Video dərslər

Sıxıntalara səbr etmək

Ramil Soltanov

Allahu Əzzə və Cəllə buyurur: «Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır». (əl-Bəqarah 214)

Digər ayətdə isə: «Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik».(əl-Ənbiyə 35)

Həmçinin: «Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə mujdə ver». (əl-Bəqarah 155)

Ayətlərdən məlum olduğu kimi Uca Allah insanı müəyyən vaxtda və müəyyən yerdə şərlə və xeyirlə imtahana çəkir. Uca Allah əl-Bəqarah sürəsindəki ayətin sonunda isə, səbr edənlərə müjdə verilməsini əmr edir. Həmçinin Muhəmməd (Allahın ona salavat və salamı olsun) onları müjdələyərək buyurur: «Savabın böyüklüyü imtahanın böyüklüyü ilədir. Allah bir qulunu sevərsə onu imtahan edər. Kim razı qalsa, Allah ondan razı qalar. Kim qəzəblənib razı qalmasa, Allah ona qəzəblənər». (ət-Tirmizi, Albəni həsənləşdirib)