قال النبي ﷺ : ( إِنْ قَامَتْ عَلَى أَحَدِكُمُ الْقِيَامَةُ ، وَفِي يَدِهِ فَسِيلَةٌ فَلْيَغْرِسْهَا ) .
Peyğəmbər ﷺ deyib : «Əgər sizlərdən birinin əlində bir kiçik xurma ağacı olarsa və onu əkərkən qiyamət üzərinə qoparsa , qoy onu əksin.»
Səhih Ədəb Əl-Mufrad
Bəzi faydalar :
1. Ən çətin şəraitdə belə, kiçik bir xeyir olsada, əməl edib savabını ummaq lazımdır.
2. Səmərə verən, kölgə verən ağac və bitkilərin əkilməsində savab var . İnsanlar və digər canlılar ondan istifadə edəcək.
3. Saleh əməl etməyi, həyatın son anına qədər davam etdirməyin əhəmiyyətli olması.
Hazırladı: Elnur Əliyev