Əxlaq Müxtəlif

Pis yuxuları danışmaq

“Röyasında məni görən ayıq ikən də məni görəcəkdir. Şübhəsiz ki, şeytan mənim surətimə girməz”.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Xeyirli yuxu Allahdan, şərr yuxu isə şeytandandır. Biriniz xoşlamadığı çirkin bir yuxu görərsə həmən sol tərəfinə üç dəfə tüpürsün. Sonra da o, yuxunun şərrindən Allaha sığınsın (Başqa rəvayətdə: Hansı tərəfdə yatmışsa digər tərəfə dönsün). Belə edərsə o, pis yuxu artıq ona heç bir zərər verə bilməz və bu yuxunu heç kəsə xəbər verməsin. Əgər gözəl bir yuxu görərsə həmən sevinsin və o, gözəl yuxunu sevdiyi kimsələrdən başqasına xəbər verməsin”.  (Müslim 2261)

Bir nəfər Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gələrək dedi: “Mən yuxuda başımın kəsilmiş olduğunu və başımın ardıyca getdiyini gördüm”. Peyğəmbər: “Yuxuda şeytanın səninlə oynamasını insanlara xəbər vermə” , — deyə buyurdu. (Müslim 2269)
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər(Allahın ona salavat və salamı olsun) buyurdu: “Vaxtın sürətlə getməsindən müsəlmanların yuxuları demək olar ki, onları aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq. Müsəlmanın yuxuları Peyğəmbərliyin qırx beşdə biridir”.  (Başqa rəvayətdə: Qırx altıda biridir, yetimşdə biridir) ( Buxari, Müslim)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Yuxu üç cürdür: Saleh bir yuxu- Allahdan bir müjdədir, şeytandan olan bir yuxu- bu hüzündür və bir də insanın bir şey haqda çox düşünməsindən görülən yuxu”. (Müslim 2263)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Mubəş-şiratdan başqa nübuvətdən bir şey qalmadı”. Oradakılar: “Mubəşşirat nədir?” deyə soruşdular. Peyğəmbər: “Saleh yuxudur” , — deyə buyurdu. (Buxari)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Məni röyasında görən məni görmüş kimidir. Çünki şeytan mənim surətimə girməz” ( Buxari).
Peyğəmbər (Allahın ona salavat və salamı olsun)  buyurdu: “Röyasında məni görən ayıq ikən də məni görəcəkdir. Şübhəsiz ki, şeytan mənim surətimə girməz”. ( Buxari, Müslim)

Pis yuxu görən nə etməlidir?
«Üç dəfə sol tərəfinə tüpürməli». (Muslim, 4/1772)
«Üç dəfə şeytandan və gördüyünün şərindən Allaha sığınmalı». ( Muslim, 4/1772 və 1773)
«Onu heç kəsə danışmamalı». ( Muslim, 4/1772)
«Digər böyrü üstə çevrilməli». ( Muslim, 4/1773)
«Əgər istəsə, qalxıb namaz qılsın».  (Muslim, 4/1773)

Hazırladı: Kamal Hüseyn və Müsəlman qalası

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment