Əbu Əyyub (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın elçisi ﷺ belə demişdir:
“Kim Ramazan ayının orucunu tutar və ardınca şəvval ayından altı gün oruc tutarsa o, bütün ili oruc tutmuş kimidir.”
[Səhih Muslim]
Qeyd: Bu hədisdə keçən bütün ilin orucunun savabını başqa hədisdə Peyğəmbər ﷺ özü açıqlayaraq belə demişdir: “Allah bir yaxşı əməl üçün on qat artıq savab verir. Bir ayın orucu on aya bərabərdir və altı günün orucu da ili tamamlayır.”
[Səhih tərğib və tərhib 1/421]
Yəni, beləliklər 36 oruc 360 günün orucuna bərabərdir. Hicri aylar da 360 gündən çox olmur.
Hazırladı: Zubeyr Dinbazov