İbrət al İslam tarixi Səhabələr Sira

ONA BATAN BİR TİKANA BELƏ RAZI OLMARAM…

» — VALLAHİ, MUHƏMMƏD`ə BİR TİKAN BELƏ BATIRILMASI QARŞILIĞINDA XİLAS OLMAĞI İSTƏMƏRƏM!.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İBRƏT ALMAĞI BACARAN İNSAN`dan BİR ÖRNƏK

Məkkədə əziyyətli, çox çətin bir dönəm davam etməkdə idi…
Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) Qureyşlilər tərəfindən əsir tutulan səhabəsi Hubeyb b. əl-Adiyy`in (Allah ondan razı olsun) edam edilməsini seyr etmək üçün minlərlə qureyşli Məkkə ətrafındakı bir vadiyə toplaşmışdılar…
Bu insanlar arasında gənc (gələcəkdə müsəlman olacaq) Səid b. Amr (Allah ondan razı olsun) da, var idi… O,(Allah ondan razı olsun) ön sıralarda dayanmışdı…
Əsir tutduqları Hubeyb`i (Allah ondan razı olsun) edam etmək üçün dar ağacının yanına gətirdilər…
Bu zaman Səid ibn Amr irəli çıxıb Hubeyb`ə (Allah ondan razı olsun)  yaxınlaşdı…
və onun belə dediyini eşitdi:

— Buraxın məni!.. Ölmədən öncə iki rükət namaz qılım… 

..Onlar Hubeyb`in (Allah ondan razı olsun) istəyini yerinə yetirdilər… O, Kəbəyə tərəf yönəlib iki rükət namaz qıldı və namazını bitirdikdən sonra belə buyurdu:

— ALLAH`a AND OLSUN Kİ, ƏGƏR ÖLÜMDƏN QORXDUĞUM ÜÇÜN NAMAZI UZATMIŞ OLDUĞUMU DÜŞÜNMƏSƏYDİNİZ, DAHA ÇOX NAMAZ QILMAQ İSTƏYƏRDİM…

(Beləcə edam edilməmişdən əvvəl ilk dəfə iki rükət namaz qılan səhabə oldu və bu, Sünnə kimi qəbul edildi)

…Beləcə Səid b. Amr öz xalqının Hubeyb`i (Allah ondan razı olsun) DİRİ-DİRİ doğradıqlarını öz gözləri ilə görmüşdür… Qövmü, hətta Hubeyb`i (Allah ondan razı olsun) edam edərkən belə, ətrafdakılar ona belə sual verirdilər:

— Özün xilas olub yerində Muhəmməd`in (Allahın ona salavat və salamı olsun) olmasını istəyərdinmi?.. Hudeyb isə:

«- VALLAHİ, MUHƏMMƏD`ə BİR TİKAN BELƏ BATIRILMASI QARŞILIĞINDA XİLAS OLMAĞI İSTƏMƏRƏM!» — deyə cavab verirdi…

-Dinindən dön, səni azad edək.. – deyildikdə isə:

“– Vallahi, bütün dünyanı mənə  versəniz belə dinimdən dönən deyiləm!” –deyə cavab verirdi..

Bu cavabı eşidən xalq əllərini hava qaldıraraq:

— Öldürün onu!.. Öldürün onu!.. — deyə səslərini yüksəldirdilər…

Gələcəkdə bu hadisəni heç unutmayacaq və müsəlman olacaq Səid b. Amr (Allah ondan razı olsun)  Hubeyb`in (Allah ondan razı olsun) ölüm anında gözlərini səmaya dikərək belə dua etdiyini eşidirdi:

-Allahım onları unutma.. Onları yox et və sağ buraxma!..

Müşriklər onun bəd duasında çox qorxdular.. Hətta o bəd dua edərkən bəziləri qaçıb gizlənməyə çalışır, bəziləri isə, onu şiddətli formada qətlə yetirməyə tələsirdilər.. Lakin, müşriklər nə qədər çalışsalar da, Hubeybin üzünü Kəbədən başqa bir tərəfə çevirə bilmədilər.. Rəvayətlərə görə Peyğəmbərimizə (Allahın ona salavat və salamı olsun) salavat dedi, sonda isə kəlimeyi-şəhadətini dilə gətirdi..

Beləliklə, Hubeyb (Allah ondan razı olsun) endirilən qılınc zərbələri altında vəfat etdi.. Rəvayətlərə görə cəsədi qırx gün dar ağacında asılı vəziyyətdə qaldı, lakin çürümədi.. Sonra müsəlmanlar onun cəsədini Mədinəyə doğru aparmağa çalışdılar, lakin Məkkə müşrikləri buna da izn vermədilər, müsəlmanların yolunu kəsdilər və elə yoldaca torpağa tapşırıldı..

Səid b. Amr (Allah ondan razı olsun) bu hadisədən çox təsirləndi… Bu hadisə, ona daha əvvəl bilmədiyi çox şeyi öyrətmişdi:

“ƏSL HƏYAT BİR İNANCDIR . . . ÖLƏNƏ QƏDƏR BU İNANC UĞRUNDA MÜBARİZƏ APARMAQ isə, BU İNANCIN SÜTUNUDUR..”

…Qısa bir zaman ərzində ibrət alıb, həyatını doğru yöndə dəyişən Səid b. Amr (Allah ondan razı olsun) , 14 əsrdir ki, hətta ibrət almaqda belə aciz olan bu İslam ümməti üçün gözəl bir örnəkdir…

…Hubeyb (Allah ondan razı olsun) haqqında isə, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) “O mənim Cənnətdəki qonşumdur” — deyə buyurmuşdur…

Qaynaqlar: “Usdul-Ğabə” (1/74), “Hilyətul-Əvliyə” (1/112), “Təbəqat İbn Sad” (2/55, 8/301-302) və s.

Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment