Fiqh Oruc

Qəza orucu ilə Şəvval ayının orucunu niyyətdə cəm etmək olarmı?

Şəvval ayında ən çox soruşulan suallardan biri də budur ki; Ramazan ayında şəri səbəbə görə tutmadığım orucu qəza edərkən həm də şəvval ayının orucuna niyyət edə bilərəmmi?

CAVAB: Şəriətdə əsl budur ki, hər əmələ ayrı-ayrılıqda niyyəti olunur. Ramazan orucunun qəzası fərz, şəvval ayının orucu isə nafilə orucdur. Buna görə bu iki əməl ayrı ayrılıqda olunmalıdır.

Həmçinin şəvval ayı barədə gələn hədisdə Peyğəmbər ﷺ buyurur ki; «Kim ramazan ayının orucunu tutar, və ardınca şəvval ayından altı gün oruc tutarsa o, bütün ili oruc tutmuş kimidir.» [Səhih Muslim] bu hədisə əsasən də bir ilin savabını əldə etmək istəyən kəs ramazanın qəzalarını tamamlamalı və sonra şəvvalı tutmalıdır. Çünki hədisdə buyuruldu ki; «Kim ramazan ayının orucunu tutar, və ardınca şəvval ayından altı gün oruc tutarsa…»

Qeyd: Bu, Şeyx ibn Baz, ibn Useymin (Allah onlara rəhmət etsin) və başqa bir çox alimlərin fətvasıdır.

ALLAH SİZƏ BƏRƏKƏT VERSİN.

Hazırladı: Zubeyr Dinbazov