Məqalələr Qadınlar üçün

Qadınlarla əlaqəli mühüm suallara cavab

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

[toggle title=»1. Dəstəmazda qadının başına məsh etməsi kişinin məsh etməsi kimidirmi?»]Sual: Qadına, kişilərdə olduğu kimi, dəstəmaz zamanı başına məsh edərkən, başının əvvəlindən başlayıb, arxasına kimi məsh etmək, sonra da yenidən ön tərəfə qayıtmaq sünnədirmi?

Cavab: Bəli. Çünki şəriət hökmlərində xüsusi dəlil gəlmədikcə kişilərin boynuna düşən haqq, qadına , qadının boynuna düşən isə kişiyə aiddir. Və bu məsələdə yalnız qadına xas olan hər hansı dəlil bilmirəm. Buna görə də başının önündən başlayıb sonuna qədər məsh edir və əgər saçı uzun olasa belə, bu heç nəyi dəyişmir. Çünki məsh etmək saçı yaş etmək və saçın ucuna qədər çatmaq yox, ehmalca sığal çəkməkdir.

(Şeyx İbnu Useymin, «Fətvalar toplusu və məktublar»)[/toggle] [toggle title=»2. Qadının yığılmış saç üzərinə məsh etməyinin hökmü»] Şeyx Muhəmməd ibn Salih əl-Useymindən (Allah ona rəhmət etsin) bu barədə soruşulub:

Cavab: Cavab: Qadına istər saçı açılmış halda, istərsə yığılmış halda məsh etməsi icazəlidir. Lakin əsas odur ki, saçını yığaraq başının üzərində saxlamasın . Çünki qorxuram ki, Rasulullahın (Allahın salamı onun üzərinə olsun) bu hədisinə daxil olmuş olsun: “ …Geyinmiş çılpaq qadınlar, başları dəvə hörgücünə bənzəyər, onlar cənnətə girməz , hətta iyini belə hiss etməzlər…”

(İbnu Useymin, «Fətvalar toplusu və məktublar» 152/4)[/toggle] [toggle title=»3. Qadına baş örtüsünün üzərinə məsh etmək icazəlidirmi?»] Şeyx Muhəmməd ibn Salih əl-Useymindən (Allah ona rəhmət etsin) bu barədə soruşulub:

Cavab: Cavabı: İmam Əhmədin məzhəbinə görə, əgər baş örtüsü boğazının altından çox dolanıbsa (açılması əziyyətdirsə), məsh etməsi icazəlidir. Çünki səhabə qadınlardan (Allah onlardan razı olsun) bəzilərinin belə etdiyi varid olmuşdur.
Bütün hallarda əgər əziyyət , çətinlik varsa, məsələn, hava çox soyuqdursa və ya qadının açıb-bağlaması çətindirsə, bu zaman baş örtüsünün üzərinə məsh etməyində problem yoxdur. Lakin belə etməməyi daha yaxşıdır.

(İbnu Useymin, «Fətvalar toplusu və məktublar» 171/4)[/toggle] [toggle title=»4. Saç kremindən, dodaq boyasından istifadə etmək dəstəmazı pozurmu?»] Şeyx Muhəmməd ibn Salih əl-Useymindən (Allah ona rəhmət etsin) bu barədə soruşulub:

Cavab: Cavab: Qadının krem və digər kosmetik vasitələrdən istifadə etməsi dəstəmazı pozmur. Həmçinin, orucu da pozmur. Dodaq boyası da dəstəmazı və orucu batil etmir. Lakin oruclu ikən ağıza getmə ehtimalı ola bildiyindən istifadə olunmur.

(Şeyx İbnu Useymin, «Fətvalar toplusu və məktublar» 4/200, 201)[/toggle] [toggle title=»5. Qadına toxunmaq dəstəmazı pozurmu?»] Şeyx Muhəmməd ibn Salih əl-Useymindən (Allah ona rəhmət etsin) bu barədə soruşulub:

Cavab: Cavab: Səhih olan odur ki, qadına toxunmaq bir şey axmayana qədər mütləq olaraq dəstəmazı pozmur. Buna dəlil isə Rasulullahdan (Allahın salamı və xeyir duası onun üzərinə olsun) varid olan səhih rəvayətlərdir. Belə ki, o zövcələrini öpər, sonra isə dəstəmaz almadan namaza çıxardı. Buna görə də, əsas olan, səhih , aydın dəlil gətirilənə qədər dəstəmazın pozulmamasıdır. Çünki insanın təharəti şəri dəlil ilə tamamlanmışsa, pozulub-pozulmadığı da şəri dəlillə aydın olur.

Əgər deyilsə ki, Allah Subhanəhu və Təalə Quranda buyurur ki,

أَوْ لَامَسْتُمُ النِّسَاءَ

«…qadınlara toxunmuş olduqda…(təyəmmum edin)» (ən-Nisə 43), (əl-Maidə 6)

Cavab: Ayətdə keçən “toxunmaq” sözü , İbn-i Abbasdan (Allah ondan razı olsun) səhih isnadla rəvayət olunduğuna əsasən cinsi əlaqədə olmaq mənasındadır. Təharət bu ayədən anlaşıldığı üzrə qisimlərə bölünür: Əsas, əvəz və böyük, kiçik təharət.

Təharətin böyük və kiçik növlərinə ayrılmasının dəlili

Allahu Təalə buyurur: «Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı (yuyun).
Bu su ilə alınan əsas, kiçik təharətə dəlildir. (Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin.» (əl-Maidə 6) – Bu su ilə alınan əsas, böyük təharətə dəlildir.

Sonra isə Allah subhanəhu ayəni belə davam edir: «Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin.» (əl-Maidə 6)

Ayədə keçən “فَتَيَمَّمُو” «təyəmmüm edin» kəliməsi — isə əvəz olan təharətə dəlildir.

أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ «yaxud sizlərdən biri ayaq yolundan gəlibsə» hissəsi — əvəz olan kiçik təharətin,

أَوْ لَامَسْتُمُ النِّسَاءَ «və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa)» isə — əvəz olan böyük təharətin mövcudluğunun bəyanıdır.

Əgər “toxunmaq” kəliməsi əl vurmaq mənasına gəlsəydi, o zaman ayətdə kiçik təharətin iki səbəbinin açıqlandığı məlum olardı (trc: yəni ayaq yoluna getmək və qadına əl vurmaq) bu isə Quranın bəlağətinə zidd olmuş olur. Deməli, “toxunmaq” qadınla cinsi yaxınlıqda olmaq mənasına gəlir. Bununla da Allahu Təalə təharətin iki-kiçik və böyük səbəblərini zikr edir.

(Əsas olan) Kiçik təharətdə bədənin dörd üzvü, (əsas olan) böyük təharətdə bütün bədən yuyulur. Əvəz olanda isə (trc: təyəmmümdə) böyük və kiçik təharət eyni cür alınır. İki üzv iştirak edir.
Buna görə də ən üstün rəy odur ki, qadına toxunmaq istər şəhvətlə olsun, istərsə də şəhvətsiz mütləq olaraq dəstəmazı pozmur. Ta ki, dəstəmazı pozan bir şey xaric olana qədər. Qadından və ya kişidən məni (sperma) xaric olarsa qusl almalı, məzi xaric olsa isə, dəstəmaz almalıdır (trc: heç nə xaric olmayıbsa dəstəmaz pozulmayıb).

(Şeyx İbnu Useymin, «Fətvalar toplusu və məktublar» 4/201, 202)[/toggle] [toggle title=»6. Qadın dəstəmazlı halda övladının altını dəyişərsə, dəstəmazı pozulurmu?»] Şeyx Muhəmməd ibn Salih əl-Useymindən (Allah ona rəhmət etsin) bu barədə soruşulub:

Cavab: Qadının qız və ya oğlan övladının altını dəyişdikdə, yenidən dəstəmaz alması vacib deyil, əlini yumaqla kifayətlənir. Çünki şəhvətsiz halda övrətə əl vurmaq dəstəmazı batil etmir. Və məlumdur ki, qadın övladını yuyarkən onun övrətinə dəysə belə şəhvət hissi keçirməz. Əlini nəcisdən təmizləyir, yenidən dəstəmaz almasına ehtiyac yoxdur.

(Şeyx İbnu Useymin, «Fətvalar toplusu və məktublar» 4/203)

Şeyx Muhəmməd ibn Salih əl-Useymindən (Allah ona rəhmət etsin) bu barədə soruşulub:

Cavab: Kim başqasının övrətinə şəhvətlə toxunarsa, dəstəmazı pozular. Şəhvətsiz toxunmaq haqda alimlər ixtilaf ediblər. Ən üstün bilinən rəyə əsasən, uşağı təmizləmək mədsədi ilə övrətinə toxunmaq dəstəmazı pozmur. Çünki bu hal xoşagəlməzdir və şəhvət hissi yaratmır. Bununla dəstəmazın pozulması çətinlik və narahatçılıqdır. Əgər dəstəmazı batil etsə idi, səhabələr və onlardan sonra gələnlər arasında məşhur olardı.

(Şeyx Abdullah bin Abdurrahmən əl-Cibrin, «Qadınlar üçün fətvalar» səh.18)[/toggle] [toggle title=»7. Saçı kəsmək, dırnaqları tutmaq, bədəndəki tükləri təmizləmək «] Saçı kəsmək, dırnaqları tutmaq və ya bədəndəki tükləri təmizləmək dəstəmazı pozurmu?

Cavab: Xeyir, bunların heç biri dəstəmazı pozmur. Amma eyni zamanda qeyd etmək istəyərdim ki, tüklər üç qismə ayrılır:

1-cisi, şəriətin təmizlənməsini əmr etdiyi tüklər. Cinsiyyət üzvlərindəki tüklər, qoltuq nahiyəsindəkilər və bığ bu qismə aiddi.

2-cisi, şəriətin təmizlənməsini nəhy etdiyi tüklər. Saqqalı — Rasulullah (Allahın salavat və salamı ona olsun) buyurub: “Saqqalları uzadın…” , eləcədə qaş almaq bu qismdəndi.

3-cüsü, şəriətin susduğu, münasibət bildirmədiyi tüklər. Şaç, ayaq, qol və s. nahiyələrdə olan tüklər.

Şəriətin susması ilə bu barədə alimlər arasında ixtilaf yaranıb. Bəziləri bunu haram görüb və deyiblər ki, bu Allahın yaratdığını dəyişmək sayılır. Allahın yaratdığını dəyişmək isə şeytanın işlərindəndir:

وَلَآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللَّهِ

«Onlara Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!» (ən-Nisə 119)

Bəziləri isə bunun mübah (trc:edilməsində və ya tərk olunmasında dini cəhətdən bir problem yoxdur) olduğu fikrindədir. Çünki şəriət əmr olunması lazım olanı əmr edib, qadağan olunması lazım olanı da qadağan edib. Heç bir münasibət bildirmədiyi məsələlər isə deməli nə əmrə , nə də qadağaya aid deyil. Yoxsa buna dair dəlil varid olardı.Heç nə varid olmayibsa, deməli mübahdır.

Təmizlənməsi əmr olunan tüklər ən gec 40 gün müddətində təmizlənməlidir. Ənəs ibn-u Malik (Allah ondan razı olsun) buyurub: «Rasulullah (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) bığları qısaltmağı, dırnaq kəsməyi, qoltuq altını və cinsiyyət üzvlərini təmizləməyi qırx gündən artıq uzatmamağı təyin edib.» (Muslim, Tahərah: 17; Nəsəi, Tahərah: 27)

Lakin bəzi insanlar, Şəriətə müxalif olmasına baxmayaraq, dırnaqlarının mütləq olaraq uzun olmasını istəyirlər və ya tək çeçələ barmaqlarında daimi uzun dırnaq saxlayırlar. Rasulullah (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) hədisində buyurur: “Allahın adı ilə kəsiləni dişi və dırnağı istisna olmaqla yeyin, çünki diş sümükdür, dırnaq isə Həbəşlilərin kəsmə alətidir.” Həbəşlilər dırnaqlarını süngü (trc:tüfəngin başına taxılan balaca qılınc) kimi olana qədər uzadırdılar. Sonra isə, məsələn, dovşanı tutduqda, onu bu dırnaqla deşirdilər, yəni bıçaq əvəzi istifadə edirdilər.

Buna görə də , özlərini təmiz kimi təqdim edən, lakin dırnaqlarının və ya övrət yerlərindəki, qoltuk altındakı tüklərinin uzun olmasını xoşlayanların halına təəccüb edirəm. Özlərini mədəniyyətli, irəli getmiş, səliqəli adlandırsalar da, dediklərinə bənzəmirlər.

(Şeyx İbnu Useymin, «Fətvalar toplusu və məktublar» 4/205-207)[/toggle] [toggle title=»8. Qadın saçını saç boyası ilə boyayıb dəstəmaz alarsa»]Sual: Qadın saçını saç boyası ilə rəngləyərsə, başına məsh çəkdikdə dəstəmazı səhih sayılırmı?

