

Cavab: Tövbə 2 halda qəbul olunmaz.

1. Insan ölüm mələyini görəndə, yəni ölüm anında. Allah Təalə buyurur: «Günah işləri görməyi davam etdirib yalnız ölüm yatağında mən indi tövbə etdim deyəndən və kafir kimi ölənin tövbəsi qəbul olunmaz». (ən-Nisa 17,18)
Peyğəmbər – Allahın ona salavatı və salamı olsun — buyurdu: «Allah qulunun tövbəsini ruh boğazdan çıxanadək qəbul edir.» (Əhməd, Tirmizi, əl-Albani “Səhihul Cəmi” 6132)

2.Günəşin batdığı yerdən çıxdığı zaman. Bu da Qiyamətin 10 böyük əlamətlərindən biridir. Əbu Hureyrə – Allah ondan razı olsun – rəvayət edir ki, Peyğəmbər – Allahın ona salavatı və salamı olsun — buyurdu:“Allah qulunun tövbəsini gün batdığı yerdən çıxanadək qəbul edir” (Müslim)

10. Şahmat oynamağın hökmü
Sual: Şahmat hansı dəlilə əsasən haramdı? Hədis və yaxud bir alimin fətvasını yazardız, ətraflı açıqlayın! çünki bu barədə bizə əsaslı dəlil deməyiblər!

Cavab: Saleh-al Munaccidin fətvası

Şeyxul İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
“Alimlərin yekdil rəyinə görə şahmat həm batinən, həm də zahirən fərz olan əməllərdən bizi məşğul etdiyi zaman (yayındırdıqda) haram olur. Eləcə də namaz kimi vacibatlar və yaxud özü və ailəsinin məsləhəti (maraqları) üçün zəruri olan hər hansı bir şey və ya yaxşılığı əmr edib pislikdən çəkindirmək və ya qohumluq haqqlarını saxlamaq və yaxud valideynlərə hörmət, vilayət və imamət (rəhbərlik, idarəçilik) işlərindən və bundan başqa digər vacibatları yerinə yetirməkdən yayındırdığında haramdır. Həmçinin, yalan söyləmək, yalan yerə and içmək, aldatmaq, xəyanət, zülm etmək, və yaxud zülmə yardım etmək və ya digər qadağaları (muhərrəmət, haramları) əhatə, ethiva edirsə Müsəlmanların (icmasına) yekdil rəyinə görə bu haramdır. (Məcmu əl-Fətəəvə (Fitvalar Toplusu), 32/218, 240)

Lakin vacibatlardan bizi yayındırmırsa və yaxud haram bir şeyi ehtiva etmirsə o zaman bunun hökmü barədə elm əhli arasında fikir ayrılığı var. Əksər alimlər (Əbu Hənifə, Malik, Əhməd və Şafinin əshabları (çağdaşları)) bunun haram olduğuna hökm etmiş. Haram olduğunu Allahu Təalanın Kitabı və Səhabələrin rəylərinə əsaslandırmışdırlar.

Qurandan dəlilləri:

“Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız”.

“Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?” (əl-Maidə 5:90-91)

Qurtubi (Allah ona rəhmət etsin) demişdir: “Bu ayələr qumar olub-olmamasından asılı olmayaraq nərd və ya şahmat oynamağın haram olduğuna dəlalət edir. Çünki Allah Təala içkini (xamrı) haram etdikdə bunun səbəbini izah etmişdir: “Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər”. Ona görə də hər hansı bir oyunun az bir hissəsi çoxa aparırsa və bu oyun oynayanlar arasında düşmənçilik və nifrət yaradırsa və Allahı zikrdən, namazdan çəkindirirsə, bu oyun spirtli içki içmək kimidir, spirtli içki kimi bunun da haram olması vacib olur”. (Əl-Cami li Əhkam əl-Quran, 6/219)

Səhabələrin rəyinə gəldikdə:

Rəvayət olunur ki, Əli ibn Əbi Talib (Allah ondan razı olsun) şahmat oynayan bəzi insanların yanından keçirdi və dedi: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”. (əl-Ənbiya 21:52)

İmam Əhməd demişdir: “Şahmat barədə söylənilən ən səhih, sağlam şərh Əlinin (Allah ondan razı olsun) söylədiyidir”.

Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) şahmat barədə soruşduqda o: “Bu nərddən daha şərlidir” demişdir.

“Nərd” dövrümüzdə triktrak kimi bilinən şeydir. Xüsusi bir stol üzərində oynayırlar. Hədislərdə bunun haram olduğu rəvayət olunmuşdur.

Əbu Davud (4938) Əbu Musa əl-Əşaridən rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir:“Kim nərd oynuyarsa Allah və Onun Rəsuluna asilik etmişdir”. (Şeyx Albaninin “Səhih Əbu Davud (4129)” əsərində hədisi səhih olaraq təsnif etmişdir.

Müslim (2260) rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Kim nərd oynayırsa əlini donuz əti və qanına salmış kəs kimidir”.

Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: “Şafilər və cumhura görə bu hədis nərd oynamağın haram olduğuna dair dəlil, hüccətdir. “Kim nərd oynayırsa əlini donuz ətinə və qanına salmış kəs kimidir” hədisindən qəsd olunan məna budur ki, yəni bunlardan (donuz əti və qanından) yemiş kimidir. Hədisdə ifadə olunan “haramlıq”, “onları yeməyin haramlığına” oxşatma (təşbeh) haramlığıdır”.
Şahmatın qadağan olunması barədə elm əhlinin sözləri:

İbn Qudamə (Allah ona rəhmət etsin) demişdir: “Şahmatın haram olması, nərdin haram olması kimidir”. (əl-Muğni, 14/155)

İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir: “Şahmatın fəsadları nərdin fəsadından daha böyükdür. Nərdin haram olmasına dəlalət edən hər bir şey, bunun şahmatın haramlığına dəlalət dərəcəsi daha böyükdür…Bu İmam Malikin və onun əshabının, Əbu Hənifə və onun əshabının, Əhməd və onun əshabının və Tabiindən cumhurun (əksəriyyətinin) rəyidir…Səhabələrdən hər hansı birinin bunu halal gördüyü və yaxud oynadığı deyə belə bir şey məlum deyil. Allah onları bundan mühafizə etmişdir. Onlara nisbət edilən hər bir şey və Əbu Hureyranın bunu oynadığını söyləyən rəvayətlər Səhabələrə qarşı yalan, iftira və uydurmadır və Səhabələrin həqiqətdə necə olduqlarını (onların halından xəbəri olanlar) bilən kəslər tərəfindən rədd olunur və rəvayətləri kritik yöndən yoxlayan kəslər tərəfindən rədd olunur. Allah Rəsulundan sallallahu aleyhi və səlləm sonra ən fəzilətli əsrdə yaşayan nəsil və insanların ən yaxşılarının Allahın zikrindən və namazdan insanları yayındıran, bu yöndən spirtli içkidən daha böyük olan (belə ki real həyatda şahid olduğumuz kimi insanlar buna dalıb gedirlər) bir şeyi oynamağa icazə vermələri necə mümkündür? Necə ola bilər ki, Şəriət qoyan nərdi qadağan etsin, şahmata icazə versin, halbuki şahmatın fəsadları nərddən qat-qat çoxdur…” (Əl-Furusiyyə, 303, 305, 311)

Zəhəbi (Allah ona rəhmət etsin) demişdir: “Şahmata gəldikdə, elm əhlinin cumhuru bunu oynamağın haram olduğunu söyləmişdir, istər pul ilə və ya pulsuz oynasınlar fərq etməz. Pul ilə oynadıqda o zaman şübhəsiz ki, bu qumardır. Hətta pul üçün oynamasalar belə, elm əhlinin cumhuruna görə bu yenə də qumardır və haramdır…Nəvəvidən (Allah ona rəhmət etsin) şahmat oynamaq, bunun haram və halal olduğu barədə soruşdular? O (Allah ona rəhmət etsin) belə cavab vermişdir: “Bunu oynamaq namazı vaxtında əda etməkdən çəkindirirsə və yaxud pul üçün oynanılırsa, o zaman bu haramdır. Yalnız Şafilərə görə məkruh və digərlərinə görə isə haramdır…” (Əl-Kəbəir 89-90)