Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Səbr et
– Şikayət etmə
– Bu baş verməli idi, yan keçə bilməzdi
– Səbr etməyə çalışdıqca Allah insanı səbirli edir
Quran oxu
– Zikr məclislərində iştirak et
– Qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapar
Allaha sığın
– Bu müsibət sənə ən rəhimli tərəfindən gəlib
– Yaradılış məqsədini xatırla, Ona qayıdacağını unutma
Gözəl zəndə ol
– Bu da keçəcək, bir çıxış yolu vardır
– Hər çətinlikdən sonra asanlıq gəlir
– Allah haqqında gözəl zəndə ol, çünki o qullarına qarşı onların düşündüyü kimi olar
Tövbə et
– Müsibətlər günahlara kəffarədir
– Bu sınaq səni məhv etmək üçün deyil, səbrini və qulluğunu yoxlamaq üçün göndərilib
Gecə namazı qıl
– Gecənin zülmətində, hər kəs yatarkən dur və Rəbbindən istə
– Gecənin bir qismini belə olsa namaz qıl, dua et və bağışlanma dilə
Dua et
– Daha böyük müsibətin qarşısını almaq üçün ola bilər
– Dua müsəlmanın ən güclü silahıdır
– Bəlkə sevmədiyin bir şey sənin üçün xeyirlidir
Zikr et
– Allahın nemətlərini xatırla, aldığının yox verdiyinin daha çox olduğuna bax
– Səndən daha pis vəziyyətdə olanın halına bax
İstiğfar et
– Əməlinlə çatmadığın dərəcəyə səbr etməklə çata bilərsən
– Dünyanın mahiyyətini bil. Bu dünyada tam xoşbəxtlik yoxdur
Xeyir işlərə başını qat
– Pis xatirələri sil, təkrar təkrar yada salma
– Problem yaradan insanlardan uzaq ol
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
İstifadə olunub: Adil Rəcəbov, “Sıxıntıda olan kəs üçün tövsiyələr” dərsi 1, 2.