Əbu Hureyrədən (رضي الله عنه) rəvayət olunan hədisdə, Allah Rəsulu ﷺ belə buyurmuşdur:
«Şaban ayının ortası yetişdiyi zaman oruc tutmayın»
[Tirmizi: 590 / Şeyx Albani hədisə «səhih» demişdir].
Bu hədis şaban ayının ortasından sonra oruc tutmağın qadağan olunmasına dəlalət edir. Yəni, Şaban ayının 16-dan etibarən nafilə orucları tutulmur.
Hədisdə nəzərdə tutulan qadağa bu ay daxil olduqdan sonra heç oruc tutmayanlar barəsindədir.
Lakin, o kəski Şaban ayının birinci yarısını oruc tutubsa, yaxud adəti üzrə həftənin birinci və dördüncü günləri oruc tutursa, bu halda ikinci yarısını da tuta bilər.
Qeyd: Hədisdə nəzərdə tutulan qadağa müstəhəb oruclara aiddir. Kimin ötən Ramazandan qəza orucları qalıbsa növbəti Ramazan ayı daxil olanadək tutmalıdır, hətta şaban ayının ikinci yarısı yaxud sonu olsa belə tutmalıdır.
Hazırladı: Nail Paşa