Məqalələr Ramazan ayı

Ramazanla bağlı səhih olmayan, məşhur bilinən hədislər

▪Birinci hədis:

“Ramazanın əvvəli rəhmət, ortası bağışlanma, sonu isə cəhənnəmdən qurtuluşdur”.

Zəif hədislər silsiləsi (1569)
Şeyx Albani hədisə münkər demişdir.

▪İkinci hədis:

“Oruc tutun ki, sağlam olasınız”.

Zəif hədislər silsiləsi (253)
Şeyx Albani hədisə zəif demişdir.

▪Üçüncü hədis:

“Kim Ramazandan bir gün üzrsüz, xəstəlik olmadan orucunu açarsa, bir il oruc tutsa belə, həmən orucu ödəmiş olmaz”.

Daifut-Tirmizi. (723).
Şeyx Albani hədisə zəif demişdir.

▪ Dördüncü hədis:

“Əgər qullar Ramazanda nələrin olduğunu bilsəydilər ümmətim bütün ilin Ramazan olmasını istəyərdilər. Xuzaə qəbiləsindən bir nəfər kişi dedi: ey Allahın Elçisi! Bizə bu haqda danış. Rəsulullah ﷺ dedi: Cənnət Ramazan ilə başdan ayağa qədər bəzənər….”.

Daifut-tərğib. (596).

▪ Beşinci hədis:

“Allahım, Şaban və Rəcəbi bizim üçün bərəkətli et və bizi Ramazana yetişdir”.

Daiful-Cə’mi. (4395).
Şeyx Albani hədisə zəif demişdir

▪ Altıncı hədis:

“Rəsulullah ﷺ iftar edəndə deyərdi: Allahım, Sənin üçün oruc tutdum və Sənin verdiyin ruzi ilə iftar etdim”.

Daiful-Cə’mi. (4394)
Şeyx Albani zəif demişdir

▪Yeddinci hədis:

“Ramazan ayına Ramazan deməyin, çünki, Ramazan Uca Allahın adlarındandır, lakin Ramazan ayı deyin”.

Zəif hədislər silsiləsi. (6768).
Şeyx Albani hədisə batil demişdir.

Hazırladı: Nail Paşayev