Aktual Müxtəlif Oruc Ramazan ayı

Qədr Gecəsinin Əlamətləri

Qədr gecəsini başqa gecələrdən fərqləndirən zahiri əlamətlər varmı?

Ubadə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Muhəmməd (Allahın ona salavat və salamı olsun) Qədr Gecəsinin əlamətlərini belə bildirmişdir: “Gecənin təmiz və işıqlı olması, ayın parıldaması əlamətlərdəndir. Həmin gecə sakit, nə isti nə də soyuq olur, ulduz sürüşməsiniə səhər açılıncayadək icazə verilmir. Bu gecənin əlamətlərindən biri də  günəşin düz, şüasız, sanki bütöv ay kimi doğmasıdır, şeytanlara isə onunla birlikdə çıxmaq qadağandır.

Qədr gecəsini ondakı əlamətlərə görə təyin etmək mümkündür. Bu əlamətlərdən aşağıdakılardır:

  1. İşıqlı gecə (və ya bu gecədəki nur). Günümüzdə yaşayış ərazilərindəki işıqlandırma sistemləri səbəbi ilə bu əlamət yalnız insanların az yaşadığı səhra və düzənlik ərazilərdə daha aydın müşahidə oluna bilər.

 

  1. Sükunət. Bu o deməkdir ki, möminlərin qəlbində digər gecələrdə olmayan, izahı çətin olan bir sakitlik, sevinc hökm sürəcəkdir.

 

  1. Bəzi alimlər bu gecə hava şəraitinin xəfif, mülayim olduğunu söyləyirlər.

 

  1. Səhabələrə göstərdiyi kimi Uca Allah dilədiyi insanlara yuxuda məhz həmin gecənin Qədr gecəsi olduğunu göstərəcəkdir.

 

  1. İnsanlar həmin gecədəki ibadətlərindən digər gecələrdən daha çox ləzzət alacaq, onları yerinə yetirməkdə özlərini daha aktiv hiss edəcəklər.

 

  1. Gecə sona yetdikdə günəş çox parlaq olmadan, şəfəqsiz doğulacaqdır.

Şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir: “Həmin gecə itlərin hürməməsi yaxud nadir hallarda hürməsinə gəldikdə isə, bu haqda səhih heç bir şey yoxdur”.Şərh əl-Mumti

Müəllif-Feqih.com heyəti