Məqalələr

Peyğəmbərimiz Muhəmmədə (Sallallahu aleyhi və Səlləm) tabeçilik

✅ Dəvətin hədəfləri və məqsədləri 

Peyğəmbərimiz Muhəmmədə (Sallallahu aleyhi və Səlləm) tabeçilik

(1-ci hissə)

Dəvətin hədəflərindən və məqsədlərindən ikincisi Peyğəmbərimiz Muhəmmədə (Sallallahu aleyhi və Səlləm) tabeçilikdir.

Gəlin əvvəlcə Peyğəmbərimizi (Sallallahu aleyhi və Səlləm) yaxından tanıyaq. Çünki, Peğəmbərimizi tanımaq bizə vacibdir və insan qəbirə qoyulduqda bu barədə, “peyğəmbərin kimdir?” — deyə, soruşulacaqdır.

Peyğənbərimizi (Sallallahu aleyhi və Səlləm) tanımaq özündə beş şeyi; Ad nəsəbini və yaşını, doğulduğu və hicrət etdiyi yeri, həyatını, nə ilə Nəbi və Rasul olduğunu, nə ilə və nə üçün göndərildiyini bilməyi ehtiva edir.

1) Adı və nəsəbi:

Muhəmməd ibn Abdullah ibn Abdulmuttalib ibn Haşim. Haşim Qureyş qəbiləsindən, Qureyş İsmayıl peyğəmbərin (Aleyhissələm) zürriyyətindən, İsmayıl peyğəmbərin zürriyyəti isə ərəblərdən olmuşdur. Qeyd etmək lazımdır ki, Peğəmbərimiz (Sallallahu aleyhi və Səlləm) nəsəb tərəfdən də insanların ən şərəflisi sayılır.

 

2) Yaşı, Doğulduğu və hicrət etdiyi yer:

Peyğəmbərimiz (Sallallahu aleyhi və Səlləm) Məkkə şəhərində duğulmuşdur.

63 il ömür sürmüşdür. 40 yaşında peyğəmberlik verilmişdir, 13 il Məkkədə insanları tövhidə dəvət etmiş və şirkdən çəkindirmişdir. Peyğəmbərliyin onuncu ilində səmaya qaldırılmış və orada hər gün beş vaxt namaz qılmaq fərz edilmiş və 3 il Məkkədə namaz qılmışdır. 53 il Məkkədə yaşadıqdan sonra Mədinəyə hicrət etmişdir. Mədinədə yerləşdikdən sonra isə islamın Zəkat, Oruc, Həcc, Cihad, Azan, yaxşılığı əmr edib pislikdən çəkindirmək və (İslamın) digər ayinləri fərz edilmişdir. Sonra Peyğəmbərimiz (Sallallahu aleyhi və Səlləm) vəfat etmişdir. Onun gətirdiyi din isə olduğu kimi qalmışdır. Elə bir xeyir yoxdur ki, onu ümmətinə öyrətməsin, nə də elə bir şər yoxdur ki, ümmətini ondan çəkindirməsin. O ümmətinə tövhidi və bütün Allahın sevib və razı qaldığı əməlləri öyrətmişdir. O, ümmətini şirkdən və Allahın xoşlamadığı və qəzəbləndiyi əməllərdən çəkindirmişdir.

Hicrət: Küfür ölkəsindən islam ölkəsinə köçməkdir.

 

3) Peyğəmbərlik həyatını bilmək:

63 il ömür sürmüş, bundan 40 ilini Peyğəmbərlikdən qabaq, 23 ilini isə Nəbi və Rasul olaraq keçirmişdir.

 

4) Nə ilə Nəbi və Rasul olmuşdur?

Əl-Aləq surəsinin «Yaradan Rəbbinin adı ilə oxu!» ayələrinin nazil olması ilə Nəbi olmuş, əl-Muddəssir surəsinin «Ey libasına bürünüb örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et!»- ayələri ilə Rasul (Elçi) olmuşdur.

Burada Nəbi ilə Rəsul arasındakı fərq odur ki, Nəbi; Allahdan üzərinə vəhy olunan amma onu (vəhyi) təbliğ etməklə əmr olunmayan insan, Rəsul isə; Allahdan üzərinə vəhy olunan və onu (vəhyi) təbliğ etməklə əmr olunmuş bir insandır. Necə ki, Peyğəmbərimiz vəhyi təbliğ etməklə əmr olunduqdan sonra Rəsul olmuşdur. Ona görə hər bir Rəsul Nəbi adlanır, lakin hər bir Nəbi Rasul adlanmır.

 

Ən birinci Rəsul Nuh (Aleyhissələm), ən sonuncusu isə Peyğəmbərimiz Muhamməddir (Sallallahu aleyhi və Səlləm).

Allah Təala buyurur:

إِنَّا أَوْحَيْنَا إِلَيْكَ كَمَا أَوْحَيْنَا إِلَىٰ نُوحٍ وَالنَّبِيِّينَ مِنْ بَعْدِهِ

 

«Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik.» (ən-Nisə surəsi, 163).

 

Qeyd: Məna etibarı ilə bir-birindən az fərq olmasına baxmayaraq, dilimizdə “Nəbi” və “Rəsul” sözlərinin hər ikisi peyğəmbər kimi tərcümə edilir.

 

5) Nə ilə və nə üçün göndərilmişdir?

Allah Onu (Sallallahu aleyhi və Səlləm) Tövhidi (Onun təkliyini təbliğ etməklə) və şəriəti ilə göndərmişdir ki, onunla insanlar Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinsinlər. Həmçinin Allah Onu Aləmlərə rəhmət olaraq göndərmişdir ki, onları şirkin, küfrün və cahilliyin zülmətindən, elmin, imanın və tövhidin nuruna çıxarsın.

 

Məqalədəki ən mühüm məsələlər aşağıdakılardır:

1) Dəvətin hədəflərindən və məqsədlərindən ikincisinin bəyanı;

2) Peğəmbərimizi (Sallallahu aleyhi və Səlləm) tanımağın bizə vacib olması;

3) Peyğənbərimizi (Sallallahu aleyhi və Səlləm) tanımağın özündə beş bəndi ehtiva etməsi.

 

Elvin Movlayev

Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi