Video dərslər

Qəlb xəstəlikləri, həsəd, nəmmamlıq

Muxtar Ağakişiyev

Ləzgi Məscidində söylənilmiş cümə xütbəsi (15.06.2012)

Qəlb xəstəliyi, qəlbdə törəyən nasazlığın bir növüdür. Bu pozuntu qəlbin təsəvvür və iradəsini korlayır. Qəlb artıq onu çulğamış şübhələri təsəvvürünə gətirir, o elə bir vəziyyətə düşür ki, daha haqqı görə bilmir və yaxud onu görsə də onun əsl halının əksini görməyə başlayır.

Allah təala əl-Bəqərə surəsində münafiqlər barəsində belə buyurur: «Onların qəlbində xəstəlik vardır və Allah da onların xəstəliyini atrırmışdır». (əl-Bəqərə, 10)

Əl-Həcc surəsində buyurur: “Belə edər ki, şeytanın gizli təlqini, qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bir sınaq vasitəsinə çevirsin” (əl-Həcc, 53)