Fiqh Məqalələr Oruc Ramazan ayı

ORUCLA BAĞLI MÜASİR MƏSƏLƏLƏRİN HÖKMLƏRİ BARƏDƏ ALİMLƏRİN FƏTVALARI

1. Sual: Oruclunun dodağında olan quruluğu aparması (dodağı nəmləndirmək) üçün istifadə etdiyi məlhəm (balzam) oruca təsir edirmi?
Cavab: «1. Oruclunun dodağını və ya burnunu nəmləndirməsi üçün istifadə etdiyi məlhəm və ya su və ya digər vasitələr icazəlidir və oruca təsir etmir.
2. Lakin çalışsın o istifadə etdiyi vasitə boğazına və ya qarnına getməsin.
3. Əgər özündən asılı olmayaraq boğazına nəsə gedərsə orucu səhihdir».
(Fətava İbn Useymin, 19/224).

2. Sual: Oruclunun qulaq damlasından istifadə etməsinin hökmü nədir?
Cavab: «Oruclunun qulaq damlasının istifadə etməsi icazəlidir. Hətta o həmin damlanın tamını boğazında hiss eləsə belə orucu səhihdir. Çünki bu yemək və içməkdən sayılmır, nə də onun hökmünü götürmür».
(Fətava İbn Useymin, 19/205)

3. Sual: Qarqara kimi istifadə edilən dərmanlar orucu pozurmu?
Cavab: «Xeyr, onu udmadıqca oruc pozulmur. Lakin ehtiyac olmadıqca etməsin. Əgər ehtiyac olarsa və edərsə, qarnına bir şey getmədikcə oruc səhihdir».
(Fətava İbn Useymin, 19/290).

4. Sual: Oruclunun göz damlasından istifadə etməsinin hökmü nədir?
Cavab: «Göz damlası orucu pozmur. Çünki, gözün boğaza çıxış yeri yoxdur».
(Fətava İbn Bazz, 15/260-261).

5. Sual: Burun damlası orucu pozurmu?
Cavab: «Əgər onu qəsdli şəkildə edərsə və tamını da boğazında və ya mədəsində hiss edərsə, oruc pozulur».
(Fətava İbn Useymin, 19/205).

6. Sual: Çox miqdarda qan aldırmaq, orucu pozurmu?
Cavab: «Bədəndən çox miqdarda qan çəkmək hicama kimi bədənin zəifləməsinə səbəb olarsa və bədənin qidalanmasına ehtiyac duyularsa, hicamada olduğu kimi oruc pozulur.
Lakin insanın özünün ixtiyarı olmadan bədəndən çox qan çıxarsa orucu pozmur. Məsələn yaradan çox qan axması oruca təsir etmir. Çünki öz ixtiyarı ilə baş verməyib».
(İbn Useymin, Oruc barədə 48 sual. S. 23)

7. Sual: Oruc tutan şəxs xəstə olarsa, Ramazanda onun (arxadan) şam istifadə etməsinin hökmü nədir?
Cavab: «Oruc tutan şəxs xəstədirsə onun arxadan istifadə edilən şam qoyması icazəlidir. Çünki bu nə yemək-içmək deyil, nə də onun hökmündə deyil».
(Fətava İbn Useymin, 19/204-205).

8. Sual: İynə vurdurmaq orucu pozurmu?
Cavab: «İynənin tərkibi qidalandırıcı deyilsə oruc pozulmur. Lakin zərurət olmadıqca ümumən iynəni ehtiyat üçün iftardan sonraya saxlamaq yaxşıdır».
(Fətava İbn Bazz, 15/17).

9. Sual: Oruclu ikən böyrək çatışmazlığı olanın böyrəyin qanını dəyişdirməsi orucu pozurmu?
Cavab: «Bəli oruc pozulur, həmin günü qəza etməlidir. Çünki, ona yeni qan əlavə edilib.
Yaxud, böyrəyi yuyanda başqa kimyəvi vasitələr də əlavə edilir və onlar da qida tərkibli olur. Bu da orucun pozulması üçün əlavə bir səbəbdir».
(Fətava İbn Bazz, 15/275).

10. Sual: Astma xəstəliyi olan birinin oruclu ikən spreydən istifadə etməsi orucu pozurmu?
Cavab: «Astma xəstəliyinə qarşı istifadə edilən o sprey əslində havadan ibarət bir qazdır. Xəstənin rahat nəfəs alması üçün nəfəs borularını açmağı asanlaşdırır. Bu da orucu pozmur».
(Fətava İbn Useymin, 19/210).

11. Sual: Diş məcunundan istifadə etmək orucu pozurmu?
Cavab: Xeyr pozmur, lakin çalışıb udmasın».

12. Sual: Diş çəkdirmək və ya dişi müalicə etmək orucu pozurmu?
Cavab: Dişdən çıxan qanı qəsdən udmadıqca, oruc pozulmur».

13. Sual: Gözə sürmə çəkmək orucu pozurmu?
Cavab: Xeyr pozmur, çünki gözdən boğaza gedən bir boşluq yoxdur.

14. Sual: İnsulin iynəsi orucu pozurmu?
Cavab: Xeyr pozmur. Çünki qidalandırıcı deyil.

15. Sual: Analiz üçün verilən qan orucu pozurmu?
Cavab: Xeyr pozmur. Çünki pozmasına heç bir dəlil yoxdur.

16. Sual: Bədənə qan vurmaq orucu pozurmu?
Cavab: Bəli pozur. Çünki qan da bədənə vurulan qida hökmündədir».

17. Sual: Narkoz vermək orucu pozurmu?

Cavab: Bu məsələdə təfsilat var:
Əgər bədənin müəyyən bir hissəsinə narkoz verib keyikdirilirsə, oruc səhihdir və pozulmur.
Əgər tam narkoz verilib yatızdırılarsa, onda baxılır halına, əgər günün az bir hissəsini də olsa oyanarsa, orucu səhihdir. Yox əgər səhərdən iftara qədər oyanmazsa, həmin günü qəza etməlidir.

18. Sual: Ürək xəstələrinin istifadə etdiyi dilin altına qoyulan həblər orucu pozurmu?
Cavab: Xeyr pozmur. Çünki qarına heç nə daxil olmur və o ağız vasitəsilə birbaşa ürəyə sorulur.

19. Sual: Mədəyə zond salmaq orucu pozurmu?
Cavab: İstər mədəyə olsun, istər arxadan olsun, zond özü orucu pozmur. Lakin zondun rahat daxil olması üçün ucuna yağ kimi qidalandırıcı maddə sürtəndə, bu orucu pozur. Həmçinin, zond səbəbi ilə xəstə qusarsa, orucu pozulur. Çünki qusmağa səbəb özü olmuşdur.

20. Sual: Siqaret çəkmək orucu pozurmu?
Cavab: Siqaret çəkmək haramdır. Eyni zamanda orucu da pozur. Çünki onun tamı boğazında hiss edilir».

Orucun ədəbləri və hökmləri haqqında müxtəsər risalə, s. 21-29.

Hazırladı: Emin Hacıyev