Məqalələr

Özünüzü münafiqlərdən qoruyun

Özünüzü münafiqlərdən qoruyun. Bu gün onlar hər yerdə mövcuddurlar. Özünüzü onlardan qorumaq üçün dininizə möhkəm sarılın.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

 

Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və əshabələrinə Allahın salamı və salavatı olsun.

Bu gün biz müasir dövrümüzdə bir çox İslam ölkələrində münafiq kişi və qadınların müxtəlif media vasitələrində İslama və müsəlmanlara qarşı dolayısı yolla ədavətli təbliğat apardığını görürük.

Münafiqlərin İslama qarşı düşmənçiliyi yeni deyil, Peyğəmbərimizə (ona Allahın salavatı və salamı olsun) peyğəmbərlik veriləndən bu günə qədər münafiqlər öz ədavətlərini davam etdirirlər. Uca Allah Qurani-Kərimdə 37 yerdə münafiqləri vəsf etmiş, hətta “Münafiqlər” adlı bütöv bir surə də nazil olmuşdur. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) öz kəlamlarında münafiqlər haqqında dolğun məlumat vermişdir.

Haqq ilə batilin mübarizəsi qiyamətə qədər davam edəcəkdir. Əsrlər keçsə də eyni simaların bir-birinə varis olurmuş kimi, münafiqliyi davam etdirdiyini görərsən. Uca Allah onları belə vəsf edir: “4 — (Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər)…” (əl-Munafiqun: 4).

Bu gün belələrini dinləyənlər, onların ardınca gedənlər çoxdur. Halbuki onlar islahat adı ilə insanları aldadırlar. Firon da Musa (Aleyhissalam) haqqında belə deyərdi: “Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram”. (Ğafir (Mumin): 26).

Barmaq sayı qədər olan bu cür insanlar böyük bir toplumu çaşqınlığa salıb insanları haqq yoldan azdıra bilirlər. Çünki islama və müsəlmanlara ədavət bəsləyən şər qüvvələr bu kimi münafiqlərə daim dəstək verir, onları təbliğ edirlər.

Hər bir ümmətin münafiqləri belədir. Onlar öz məkrli niyyətlərini həyata keçirmək üçün fürsət gözləyirlər. Uca Allah buyurur: “Münafiq kişilərlə münafiq qadınlar (ikiüzlülükdə) bir-birinin eynidirlər. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər…” (Tövbə: 67). Bu cür insanlar öz məkrlərinə çatmaq üçün dəridən-qabıqdan çıxırlar. Uca Allah onları belə vəsf edir: “6 — Onların əyanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun…” (Sad: 6).

Münafiq kişi və qadınlara diqqət etsən görərsən ki, onlar bir-birlərini dost tutur, müdafiəsinə qalxırlar. Hər bir müsəlman bu kimi insanları tanımalı, özünü, ailəsini, uşaqlarını, yaxınlarını onlardan qorumalıdır. Münafiqləri aşağıdakı vəsflərlə tanımaq olar:

  1. İbadətdə tənbəllik. Uca Allah buyurur: “Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərərlər.” (ən-Nisa: 142).
  2. Allahı az zikr edərlər. Uca Allah buyurur: “Allahı olduqca az yad edərlər.” (ən-Nisa: 142).
  3. Əməlisaleh insanlara lağ etmək. Uca Allah buyurur: “Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır.” (ət-Tövbə: 79).
  4. Quran və Sünnəyə lağ etmək. Uca Allah buyurur: “De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! 66 — (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz…” (Tövbə: 65-66).
  5. Qeybət və nifrətlə əməlisaleh insanların namusuna toxunmaq. Uca Allah buyurur: “Qorxu canlarından çıxınca qənimətdə (möminlər əldə etdiyi qənimətin bölünməsində) xəsislik edib acı dilləri ilə sizi sancarlar…” (əl-Əhzab: 19).
  6. Camaat namazından yayınmaq. İbn Məsud (Allah ondan razı olsun) deyir ki, “camaat namazından yalnız münafiqliyi bəlli olan kimsələr yayınarlar.” (Muslim rəvayət etmişdir).
  7. Zahirin daxilə zidd olması. Bütün məsələlər elə bunun üzərində dövran edir. Uca Allah buyurur: “1 — (Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir.” (əl-Munafiqun: 1). Sən münafiqləri cəmiyyəti islah etməyə çalışan və şəriət sevgisi iddia edən görərsən. Lakin onların əməlləri onların iç üzünü açıb ifşa edir.
  8. Pis işləri əmr, yaxşı işləri qadağan etmək. Onlar (insanlara) pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər…” (Tövbə: 67).
  9. Dini məsələlərdən bixəbər olmaq. Görürsən ki, bir çoxları dünyəvi baxımdan qəribə və nadir məlumatlara tam dəqiqliyi ilə sahibdirlər. Lakin onlardan coraba məsh etmək, yaxud hansısa şərii məsələ haqqında soruşsan, susduğunu görərsən. Uca Allah buyurur: “Lakin münafiqlər (dindən)(əl-Munafiqun: 7).

Dəyərli oxucu, bu deyilən vəsflər münafiqlərin otuzdan çox vəsflərindən bir hissədir. Lakin sən bu deyilən vəsflərdən biri ilə onların Allaha və rəsuluna qarşı düşmənçilik etdiyini anlaya bilərsən.

Onlar o qədər çirkin və murdar hesab olunurlar ki, uca Allah onların cəhənnəmin ən dərin yerində olacaqlarını bildirmişdir. Hətta onlar kafir və müşrikdən də ağır əzaba düçar olacaqlar. Uca Allah buyurur: “(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!” (ən-Nisa: 145).

Sələflərimiz cəmiyyətlərdə münafiqlərin çoxluğunu belə vəsf edirdilər: “Əgər manfiqlərin quyruqları olsaydı, küçədə quyruq əlindən tərpənmək olmazdı.”

Bu gün münafiqlərin sayı daha da çoxdur, lakin əksər insanlar bunu dərk etmirlər.

Allahım bizim qəlbimizi nifaqdan təmizlə. Nəfsimizin şərrindən və pis əməllərimizdən bizi qoru. Münafiqlər üzərində öz qüdrətinə bizi də şahid et. Allahım münafiqləri rüsvay et, onları heç vaxt qalib etmə.

Son duamız olaraq, Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və əshabələrinə Allahdan salavat və salam diləyirik.

 

Feqih.com heyəti