Məqalələr

Rəşidi xəlifələrimizi tanıyaq

Əbu Bəkr əs-Siddiq
– Əsl adı: Osman ibn Abdullah
– Doğulduğu yer və tarix: Məkkə şəhəri (hicrətin 573-cü ili)
– İslamı ilk qəbul edən kişi
– İslam xilafətinin ilk xəlifəsi
– Peyğəmbərdən ﷺ sonra ən əfzəl kəs
– Cənnətlə müjdələnən on səhabədən biri
– Peyğəmbərin ﷺ qaynatası (Aişə anamızın atası)
– Qurani-Kərimi cəm edib ilk dəfə kitab halına salan kəs
– Vəfat tarixi və yeri: Mədinə şəhəri (Miladi 634-cü il)

Ömər ibn Xəttab
– Doğulduğu yer və tarix: Məkkə şəhəri (Miladi 584-cü il)
– İslam xilafətinin ikinci xəlifəsi
– Peyğəmbər ﷺ və Əbu-Bəkrdən sonra ən əfzəl kəs
– Cənnətlə müjdələnən on səhabədən biri
– Peyğəmbərin ﷺ qaynatası (Həfsə anamızın atası)
– Vəfat etdiyi yer və tarix: Mədinə şəhəri (Miladi 644-cü il, şəhid olaraq vəfat edib)

Osman ibn Affan
– Doğulduğu yer və tarix: Məkkə şəhəri (Miladi 576-cı il)
– İslam xilafətinin üçüncü xəlifəsi
– Peyğəmbər ﷺ, Əbu-Bəkr və Ömərdən sonra ən əfzəl kəs
– Cənnətlə müjdələnən on səhabədən biri
– Qurani-Kərimi bir qiraət üzərinə cəm edən kəs
– Peyğəmbərin kürəkəni (Peyğəmbərin ﷺ qızları Ummu Kulsum, sonra isə Ruqeyyə ilə evli olmuşdur)
– Vəfat etdiyi yer və tarix: Mədinə şəhəri (Miladi 656-cı il, şəhid olaraq vəfat edib)

Əli ibn Əbu Talib
– Doğulduğu yer və tarix: Məkkə şəhəri (Miladi 599-cu il)
– İslamı ilk qəbul edən uşaq
– İslam xilafətinin dördüncü xəlifəsi və rəşidi xəlifələrin sonuncusu
– Peyğəmbər ﷺ, Əbu-Bəkr, Ömər və Osmandan sonra ən əfzəl kəs
– Cənnətlə müjdələnən on səhabədən biri
– Peyğəmbərin ﷺ əmisi oğlu
– Peyğəmbərin ﷺ kürəkəni (Fatimənin həyat yoldaşı)
– Vəfat etdiyi yer və tarix: Küfə şəhəri, İraq (Miladi 661-ci il, şəhid olaraq vəfat edib)

Hazırladı: Nail Paşayev