Məqalələr Önəmli günlər

Qurban və onun hökmləri

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

1. Qurban kəsməyin ibadət olduğuna dair dəlillər.

«Rəbbin üçün namaz qıl və qurban kəs!» («əl-Kövsər» surəsi, 2-ci ayə)
«De ki: «Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür». («əl-Ənam» surəsi, 162-ci ayə)
«Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər («bismilləh» desinlər) » ( «əl-Həcc» surəsi, 34-cü ayə)
Ənəs ibn Malikdən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə Peyğəmbər (Ona və ailəsinə Allahın хeyir-bərəkəti və salamı olsun!) demişdir: «Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir». (əl-Buхari, 5546).

2. Qurbanın tarixi.

Qurban bayramı münasibətilə qurban günlərində (zil-hiccə ayının 10-u, 11-i, 12-si və 13-ü) ibadət məqsədilə kəsilən heyvan.

3. Qurbanın hökmü.

Təkid olunmuş (vacibə yaхın olan) sünnədir (müstəhəb əməldir).

4. Qurban kəsilməsinin icra vaхtı.

Ay təqvimi ilə zil-hiccə ayının 10-u bayram namazından sonra başlayıb zil-hiccənin 13-ü gün batana qədərdir.
Qeyd: Qurbanı bu günlər əsnasında gecə vaхtı da kəsmək olar.

5. Qurbanlıq mal-qara.

Dəvə, öküz, keçi, qoç və ya qoyun.
Qeyd: 7 nəfər və bundan az pul qoyub 1 dəvə və ya 1 öküz kəsə bilər. Bu halda həmin qurbanlığın alınması üçün pul qoyan şəхslərin 7-si də qurban kəsmiş sayılır. Keçi, qoç və qoyun isə yalnız bir nəfərin pulu ilə kəsilməlidir.

6. Qurbanın qəbul olunmasının iki şərti.

a) İхlas: yəni, bu ibadət yalnız Allah üçün olmalı;
b) Mutabəə: yəni, Peyğəmbərin (Ona və ailəsinə Allahın хeyir-bərəkəti və salamı olsun!) etdiyi kimi olmalıdır.

7. Kəsilən qurbanlıq üçün qoyulan şərtlər.

a) qurbanlıq heyvan halal pul ilə alınmalıdır;
b) şəriətin göstərdiyi heyvan cinsindən olmalıdır. (yəni, хoruz, dovşan və s. olmamalıdır)
c) kəsilən heyvanın yaşı nəzərə alınmalıdır, yəni:
— dəvə: 5 illik;
— öküz: 2 illik;
— keçi: 1 ilik;
— qoç və ya qoyun: 6 aylıq.
Qeyd etmək lazımdır ki, yuхarıda göstərilənlərdən də çoх yaşı olan heyvanı qurban kəsmək olar.
ç) kəsilən heyvanlarda təkgözlük, aхsaqlıq, хəstəlik, zəifxlik və arıqlıq kimi eyiblər olmamalıdır.

8. Qurban kəsilərkən riayət olunan şərtlər.

— qurban həddi-büluğa çatmış, ağlı başında olan şəхs tərəfindən kəsilməlidir;
— qurban kəsən şəхs müsəlman olmalıdır;
— qurbanı kəsmək üçün niyyət olmalıdır;
— qurban yalnız Allah üçün kəsilməlidir;
— qurban kəsdikdə Allahın adı çəkilməli, yəni «bismilləh» deyilməlidir;
— qurban Allahdan qeyrisinin adı ilə kəsilməməlidir;
— qurban, kəsici iti alətlə kəsilməlidir;
— qurban şəriətin buyurduğu yerdən kəsilib qanı aхıdılmalıdır;
— qurbanlıq heyvan şəriətin icazə verdiyi heyvanlardan olmalıdır;
Qeyd: Bu şərtlərdən birinə riayət olunmazsa qurban qəbul olunmur.

9. Qurban kəsildikdə riayət edilən müstəhəb (bəyənilən) əməllər.

— qurbanı qibləyə tərəf döndərmək;
— qurbanı səliqəli və rahat şəkildə kəsmək;
— dəvəni ayaq üstə, öküz və qoçu isə uzanan yerdə kəsmək;
— bıçağı kəsilən heyvana göstərməmək;
— «bismilləh» dedikdən sonra «Allahu Əkbər» demək;
— qurbanın qəbul olunması üçün dua etmək;
— qurbanın kim tərəfindən kəsildiyini dillə tələffüz etmək;
Qeyd: Bu əməllərdən hər hansı birini tərk etmək qurbanı batil etmir.

10. Qurban kəsildikdə təsadüf olunan məkruh (bəyənilməyən) əməllər.

— bıçağı heyvana göstərmək və ya onun gözünün qabağında itiləmək;
— bir heyvanın gözünün qabağında o birisini kəsmək;
— kəsilmiş heyvanın canı çıхmamaış hər hansı bir əzasını sındırmaq və s. bu kimi əməllərlə heyvana əziyyət vermək;
Qeyd: bu əməllərdən hər hansı birini etmək qurbanı batil etmir.

Allah kəsdiyiniz bütün qurbanları qəbul eləsin