Ramazan ayı

Qədr gecəsinin 27 ci gecə olmasına dəlillər

1. Zirr ibn Hubeyş Ubey ibn Kəbin (Allah hər ikisindən razı olsun) belə dediyini rəvayət etmişdir:
«Tək olan Allaha and olsun ki, mən bilirəm Qədr gecəsi hansı gecədir. Qədr gecəsi o gecədir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə o gecəni ibadətdə keçirməyi əmr etmişdir. O gecə iyrimi yeddinci gecədir. O gecənin səhəri günəş şüasız doğar».
(Səhih Muslim, 762).

2. Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib belə dedi:
— Ey Allahın Rəsulu! Mən yaşlı və xəstə bir kişiyəm. Davamlı gecə namazı qılmaq mənə ağır gəlir. Sən mənə bir gecəni ibadətdə keçirməyi əmr elə, ola bilsin Allah məni qədr gecəsinə müvəffəq edər.
Rasulullah(Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:
«İyirmi yeddinci gecəni ibadətdə keçir».
(Müsnəd Əhməd, 2149, Əhməd Şakir səhih olduğunu deyib)

3. İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir :
«Qədr gecəsini axtaran onu iyrimi yeddinci gecədə axtarsın».
Başqa bir rivayətdə buyurmuşdur:
«Onu iyrimi yeddinci gecədə axtarın»
(Müsnəd Əhməd, 4808, hədis səhihdir)

4. Muaviyə ibn Əbu Sufyan (Allah hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir:
«Qədr gecəsi iyrimi yeddinci gecədir».
(Sünən Əbu Davud, 1386, Albani səhih deyib).

5. İmam Nəvəvi (Allah ona rəhmət etsin) demişdir:
«Qədr gecəsinin iyrimi yeddinci gecə olduğunu: Ömər, Huzeyfə İbn Yəmən, Ubeyy ibn Kəb, Zirr ibn Hubeyş, Abdə İbn Əbu Lubəbə (Allah həmısından razı olsun) və digər səhbələr deyiblər və o gecənin iyrimi yeddinci gecə olduğundan şəkk etməyiblər».
(Şərh Sahih Muslim)

6. Şeyx Albani(Allah ona rəhmət etsin) Sünən Əbu Davudda (1247) demişdir:
«Əksər hədislərə və racih olan görüşə görə Qədr gecəsi iyrimi yeddinci gecədir».

7. Şeyx Səd Xaslən (Allah onu qorusun) demişdir:
«Daha doğru olan görüş odur ki, Qədr gecəsi bütün illərdə sabitdir, dəyişmir çünki o gecənin şərəfi onda Quranın nazil olmasıdır. Quranın da bir gecədə nazil olub dəyişməməsi Qədr gecəsinin hər il bir gecədə olması ilə ziddiyyət təşkil edir.
Əgər Qədr gecəsi dəyişən gecə olsaydı Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) həmin gecəni ümmətinə xəbər vermək istəməzdi. Sonra iki müsəlmanın davasına görə unutdurludu.
Qədr gecəsinin dəyişməyən gecə olması səhabələrdən nəql olanla da sabitdir. Belə ki, onlardan kimsə o gecənin hər il dəyişdiyini deməyib. Onun dəyişdiyini yalnız sonradan gələn alimlər deyiblər».

8. Şeyx Xalid Huveysin (Allah onu qorusun) demişdir:
«Qədr gecəsi iyrimi yeddinci gecədir, dəyişmir və bu haqda səhih hədislər var.
Mən iyrimi ildən artıq bir zaman izləmişəm və onun iyrimi yeddinci gecə olduğunu görmüşəm.
Həmin gecənin iyrimi yeddinci gecə olduğu haqda Munziri və Qurtubi müstəqil başlıq zikr ediblər.
İmam Əhməd və İshaq ibn Rahavey də iyrimi yeddinci gecə olduğunu deyiblər»

 

Hazırladı: Emin Hacıyev