Dua və zikrlər

Pis yuxudan qorunma

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

Pis yuxudan qorunma

  • Pis yuxunu heç kimə danışmamaq

Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət olunurki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Sizdən bir kimsə yuxu görsə və həmin yuxu onun xoşuna gəlsə, o Allahdandır və Allaha həmd etsin və başqalarına həmin yuxunu danışsın. Əgər bir kimsə başqa bir şey görsə və gördüyü onun xoşuna gəlməsə, o yalnız şeytandandır və Allahdan onu qorumasını diləsin və gördüyünü heç kimə danışmasın, belə halda ona zərər toxunmaz”. əl-Buxari, 6985; Muslim, 261.

Zamanımızdaki insanlar isə, peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əmrinə müxalif çıxaraq tam əksini edirlər. Onlar pis yuxuları danışır, yaxşı yuxuları isə gizli saxlayırlar.

Həmçinin peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu hədisində yuxuların həm Allahdan həmdə şeytandan olmasına dəlil var və bu da öz növbəsində bəzi cahil insanlar arasında yayılmış, yuxuların Allahdan bir işarə olması rəyinə müxalifdir. Bu cür yanlış fikirlər müxtəlif millətlərdə bir çox xurafatların zühuruna səbəb olmuşdur.

  • Üç dəfə sol tərəfə tupürmək, pis yuxudan Allaha sığınmaq və sağ tərəfə çönmək

Cabirdan (Allah ondan razı olsun) rəvayət olunurki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Sizdən bir kimsə xoşuna gəlməyən bir yuxu görsə, üç dəfə sola tüpürsün və üç dəfə Allahdan onu şeytandan qorumasını diləsin, sonra isə başqa tərəfə çevrilsin”. Muslim, 2262.

  • Namaz qılmaq

Əbu Xureyradən (Allah ondan razı olsun) rəvayət olunurki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Sizdən bir kimsə pis yuxu görsə heç kimə danışmasın. Qalxıb namaz qılsın”. Muslim, 2263.
‘Urva ibn əz-Zubeyr (Allah ondan razı olsun) rəvayət edirki, Aişə (Allah ondan razı olsun) yatmaq istədikdə deyərdi: “Allahım, Səndən yalan olmayan, şər yox, xeyr gətirən xoş və sadiq bir yuxu diləyirəm”. İbn əs-Sunni, 743. Hafiz ibn Həcər isnadın səhih olduqunu bildirmişdir.

اللَّهُمَّ إِنِي أَسْأَلُكَ رُؤْياَ صَالِحَةً صَادِقَةً غَيْرَ كَاذِبَةٍ نَافِعَةً غَيْرَ ضَارَّةٍ

/Allahumma inni əs-əlükə ru`yə salihətən sadiqatən ğayra kəzibətin nəfi‘ətən ğayra darratin/.

Yüklə

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha