Məqalələr

Oruc tutanlara iftar verməyin fəziləti

«Aparın, onlar aclığını dəf etsələr, mən də tox olacam»

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Zeyd ibn Xalid əl-Cuheyni (Allah ondan razı olsun) demişdir: Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Oruc tutanı yedizdirən, heç bir şey azaldılmadan onunla (oruc tutanla) eyni formada mükafatlandırılacaqdır.» (Tirmizi, İbn Məcə, İbn Hibbən. Şeyx Albani (Allah ona rəhmət etsin) hədisin səhih olduğunu bildirmişdir.)

İbn Teymiyyə (Allah ona rəhmət etsin) hədisi şərh edərək demişdir: «Burada qəsd olunan, oruc tutanı təmin edən miqdarda iftar verməkdir». (əl-İxtiyərat)

Saleh müsəlmanlar oruc tutana iftar verməyi əfzəl ibadət hesab edər, özləri oruclu olduqları halda, yeməklərini digərlərinə paylayardılar. Sələflərdən biri buyurmuşdur: «Mənim üçün oruc tutana iftarda sevdiyi şeyi ona yedirməyim, İsmayıl övladlarından bir qulu azad etməkdən daha sevimlidir».

Sələflərin həyatından bu gözəl Sünnəyə riayət nümunələrini təqdim etmək Allahın izni ilə faydalı olardı:

Yəqub ibn Muhəmməd AbulAziz ibn Əbu Xazimin sözlərindən rəvayət edir ki, oruc tutan Aişənin (Allah ondan razı olsun) evində iki fətirdən başqa heç nə yox idi. Ehtiyaclı birisi gəldikdə, o (Allah ondan razı olsun) fətirlərdən birini verməyi buyurdu. Daha sonra ikinci yoxsul gəldikdə, ikinci fətiri vermək qərarına gəldi. Aişənin (Allah ondan razı olsun) qulluqçusu ona etiraz edib bildirdi: «Bəs özün orucunu nə ilə açacaqsan?». Həmin gecə kimsə qapını döydü və filankəs tərəfindən göndərildiyini bildirib qoyun və çörək gətirdi. Bunu görən Aişə (Allah ondan razı olsun) öz qulluqçusuna: «Di ye, bu sənin fətirindən daha yaxşıdır. Allahın izni olmasa idi, bizə bunu hədiyyə edən olmazdı».

Ənəs ibn Sirin rəvayət edir ki, bir dəfə Abdullah ibn Ömərin (Allah ondan da, atasından da razı olsun) bir dəfə könlünə təzə balıq düşdü. Ona Mədinədən balıq göndərib qızartdılar, iftarda nazik buğda çörəyi ilə bir qaba qoyub gətirdilər. Həmin yeməyə baxan İbn Ömər (Allah ondan da, atasından da razı olsun) dedi: «Bunu filankəsin yetim qalmış övladlarına aparın». Zövcəsi: «Əvvəl özün aclığını dəf et, qalanını aparıb onlara verərik». Cavabında isə o bildirdi: «Aparın, onlar aclığını dəf etsələr, mən də tox olacam».

Muhəmməd ibn Abdul-Aziz anasının ona belə rəvayət etdiyini bildirir: «Bir dəfə atan məndən süd və isti çörək istədi. Mən də iftara onun üçün istədiklərini hazırladım. Bu vaxt bir yoxsul gələrək dedi: «Kim ödənişdə ən Vəfalı olana (Allaha) borc verər?» Atan: «Xeyir əməli olmayan qulun (özünü qəsd edir)» deyib, qabı ona verdi. Bütün gecəni aclıqdan o yan bu yana çevrildiyini gördüm və sühur vaxtı: «Bəlkə gedim, sənə yeməyə bir parça çörək tapım» deyə soruşdum. Cavabında: «Mənim ona ehtiyacım yoxdur» dedi.

İbn Əbi-d-Dunyə, «Aclıq kitabı».

Hazırladı: Umm Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha