Məqalələr

Rəcəb ayında tutulan oruc barədə

Yeyin, həqiqətən bu ay cahiliyyə dövründə əzəmətləndirilirdi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Rəvayət olunur ki, Ömər ibn Xəttab Rəcəb ayında oruc tutanları döyər və onlara yeməyi əmr edərək deyərmiş: “Yeyin, həqiqətən bu ay cahiliyyə dövründə əzəmətləndirilirdi.” (İbn Əbi Şəybə, Şeyx Albani hədisin isnadını səhih adlandırmışdı. Bax. «İrvəul Ğalil», 957)

Həmçinin ibn Ömər də Rəcəb ayını orucla seçənləri məzəmmət edərmiş. (İbn Əbi Şəybə, hədisin isnadı səhihdir. Bax. «İrvəul Ğalil» 958)

Şeyxul-İslam İbn Teymiyyə demişdir: “Rəcəb ayında oruc tutmağın bəyənilən əməl olduğuna gəldikdə isə, bu haqda olan bütün hədislər alimlərin isnad etmədikləri zəif və uydurma hədislər sayılır.” (Bax. «Məcmu’ əl-Fətəva» 25/290)

Həfiz İbn Həcər demişdir: “Rəcəb ayı ilə bağlı nə bu ayda oruc tutulması nə də hər hansi bir gecəni namazla xüsüsiləşdirməyə dair dəlil olaraq yararlı səhih hədis mövcud deyildir. Bu etiqadda məni imam əl-Həravi qabaqlamış və bu etiqad ondan səhih bir isnadla nəql olunmuşdur. Həmçinin başqaları tərəfindən də rəvayət olunur.” (Bax. «Təbyin əl-Ucb» 11)

Eyni ilə bunları Şeyx İbn əl-Qayyim də bildirmişdir. (Bax. «əl-Mənər əl-Munif» 96)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Müəllif: fəqih.com heyəti