Əxlaq Məqalələr

Qəlbdə iki ordunun qarşılaşması

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Qəlb — bütün orqanların mərkəzi icraçı nöqtəsidir. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurur:

«Həqiqətən bədəndə bir ət parçası vardır ki, həmin ət parçası sağlam olsa bütün bədən sağlam olar, yox əgər xarab olsa, bütün bədən xarab olar, həqiqətən bu qəlbdir..» (Buxari (52) və Muslim(1599))

Bu səbəblə də qəlb, insan bədənində ən çox qorunmalı və ən çox islah edilməli hissədir. Yaxşı, bəs sənin qəlbində vəziyyət necədir? Qəlbində iman’ hakim tuta bilirsənmi?..

Kafirlərin padşahı ordusuyla birlikdə qəlbə doğru yönəldi… Gördü ki, qəlb — qalasının içərisində, məmləkətinin taxtına oturmuş vəziyyətdədir.. Qəlb öz adamlarına nə deyirdisə, (onu) dərhal icra edirdilər.. Əsgərləri, ətrafında onun üçün döyüşür, yanına kimsənin girə bilməməsi üçün mübarizə edirdilər..

Padşah, qəlbin bəzi məmurlarını və digər adamlarını ixtişaşlarla ələ keçirmədikcə, hücum etməsinin qeyri-mümkün olduğunu başa düşdü.. Qəlbin ən etibarlı əsgərinin və ən yaxın adamının kim olduğun soruşdu..

‘O — NƏFS`dir’ — dedilər..

Padşah öz adamlarına bu əmri verdi:

« — Ona (qəlbə) İSTƏKARZU qapısından yanaşın.. Nələri çox sevdiyini, nələrdən ləzzət aldığını öyrənin.. Sonra, onları ona bir-bir ona (qəlbə) xatırladın.. (ki,) onlara (qarşı) iştahı artsın, YUXUSUNDAOYAQ OLDUĞU HALDA bunlarla məst olaraq, özünü itirsin.. Onlarla rahatlaşıb, təskinlik tapdıqca və özünü itirdikcə, üzərinə ŞƏHVƏT TOR`unu və qarmaqlarını atıb, özünüzə tərəf çəkin..

Əgər vəziyyət qəlb`in əleyhinə dönərsə və sizə təslim olarsa, o zaman göz, qulaq, dil, ağız, əl və ayaq kimi bədən üzvlərini ələ keçirmiş olarsınız.. Bu bədən üzvlərini/orqanları tamamilə oyaq və diqqətli bir halda müşahidə edin… Qəlb`ə o orqanlardan daxil olsanız, onu ya ÖLÜ, ya ƏSİR ya da, AĞIR BİR ŞƏKİLDƏ YARALANMIŞ olaraq ələ keçirə bilərsiniz..»

Ey insanlar! Bu orqanları boş buraxmayın! Heç bir qüvvənin qəlbə girib, sizi oradan çıxarmasına icazə verməyin.. O qüvvələri ələ keçirsəniz, qəlbə çata bilməmələri üçün onları çox yaxşı bir şəkildə zəiflətməyə, gücsüz bir hala salmağa çalışın.. Qəlb`ə çatsa belə, zəifləmiş və (özünə) fayda verməyəcək bir halda çatsın..

Şəhr İbn Həuşəb deyir ki: «Ummu Sələmədən (Allah ondan razı olsun) soruşdum:

— Ey möminlərin anası! Allah Elçisi (Allahın ona salavat və salamı olsun) sənin yanında olduqda ən çox hansı duanı edərdi? O dedi:

— Onun ən çox etdiyi dua: «Yəə Muqallibəl-Qulüüb, Səbbit Qalbi alə Diinik» (Ey qəlbləri çevirən! Qəlbimi dininin üzərində sabit et!). Mən ondan:

— Ey Allahın Elçisi! Nəyə görə ən çox bu duanı edirsən? — deyə soruşdum.

O buyurdu: «Ey Ummu Sələmə! Elə bir Adəm oğlu yoxdur ki, onun qəlbi Allahın barmaqlarından iki barmağı arasında olmasın.. O, istədiyini düz saxlayır, istədiyini də döndərir..» Sonra o, bu ayəni oxudu: «Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma!..» (Əli-İmran 8) .» (Tirmizi 2140, İbn Hibban 943, əl-Albani səhih demişdir).

Bu yazıda dahi alim İbn əl-Qayyim’in «əd-Də va’d-Dəva» adlı kitabından geniş şəkildə istifadə olunmuşdur.

Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment