Məqalələr

Qurban kəsərkən bəyənilən əməllər

QURBANLIĞA DAİR BƏZİ ÖNƏMLİ MƏSƏLƏLƏR!

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

1.Heyvanı sol boynu üstə uzadıb, boğazını qiblə isdiqamətinə tutaraq kəsmək
Dəlil: Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki,Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qurbanını kəsərkən heyvanı qiblə istiqamətinə yönəldib “Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən(Allaha) şərik qoşanlardan deyiləm!” (əl-Ənam, 79) ayəsini oxudu. (Sünən, İbn Macə, Sünən Əbu Davud)

2.Bıçağı kəsilən heyvana göstərməmək və onun gözü qarşısında itiləməmək
Dəlil: Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə bıçaqları heyvanların gözü önündə itiləməyi qadağan etdi. (Sünən, İbn Macə)

3. Bir heyvanın gözü qabağında başqa bir heyvanı kəsməmək

4. Heyvanı kəsdikdən sonra, canı çıxmamiş hər hansı bir əzasını sındırmamaq və bu kimi əməllərlə heyvana əziyyət verməmək 
Dəlil: Şəddad ibn Ovs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbə r (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: “Allah hər şeyə yaxşılıq etməyi vacib etmişdir. Ona görə öldürdüyünüz zaman yaxşı oldürün heyvan kəsdiyiniz zaman yaxşı kəsin, bıçağı yaxşı itiləyib heyvanı rahat edin.” (Səhih, Əl-Muslim)

5. Dəvəni ayaq üstə, öküz və qoçu uzanmış vəziyyətdə kəsmək
Dəlil: “Onları (dəvələri) ayaq ustə durduqları halda, Allahın adını zikir edərək kəsin.” (əl-Həcc,36)

6. Qurbanı kəsərkən kimin adından kəsdiyini dillə tələffuz etmək, yəni “Bismilləh və Allahu Əkbər” Allahım bu qurbanı mənim, ailəm və qurban kəsməyə imkanı olmayan qardaşdarımın adından kəsirəm deyərək kəsmək
Dəlil: Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ilə birlikdə qurban bayramı namazını qıldım, namazı bitirdikdən sonra bir qoç gətirib “Bismilləh və Allahu Əkbər” Allahım bu mənim adımdan və ümmətimdən qurban kəsə bilməyənlərin adındandır-deyərək kəsdi. (Müsnəd, İmam Əhməd bin Hənbəl)

7.Qurbanın qəbul olunması üçün dua etmək
Dəlil: Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərə(Allahın ona salavat və salamı olsun) qurban kəsmək üçün bir qoç gətirdilər, O (Allahın ona salavat və salamı olsun) bıçağı əlinə alıb heyvanı yerə uzatdıqdan sonra Bismilləh, Allahım  bunu Məhəmmədən, Məhəmmədin ailəsindən və Məhəmməd ümməti adından qəbul et deyərək kəsdi.(Səhih, Əl-Muslim)

8.Kəsilən qurbanın 1/3 özünüz üçün, 1/3 dostlarınız üçün, 1/3 –isə kasıb müsəlmanlar üçün ayıra bilərsiniz
Qeyd: Qurban bayramı munasibəti ilə kəsilmiş ətdən və Ramazan bayramı munasibəti ilə çıxarılmış fitrə zəkatıdan qeyri müsəlmana pay vermək olmaz, lakin digər vaxtlarda kəsilən heyvan ətindən və zəkat malindan qeyri müsəlmanlara sədəqə və hədiyyə vermək olar.

9.Kəsdiyiniz qurbanın müəyyən hissəsini mutləq özünüz və ailəniz yeyin
Dəlil: Bu Allahın Quran və Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) Sünnə vastəsi ilə öyrətdiyi əməldir.
Dəlil: “Onlardan (kəsdikləriniz qurbandan ) özünüz də yeyin, sıxıntı içində olan yoxsullara da yedirdin”. (əl-Həcc,23-36)
Dəlil: Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) kəsdiyiniz qurbandan yeyin, başqalarına da yedizdirin və özünüz ailəniz üçün də (qovuraraq) saxlayın deyə buyurmuşdur. (Səhih, Əl-Muslim)

10. Qurban kəsmək niyyətində olan şəxsin Zil-hiccənin ilk on günü girəndən qurbanını kəsənə qədər saçını, saqqalını, bığını və dırnağını kəsməməsi bəyənilən əməldir
Dəlil: Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bu haqda belə  buyurmuşdur: «Sizlərdən hər hansı biriniz qurban kəsmək istəyirsə, Zilhiccə hilalını gördükdən sonra, qurbanını kəsincəyə qədər saçlarını və dırnaqlarını kəsməsin.” ( Səhih, Əl-Muslim)
Qeyd: Bu əməl yalnız qurban kəsəcək şəxsin özünə aiddir, ailə üzvlərinə şamil olunmur.

