Fiqh Oruc

Şiə mənbələrində aşura orucu

Günümüzdə bəzi şiələr əhli sünnənin aşura orucu tutmağına etiraz edirlər. Zənn edirlər ki, bu gün yalnız matəm günüdür və bu gündə oruc tutmaq olmaz. Onlara bu dəfə öz kitablarından cavab vermək istədik:

1. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir:
«Aşura günü oruc tutun, onunla bərabər ehtiyat üçün 9 u da tutun. Çünkü, bu oruc bir il keçmiş günahlara kəffarədir. Əgər sizdən biriniz bilmədən yeyərsə, orucunu tamamlasın»
(Cəfəriyyat kitabı, 63)

2. İmam Baqir (Allah ona rəhmət etsin) demişdir:
«Aşura günü Allah Təalə İsrail oğulları üçün dənizi yarıb və Fironu və qövmünü həlak etdiyi gündür. Bu gün Musa Firona qalib gəlmişdir»
(Tusinin Təhzib kitabı, 4/300)

3. Məclisi demişdir:
«Bədr döyüşü olan ili (Peyğəmbər sallallahu aleyhi və səlləm) Aşura orucunu tutdu və insanlara da tutmağı əmr etdi. Həmin ildə Abdullah ibn Sələm də islamı qəbul etdi»
(Biharul ənvar, 19/129).

4. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir:
«Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) aşura günü oruc tutdu»
(Tusinin Təhzib kitabı 4/299).

5. İmam Zeynul Abidin (Allah ona rəhmət etsin) demişdir:
«Aşura gününün orucu bir il günahlara kəffarədir».
(Tusinin İstibsar kitabı, 2/134, Hurrul Amilinin Vəsəiluş şiə kitabı 10/457).

6. İmam Zeynul Abidin (Allah ona rəhmət etsin) demişdir:
«İnsanın oruc tutmaqda və açmaqda sərbəst olduğu oruclardan biri də aşura orucudur»
(Vəsəiluş şiə, 10/457)

7. İmam Rzadan nəql olunur ki,
«Məhərrəm ayının 10 cu günü aşura günüdür. Allah o gün Adəmin tövbəsini qəbul edib. Kim o günü oruc tutarsa, onun 70 illik günahları və gizli etdiyi günahlar bağışlanar».
(Nurinin Mustədrək vəsəil, 7/523).

8. Cubeyr dedi:
Aişə (Allah ondan razı olsun) bizdən soruşdu ki, sizə aşura orucunu tutmağı kim fətva verib?
Ona deyildi ki, Əli (Allah ondan razı olsun) fətva verib. Aişə (Allah ondan razı olsun) cavabında:
— O veribsə, o insanların içində sünnəti ən yaxşı biləndir»
(İbn Tavusun «Binə məqalətil fatimiyyə», 203, Mutahhar Hullinin «İdəd qaviyyə» 240).

Hazırladı: Emin Hacıyev