Fiqh Oruc

Şəvval ayının orucları ard-arda tutulmalıdır?

ŞƏVVAL AYININ ORUCLARI ARD-ARDA TUTULMALIDIR ?

CAVAB: Təbii ki, saleh əməllər üçün tələsmək daha yaxşıdır.

Allahu Taalə buyurur:

((۞وَسَارِعُوٓاْ إِلَىٰ مَغۡفِرَةٖ مِّن رَّبِّكُمۡ وَجَنَّةٍ عَرۡضُهَا ٱلسَّمَٰوَٰتُ وَٱلۡأَرۡضُ أُعِدَّتۡ لِلۡمُتَّقِينَ))

«Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin.»

Lakin Şəvval ayının oruclarını ard-arda tutmaq şərt deyil. Çünki Peyğəmbərdən ﷺ şəvval ayının orucları barədə gələn hədisdə belə bir şərt yoxdur. O, belə demişdir: «Kim Ramazan ayının orucunu tutar və ardınca şəvval ayından altı gün oruc tutarsa o, bütün ili oruc tutmuş kimidir.»

— (..şəvval ayından altı gün..) yəni ay ərzində altı günü tamamlayırsan.

Hazırladı: Zubeyr Dinbazov