QURBANLIĞA DAİR BƏZİ ÖNƏMLİ MƏR 

1.    Qurbanlıq heyvan halal pul ilə alınmalıdır.
2.    Dişi qoyunu qurban kəsmək olar, ancaq imkan olduğu təqdirdə qoç kəsmək daha yaxşıdır. Qarnında balası olan heyvanın qurban kəsilməsi icazəli sayılsa da, kəsilməməsi daha yaxşıdır.
3.    Qurban kəsmək istəyən şəxs, özü kəsməyib, başqasını kəsmək üçün vəkil təyin edə bilər.
4.    Qaytarmağa imkanı çatacağı təqdirdə kiminsə borc alıb qurban kəsdirməyi halaldır.
5.    Həddi buluğa çatmamış oğlan və qız uşaqlarının şərtlərinə əməl edə bildikləri təqdirdə qurban kəsmələrinə icazə verilir. Qadınların da qurban kəsməyində heç bir maneə yoxdur.
6.    Qurban ətini satmaq və ya qəssablar tərəfindən kəsilmiş əti qurban əti adı ilə almaq olmaz.
7.    Qurbanlıq heyvanı diri şəkildə satıcı ilə qiymətləşərək almaq olar, və yaxud satıcıdan ətin qiymətini razılaşdırıb heyvanı kəsdikdən sonra tərəzidə çəkdirib qarşılığını ödəyərək  də almaq olar.
8.    Qurbanlıq heyvanın başını, dərisini, qol və ayaqlarını qəssaba zəhmət haqqı kimi vermək və ya satmaq olmaz. Hədiyyə vermək olar.
9.    Qurban kəsilmiş heyvanın yeyilməsi haram olan üzvü yoxdur, sadəcə erkək və dişi heyvanların cinsiyyət üzvləri kəsilərək atılır, qalan üzvləri isə yeyilir. Cinsiyyət üzvlərinin kəsilib atılmasının səbəbi haram olmağı deyil, sadəcə yeyilməməsidir.
10.    Qoçun “ağ ətləri” yeyilir. Bu üzvün yeyilməsinin haram olmasını deyənlərin Quran və Sünnəyə əsaslanan heç bir sübutu yoxdur.
11.    Heyvanın kəsilərək atılmış bəzi hissələrini itlərə yedirtmək olar.
12.    Burulmuş (atxalanmış) heyvanları qurban kəsmək olar.
13.    Qurban kəsən şəxs, qurbanı öz adından, ailəsi, qohumları, qurban
kəsməyə imkanı olmayan qardaşları və hətta ölmüş qohumlarının adından da kəsə bilər.
14.    Qurban kəsən  şəxsin bayram namazını qıldıqdan sonra qurbanı kəsib ondan bir tikə yəyənə qədər heç bir şey yeməməsi bəyənilən əməldir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Ramazan bayramında yemək yemədən evdən çıxmazdı, Qurban bayramında isə, namaz qılıb qurban kəsməmiş yemək yeməzdi. ( Sünən,Ət-Tirmizi)
15.    Bayram namazına gedən şəxsin qüsl alması müstəhəbdir.
16.    Bayram günü ilə Cümə günü eyni günə düşərsə, bayram namazını
camaatla qılan şəxs, cümə namazını qılmaya bilər. Ancaq cümə namazını da qılması daha fəzilətlidir.
17.    Təşqir genləri ( Zilhiccənin 10, 11, 12, 13) xüsusiləşdirərərək nafilə oruc tutmaq haramdır.
18.    Təşriq günlərinin zikri: Allahu Əkbər! Allahu Əkbər! Lə İləhə İlləllah, Allahu Əkbər! Allahu Əkbər! Və Lilləhil Həmd!
Zikrin vaxtı:  Zilhiccə ayının 10 bayram günü, sübh namazından sonra başlayır və Zilhiccə ayının 11, 12, 13 günbatana qədər davam edir.

 

Hazırladı: Feqihcom heyəti 

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha