İbrət al Məqalələr

Quranda qızıl qayda

 “Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun.”(Bəqərə, 216)

Bu ayə Quranda əzəmətli qaydalardan hesab olunur. Bu ayənin insan həyatında böyük təsiri vardır. Bu ayə imanında əsaslarından biri, “qəza və qədərə iman”- dır.    Bu ayəni Quranın başqa surəsi “Nisa” surəsindəki, ayə daha açıq izah edir. “Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.” (Nisa, 19)

Misal olaraq bir insan gözəl miniyi nemət görüb istəyir, ancaq əslində o minik onun üçün xeyir yox, şər ola bilər. O miniyi əldə etsəydi minikdən yıxılıb ömürlük şikəst ola bilərdi. Ona gərə insan, ona xeyir görsəndiyi bir şeyin ona verilmədiyini görəndə üzülməməli, Allahın qəza və qədəri ilə razılaşmalıdır.

Bir çox insanlar vardır ki, xeyir görükləri şeylərə can atmış ancaq ona çatandan sonra onun şər olduğunu görmüşdür. Həmçinin şər bildiyi şeyin sonralar onun üçün xeyir olduğunu görmüşdür.

Ona görə insanın başına müsibət gəldikdə bu ayəni xatırlamalı, Allahın qəza və qədəri ilə razılaşmalıdır.

Allah Təala Quranda bu ayəyə aid bir çox misallar çəkmişdir.

Musa peyğəmbərin anası, onu zənbilə qoyaraq çaya atması. Bir anasın öz övladını zənbilə qoyaraq çaya atması zahirdə şər olan bir əməldir. Ancaq Musanın anası onu çaya atmasaydı təzə doğulan körpələri öldürməyi əmr edən Firon onu da öldürdəcəkdi. Anası onu çaya atmaqla Musanı elə Fironun evində böyüməsinə və ona qayıtmasına səbəb olmuşdur. Allah Təala ona görə buyurur:  “Allah bilir və siz bilmirsiniz.” (Bəqərə, 216)

Quranda və Peyğəmbirimizin (Allahın ona salavat və salamı olsun) sünnəsində buna aid misallar çoxdur.

Rəvayət edilir ki, bir nəfər namaz qılmaq üçün getdiyinə görə təyyarəyə minə bilmir. Buna çox üzülsə də bir müddət sonra həmin təyyarənin partlamağı xəbəri gəldikdə onun şərr bildiyi şeyin əslində onun xeyrinə olduğunu dərk edir və Allaha təyyarəyə gecikdiyinə görə şükr edir.

İnsan bu qaydaya riayət edərsə qəlbi rahat olar. Allaha təvəkkül edib səbəblərdən tutunmalı və ondan sonra Allahdan gələn hər bir şeyə boyun əyməli və Allahın qəza və qədəri ilə razılaşmalıdır.

Xatırlama

Allahın seçdiyi bir  şey sənin seçdiyindən daha xeyirlidir.

Unutma ki, Allahın “Alim” və “Həkim” adları vardır.

Allahın qəza və qədərinə təslim olmaq qəlb rahatlığı gətirir.

Müsibət halında bu ayəni daim xatırla.

Hazırladı: Ramil Soltanov