Dua və zikrlər

Qəbr əzabından qorunma

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

Qəbr əzabından qorunma

  • İslamın ərkanlarına əməl etmək, Quran oxumaq və əməlisaleh olmaq

Abu Hureyradan (Allah ona rəhmət etsin) rəvayət olunurki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Həqiqətən cənazəni torpaqa basdırdıqdan sonra, o onu tərk edib gedən insanların ayaq səslərini eşidəcəkdir. Əgər o mömin olubsa, onun namazı onun başı üzərində yerləşəcək, onun orucu ondan sağda yerləçəcək, zəkatı onun sol tərəfində yerləşəcək, və onun sədəqə, nafilə namazı, xeyrxahlıqı və insanlarla gözəl rəftar etmə kimi saleh əməlləri onun ayaq tərəfində yerləşəcək. Mələklər onun baş tərəfindən yaxınlaşmaq istədikdə, namaz deyəcək: “Mənin tərəfimdən yol yoxdur!” Sonra onlar sağ tərəfdən yaxınlaşmaq istədikdə, oruc deyəcək: “Mənin tərəfimdən yol yoxdur!” Sonra onlar sol tərəfdən yaxınlaşmaq istədikdə, zəkat deyəcək: “Mənin tərəfimdən yol yoxdur!” Nəhayət onlar ayaq hissəsindən yaxınlaşmaq istədikdə, saleh əməllər deyəcək: “Mənin tərəfimdən yol yoxdur!” Başqa bir rəvayətdə deyilir: “Mələklər onun baş tərəfindən yaxınlaşmaq istədikdə, oxuduqu Quran onu qoruyacaq. Onun əl tərəfindən yaxınlaşmaq istədikdə, sədəqə onu qoruyacaq. Onun ayaq hissəsindən yaxınlaşmaq istədikdə, onun məscidə gedən qədəmləri onu qoruyacaq”. İbn Hibban, 3103; əl-Hakim, 1/379; at-Tabarani. Bu hədisin səhihliyini əl-Bəyhəqi, əz-Zəhəbi və əl-Albani kimi imamlar təsdiq etmişlər. Bax “Səhihu-ttarğib”, 3560-61.

  • Döyüş meydanında ölüm

Əl-Miqdam ibn Mə‘dikaribdən (Allah ona rəhmət etsin) rəvayət olunurki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Allah şəhidə (səkkiz şey) vermişdir: ona onun axan birinci damla qanıilə günahları bağışlanar, ona onu cənnətdəki yeri görsədilər, o iman zinətiilə zinətlənər, o yetmiş iki cənnət hurisiylə evləndirilər, o qəbr əzabından qorunar, Qiyamət gününün dəhşətindən (qorxusundan) azad olunar, onun başına şərəf tacı taxılar, və həmin tacın bir qaşı bu dünya və onun içində olandan daha xeyrlidir, ona yetmiş qohumu üçün şəfaət etmək hüququ veriləcəkdir”. Əhməd 4/131; Səid ibn Mənsur, 2562. Şeyx əl-Albani bu hədisin səhih olduqunu bildirmişdir. Bax “Silsilə əs-Sahiha”, 3213.

  • Allah yolunda keşikdə durmaq (ər-ribat)

Fadalə bin ‘Ubeyd (Allah ona rəhmət etsin) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Allah yolunda keşikdə duran istisna olmaqla, vəfat etmiş hər kəsin əməlləri dayandırılır, belə ki həqiqətən onun əməlləri Qiyamət gününə qədər artacaqdır, o özü isə qəbr fitnəsindən azad ediləcəkdir”. Abu Davud, 2500; ət-Tirmizi, 1621; Əhməd, 6/20; əl-Hakim, 2/144. İmam Abu İsa ət-Tirmizi və şeyx əl-Albani hədisin səhih olduqunu təsdiqləmişlər.

  • Mülk surəsinin oxunuşu

İbn Məs‘ud (Allah ona rəhmət etsin) rəvayət edirki peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Mülk surəsi qəbr əzabindan qoruyandır”. Abu aş-Şeyx, Əbu Nu‘aym, İbn Mardaueyh. Hədis səhihdir. Bax “Sahih əl-cəmi”. 3643.
Abu Hureyradan (Allah ona rəhmət etsin) rəvayət olunurki peyğəmbər (Allahın ona salavat və salamı olsun) Mülk surəsi haqqında demişdir: “Quranda otuz ayədən ibarət bir surə vardır ki, o (Qiyamət günü) insan üçün günahları bağışlanana qədər şəfaətçı olacaqdır. Bu “Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır…” (surəsidir)”. Abu Davud, 1400; ət-Tirmizi, İbn Məcə, 3786. İmam Abu İsa ət-Tirmizi, şeyxulislam İbn Teymiyya və şeyx əl-Albani hədisin səhih olduqunu təsdiqləmişlər.

  • Sədəqə

Ukbə ibn ‘Amir (Allah ona rəhmət etsin) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Həqiqətən sədəqə, sahibinin qəbrinin istisini söndürür və həqiqətən Qiyamət günü mömin verdiyi sədəqənin kölgəsi altında olacaqdır”. At-Tabarani “əl-Kəbir”-də. Hədis səhihdir. Bax “əs-Silsilə əs-Səhih”, 3484.

  • Sidikdən təmizlənmə

Abu Hureyra (Allah ona rəhmət etsin) rəvayət edirki peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Qəbrdə əzaba düçar olan insanların çoxuna sidiyə görə əzab verilir”. Əhməd, 2/389; İbn Məcə, 348; ad-Daraqutni, 1/128. İmam ad-Daraqutni, imam əl-Buxari, İbn Huzeyma, əl-Hakim, əz-Zəhəbi, hafiz əl-Asbahani, İbn əl-Mulaqin, hafiz əl-Busayri və şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir.
*Bu hədisdə sidiyə çıxdıqdan sonra təmizliyə səhlənkarcasına yanaşan insanlardan söhbət gedir.

  • Dedi-qodudan uzaqlaşmaq

İbn Abbas (Allah ona rəhmət etsin) rəvayət edirki: “Bir gün peyğəmbər (Allahın ona salavat və salamı olsun) iki qəbrin yanından keçərkən dedi: “Həqiqətən onlara əzab verilir və etdikləri böyük günah da deyil, lakin onların hər birinin etdiyi ağır günahdır: onlardan biri söz gəzdirər, digəri isə öz sidiyindən qorunmazdı”. əl-Buxari, 1378; Muslim, 292.

  • Qarın xəstəliyindən ölüm

Abdullah ibn Yasir (Allah ona rəhmət etsin) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Qarın xəstəliyi səbəbindən vəfat edən kimsə qəbr əzabından azad olacaq”. ət-Tirmizi, 1076, an-Nəsai, 2052. İmam ət-Tirmizi və şeyx əl-Albani hədisin səhih olduqunu təsdiqləmişlər.

  • Cümə gününün axşamı və ya gündüzü baş verən ölüm

Amr ibn əl-‘As (Allah ona rəhmət etsin) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cümə gününün gündüzü və ya axşamı vəfat etmiş müsəlmanı, Allah mütləq qəbr əzabından azad edəcək”. Əhməd, 6582; ət-Tirmizi, 1084; əl-Fəsaui, 2\520. Bu hədis bir neçə isnadla rəvayət olunduquna görə, hafis as-Suyutı, şeyx əl-Albani və əl-Mübarəkfuri bu hədisin həsən olduqunu bildirmişlər.

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha