Məqalələr

Rəbbin səni görür

Allahdan qorxana Allah mütləq çıxış yolu göstərər…

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Abdullah ibn Ömər (Allah ondan razı olsun) bir gün bir neçə yoldaşı ilə Mədinə münəvvərə xaricinə çıxmışdılar. Yemək vaxtı gələndə süfrə hazırladıqları vaxt bir çoban keçirdi və onlara salam verdi. İbn Ömər çobanı yeməyə dəvət etdi. Çoban oruclu olduğunu söyləyib süfrəyə oturmadı. İbni Ömər ona soruşdu:
Bu istidə bu dağlarda qoyunları otara-otara necə oruc tuta bilirsən?
Çoban da cavab verdi:
Boş vaxtlarımı belə dəyərləndirirəm.
Abdullah ibn Ömər (Allah ondan razı olsun) onu sınamaq üçün dedi ki:
Qoyunlardan birini satarsan? Həm pulunu, həm də iftar etmən üçün ətindən verərik?
Qoyunlar mənim ağamındir.
Ağan hardan biləcək? Canavarın yediyini söyləyərsən.
Çoban isə barmağını səmaya işarə edərək:
Bəs Allah hardadır?— dedi
Abdullah ibn Ömər (Allah ondan razı olsun) çobanın sözünü bir neçə dəfə təkrar etdi. Mədinəyə qayıtdıqları zaman çobanın ağasını tapıb sürünü və çobanı satın aldı. Onu azad edərək qoyunları da çobana hədiyyə etdi. (Beyhəqi)

Allahdan qorxaraq söylənilən bircə kəlimə bir qulun azad olmasina, hətta onun Allahdan əlavə mukafat almasına səbəb oldu. Allahdan qorxana Allah mütləq çıxış yolu göstərər…

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şəkili yüksək keyfiyyətdə yüklə (1.9 Mb)