Məqalələr

Qeyri-müsəlmanlarla mübahisə etməyin ədəbləri

Ramil Soltanov

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Allah buyurur: “İnsanları Rəbbinin yo­luna hik­mətlə, gözəl öyüd-nə­sihətlə də­vət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şüb­həsiz ki, Rəbbin azğınlığa dü­şənləri də, doğru yolda olanları da yaxşı tanı­yır” ən-Nəhl surəsi, 125

Qeyri-müsəlmanlarla mübahisə etməyin tarixi lap qədim vaxtlara gedib çıxır. Uca Allah Quranda bir ilk peyğəmbər olan Nuhdan (Allahın ona salamı olsun) başlayaraq bizə misallar çəkir.

“Onlar dedilər: “Ey Nuh! Sən bi­zimlə mübahisə etdin və mübahisəmizi də çox uzatdın. Əgər doğru danışanlar­dansansa, bizə vəd etdiyin əzabı gətir” Hud surəsi, 32

Nuhdan başqa İbrahim peyğəmbər (Allahın ona salamı olsun) Nəmrud ilə, Musa peyğəmbər (Allahın ona salamı olsun) Firon və başqa peyğəmbərlərin qeyri-müsəlmanlarla münaqişəsini bizə misal çəkir.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) özü də Allah üçün qeyri-müsəlmanlarla mübahisə etmişdir. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) mövlası olan Sövban belə rəvayət edir: “Peyğəmbərin yanında durmuşdum və bu zaman yəhudi alimlərindən bir alim gəlib “Əs-sələmu aleykə ya Muhəmməd” dedi. Bu zaman mən onu elə itələdim ki, az qala yıxıla­caqdı. O: “Məni nə üçün itələyirsən?” dedi. Mən dedim: “Ey Peyğəmbər! deyə bilməzsənmi?” Yəhudi dedi: “Biz yalnız onu ailəsinin qoyduğu adla çağırırıq!” Bu zaman Peyğəmbər dedi: “Həqiqətən ailəmin mənə qoyduğu adım Muhəmməddir.” Yəhudi dedi: “Sənin yanına (səndən bəzi şeyləri) soruşmağa gəldim!” Peyğəmbər dedi: “Əgər sənə danışsam, bir faydası olacaqmı?” Yəhudi dedi: “Qulaqlarımla dinləyirəm!” Peyğəmbər yanındakı bir çubuq ilə yerə xətlər çəkərək: “Soruş!”dedi. Yəhudi dedi: “Yerin başqa yerlə və göylərin dəyişdiriləcəyi gün insanlar harada olacaq? “Peyğəmbər belə dedi: “Qaranlıq içində körpünün (Siratın) yanında olacaqlar.” Yəhudi: “İnsanlardan (körpünü) ilk keçən kim olacaq?” deyə soruşdu. Peyğəmbər belə dedi: “Kasıb mühacirlər.” Yəhudi dedi: “Cənnətə girərkən onların hədiyyəsi nə olacaq?” Peyğəmbər belə dedi: “Balıq ciyərinin (ləzzətli) bir tərəfi!” Yəhudi: “Onun arxasından yeməkləri nə olacaq?” deyə soruşdu. Peyğəmbər belə dedi: “Onlara Cənnətin ətrafında otlayan Cənnət öküzü kəsiləcək!” Yəhudi: “Onun üstünə nə içkilər ola­caq?” dedi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə dedi: “Orada Səlsəbil adı verilən bir çeşmədən (içkilər olacaq)!” Yəhudi dedi: “Doğru söylədin.” (Sonra əlavə edərək) belə dedi: “Mən sənə Yer üzərində yaşayanlardan bir peyğəmbərdən yaxud bir və ya iki adamdan başqa heç kəsin bilmədiyi bir şeyi soruşmağa gəldim!” Peyğəmbər belə dedi: “Əgər sənə danışsam, bir faydası olacaqmı?” Yəhudi: “Qulaqlarımla dinləyirəm!” cavabını verdi və əlavə etdi: “Sənə uşaq haqqında (onun necə meydana gəlməsini) soruşmağa gəldim!” Peyğəmbər belə dedi: “Kişinin məni (sperması) ağ, qadınınkı isə sarıdır. Bunlar birləşdikdə, kişinin sperması qadının spermasına üstün gələrsə Allahın izni ilə oğlan doğular. Qadının sperması kişinin spermasına üstün gələrsə Allahın izni ilə qız doğular!” Yəhudi: “Doğru söylədin, həqiqətən sən Peyğəmbərsən!” dedi, sonra dönüb getdi. Peyğəmbər dedi: “Həqiqətən bu adam mənə soruşacağını soruşdu. Amma mən onun soruşduqla­rından bir şey bilmirdim. Allah-Təala onları mənə bildirdi” Muslim 351.

Ədəblər
1. Münaqişə etdikdə gözəl sözlər işlətmək. Mübahisə etmək dəvət üçün bir vasitə olduğu üçün İslam əxlaqını göstərərək gözəl sözlər işlədib, pis sözlərdən çəkinməlidir. Uca Allah buyurur: “İn­san­lara xoş sözlər deyin” Muslim 351.

Həmçinin Musa və qardaşı Harunu kafir Fironun yanina göndərdikdə belə buyurmuşdur: “Onunla yumşaq danışın” Taha surəsi, 44.

Allah Təala yumşaq davranmağı zamanın ən əfzəli olan Musa və Haruna əmr etmişdir. Yumşaq davranılması tələb olunan insan isə zamanın ən pis insanı olan Firon idi.

2. Mübahisə etdikdə onun şəxsiyyətinə toxunacaq sözlər işlətməmək. Əgər müsəlman qeyri-müsəlmanla mübahisə edərsə onun şəxsiyyətinə toxunacaq sözlər işlətməməlidir. Məsələn: “siz kafirsiniz”, “əbədi cəhənnəmliksiniz”, “malınız qanınız halaldır” və s.

3. Əgər qeyri-müsəlman xoşa gəlməz sözlər işlədərsə səbr etmək. Qeyri-müsəlman xoşa gəlməz kəlimələr işlətdikdə onun cavabını vermək caizdir.

Uca Allah buyurur: “Günahkarı cəzalan­dır­maq istəsə­niz, sizə nə cəza ve­rilibsə, siz də ona ey­nilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyir­lidir” [1] Taha surəsi, 44

Ancaq dəvət xatirinə səbr etmək, onun pis rəftarı qarşısında gözəl rəftar etmək daha əzfəldir. Uca Allah buyurur: “Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri si­fətləri daha yaxşı bilirik”. əl-Muminun surəsi, 96

Başqa bir ayədə buyurur: “Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir”. Ali İmran 186

Bu cür yerdə səbr etmək ən əzəmətli səbrlərdən biridir. Bu cür mövqelərdə səbr edən kəs üçün bu həm bu dünyada, həm də axirətdə faydalıdır. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, yəhudilərdən (bəziləri) Peyğəm­bərin (Allahın ona salavat və salamı olsun) yanına gəlib (ona): “Əssamu aleykə (sənə ölüm olsun)!”– dedilər. Mən də onlara lənət oxudum. Peyğəmbər: “Sənə nə olub?”– dedi. Dedim: “Məgər sən onların nə dediyini eşitmədinmi?” O dedi: “Bəs sən mənim onlara: “və aleykum (sizə olsun)!”– dediyimi eşitmədinmi?” Buxari 640

Həmçinin qeyri-müsəlman bizim uca tutduğumuz şeyi alçaldarsa müsəlman yenə bunu təmkinlə qarşılamalı, gözəl sözlərlə cavabını verməlidir. Məsələn: Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) adını ucaltmadan adi insanın adı kimi çəkməsi və s. Bu cür şeylər Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) zamanında da baş verirdi və Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bunu təmkinlə qarşılayıb, gözəl tərzdə cavabını verirdi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) özü də Allah üçün qeyri-müsəlmanlarla mübahisə etmişdir.

4. Elmli olmaq. Qeyri müsəlmanlarla mübahisə edən zaman elm olmadıqda çoxlu fəsadlara gətirib çıxarır. Elm olmadıqda qeyri-müsəlmanlar haqqın məhz onlar tərəfdə olduğunu yəqinləşdirəcəklər və haqqa gəlməkdən daha da uzaqlaşacaqlar. Uca Allah elimsiz münaqişə edənləri qınayaraq buyurur: “Bəs nə üçün bilmə­diyiniz şeylər barə­sində höcətlə­şirsiniz?” Ali İmran, 66

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Müəllif: Ramil Soltanov