Cavab: Suala cavab verməmişdən əvvəl Allahın bu ayəsini xatırladıram:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ

«Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dir-səklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı (yuyun).» (əl-Maidə 6)

Bu əzaları yumaq və məsh etmək üçün suyun bilavasitə təmasına maneə yaradan hər bir şeyi aradan qaldırmaq lazımdır. Əks təqdirdə yuyulmuş və məsh edilmiş sayılmır. Buna əsaslanaraq deyirəm ki, əgər dəstəmaz zamanı yuyulması lazım olan üzvləri örtən boya sərt təbəqə yaradarsa, dəstəmaz almamışdan əvvəl onu aradan qaldırmaq lazımdır. Çünki əks təqdirdə su bədənə çatmır. Və bu səbəblə də dəstəmaz sayılmır. Amma əgər boya təbəqə yaratmırsa və onun təkcə əsəri dəstəmaz zamanı yuyulan üzvün üzərində qalırsa, bu problem sayılmır. Lakin istənilə halda təbəqə yaratmayan boyaların üstündən dəstəmaz və ya qüsl aldıqda əl ilə təkidlə sürtmək lazımdır. Çünki adətən onlar belə, asanlıqla islanmırlar.

(Şeyx İbnu Useymin, «Fətvalar toplusu və məktublar» 4/147)[/toggle] [toggle title=»9. Qüslsuz içərisində Quran ayələri olan kitaba toxunmaq»]Sual: Cənabət və heyz halında olanın içində Quran ayələri olan kitaba və ya jurnala toxunması haramdırmı?

Cavab: Xeyr. Nə cünüb, nə heyz, nə də başqa bir səbəblə qüslü pozulana içində Quran ayələri olan kitaba və ya jurnala toxunmaq haram deyil. Çünki o, Mushaf sayılmır.

(Şeyx İbnu Useymin, «Fətvalar toplusu və məktublar» 4/225)[/toggle] [toggle title=»10. Heyzli, nifaslı olan qadının və ya cünub olan kişinin Ruqiyyə etməsi»]Sual: Heyzli, nifaslı olan qadının və ya cünub olan kişinin Ruqiyyə etməsinin, Ruqiyyə olunmuş su içməsinin və bu su ilə yuyunmasının hökmü nədir?

Cavab: Cünub olan ruqiyyədən əvvəl qüsl almağa tələsməlidir. Istər içilən su olsun, istər yuyunmaq üçün olsun, bu, ruqiyyəni daha təsirli edir. Ancaq heyzli və nifaslı halda olan ruqiyyədən istifadə etməlidir. Çünki ola bilsin ki, gecikdirmək ona ziya edər.

(“əl-Kənzus-Səmin 1/194)[/toggle] [toggle title=»11. Xınalı başa məsh etmək»]Sual: Əgər qadın başına xına və ya ona oxşar boya sürtərsə, məsh çəkə bilərmi?

Cavab: Əgər qadın başına xına qoyarsa, ona məsh edə bilər. Ehtiyac yoxdur ki, xınalı saçının altında başın dibinə məsh etsin. Çünki Rasulullah (Allahın salamı və xeyir-duası onun üzərinə olsun) xınalı saçla ehrama girmişdi. Saça qoyulan xına da saçdan sayılır. Bu da ona dəlildir ki, saçı təmizləməkdə rahatlıq var.

(Şeyx İbnu Useymin, «Fətvalar toplusu və məktublar» 4/171)[/toggle] [toggle title=»12. Cünublu qadın qüsl aldıqda başının dərisinin islanması»]Sual: Cünüblü qadın qüsl aldıqda başının dərisinin islanması şərtdirmi?

Cavab: İstər cənabət, istərsə də digər səbəblərə görə alınan qüslün vaciblərindən biri də odur ki, su saçın dibini tam islatsın. Bu qadının da, kişinin də qüslünə aiddir. Buna dəlil əl-Maidə surəsinin 6-cı ayəsidir:

وَإِنْ كُنْتُمْ جُنُبًا فَاطَّهَّرُوا

«(Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin.» (əl-Maidə 6)

Təkcə saçı üstdən islatmaq icazəli deyil. Saçın dibi hörüyə qədər islanmalıdır. Və əgər saç hörülüdürsə, onu açmaq vacib deyil. Lakin suyun bütün saçı islatmağı şərtdir. Belə ki, hörüyü suyun altında yuduqdan sonra bütün saçı islatmaq üçün sıxmaq lazımdır.

(Şeyx İbnu Useymin, «Fətvalar toplusu və məktublar» 4/226)[/toggle]

Hazırladı: www.feqih.com saytının heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment